Haqq şairi - Baba Pünhan

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından Le Taon Bir Çər. 19 Avq. 2009 - 10:52

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.


21 aprel, 2002

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından When ? Bir Çər. 19 Avq. 2009 - 14:36

Bilmədim sən bilmisən

Mən sənə biganə qaldım,bilmədim sən bilmisən,
Ey əsir qız,toy da çaldım, bilmədim sən bilmisən.

Sən düşən gündən əsir mən də köç etdim Baküyə,
Bağçalı-bağlı ev aldım ,bilmədim sən bilmisən.

Mən sənin qarşında görsənsəm də bir alçaq kimi,
Mənsəb aldıqcan ucaldım, bilmədim sən bilmisən.

Sən qızıl qızlıq itirməkdən saraldın gün kimi,
Mən qızıl yığdım saraldım bilmədim sən bilmisən.

Sən barışdıqcan səni məhv eyləyən taleh ilə
Mən qırışdıqcan çoxaldım bilmədim sən bilmisən.



Elanlar

Qarabağ müharibəsində fürsətdən istifadə edərək qonşularımın evini yarıb,Bakıya qaçan gündən vicdanımı itirmişəm.

Baba Pünhan

"yalan çeynəyə çeynəyə" Bakı-- 2000

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından REBEL Bir Çər. 19 Avq. 2009 - 15:21

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb.

1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evlənib. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)
2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.
Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı “Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona “Azərbaycanın haqq şairi” adını verib.

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından REBEL Bir C.a. 20 Avq. 2009 - 10:52

Baba Pünhan.


Xalqa səni bəxş etdi yaradan Baba Pünhan,
Olmuş bütün aləm sənə heyran Baba Pünhan.

Sən əsrimizin Sabirisən gəl bunu danma,
Yoxdur sənin tək indi qəzəlxan Baba Pünhan.

Xalq şairimizsən bu ada layiq olmusan,
Həm dost sevir səni, həmi düşman Baba Pünhan.

Bir çox xiridar xəstədi söz sənəti ücün,
Oldun o xəstə qəlblərə dərman Baba Pünhan.

Haqqın sözünü sən açiq-aşkar dedin hər an,
Hər yazdiği aşkar özü Pünhan Baba Pünhan.

Oldun beyt əhli sən Əhli-Beyt yolunda,
Hər an demisən Sahib-əz-Zəman Baba Pünhan.

Bu millətimin dərdi məni cana gətirdi,
Nə vaxt düzələr Azəribaycan Baba Pünhan.

Mədh eyləmədi Haqqi dedi Həbib Müntəzir,
Haqq gəlsə nahaq olmalı viran Baba Pünhan.
H.Müntəzir

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından Le Taon Bir C. 21 Avq. 2009 - 10:55

Baba Pünhana ağı

Gedir - Baba Pünhan

Zəmanənin Sabiri bu gün həyatdan gedir,
Hər vaxt pünhan qalan kəs, düşünmə pünhan gedir.

Onun ölüm xəbəri xalq üçün ağır dərddir,
Çünki xalqın dərdini çəkən bir insan gedir.

Qoyduğu “Qulp”lar ilə yazdıqları qalacaq...
Gedən bircə Babadır, bir də ki, zaman gedir.

“Xalq şairi” olmadı, Xalqın Şairi oldu,
Xalqın dərdini bilən, halına yanan gedir.

Hələ, gör bir nə qədər qulplanmamış iş qaldı,
Nə edəsən, bu əcəl verməyir aman gedir.

Baş əymədi heç zaman heç bir kəsin önündə.
Axı niyə ölümə baş əyib qurban gedir?

Şəbnəm, sən də özünü qəzəlxanmı sanırsan?
Məgər bilmirsən bu gün əsl qəzəlxan gedir?

18 aprel 2004

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından Le Taon Bir B.e. 19 Okt. 2009 - 16:55

Babaların ən Pünhanı

Baba Pünhan "Günəbaxan" adamdır. Adam var ayağa baxır, adam var ələ baxır, adam da var başa... Bu kişi günə baxır. Və baxdığını görür... Bu dünyada baxdığını görməkdən pis heç nə yoxdur. Bunu mən bilirəm...

Baba Pünhan şairdir, şer yazan deyil. Onun yazdıqlarında ağrı var, onun yazıları ağrayır.

Baba Pünhanın səsi də var, amma o oxumur, səsini ucaldır ki, hamı o deyənləri eşidib, özü üçün bir nəticə çıxarsın. Onu heç kim eşitmir...

Baba Pünhanın ürəyinə bıçaq dəyib. İndi də, əvvəl də onun ürəyi yaralı idi. Onun ürəyində hər şey var. Şırım da "şram" da. Mənə elə gəlir ki, bir gün Babanın ürəyindəki şırımda gül bitəcək... Və bu gülün qoxusu düzü-dünyanı tutacaq. Hamı deyəcək ki, "buna baxın", "buna baxın" Babanın ürəyi çiçəklədi... Nə yaxşı olar...

Amma hələ ki, hər zad pisdir. Və bu pisi görən Baba Pünhanın sirri aşkardır. Baba sirri gizlədib, pünhanı aşkar edəndir. Məqamı aşkar olub, gözə görünməyən, əməli sözündən kasıb indikilərin arasında bilirsiniz nə çətindir, pünhan olanı aşkar eləmək?

Əsil söz "aysberq" kimidir. Dibi özündən çox dərindədir. Baba sözü əyilib dibdən çıxarır. Ona görə də onun sözü təzə-tər, soyuq və şirindir. Bu sözü qaba töküb içmək də olar, biri-birinə hədiyyə eləmək də...

Bizim Baba sözü, daş oynadan daşını oynadan kimi oynadır. Bizim Baba sözdən çəpər hörür. Onun söz evi möhkəmdir, gözəldir. Şəxsən mən bu evdə böyük arxayınlıqla yaşayardım. Amma Baba Pünhanın söz evi yaşamaq üçün deyil, əksinə yaşamamaq üçündür. Çünki Baba irfanı, dərgahı və təcəllanı qoyub, Sabirdən gələn təəssüflə ilk öncə xalqını və insanını düşünür...

Amma Baba Pünhan insandan yazsa da sosial deyil. İronik də deyil. O, gülüşün ağlayan yerindən, ağlayanın gülən yerindən gələn bəndədir. Şer taxtında oturub, bəndeyi-bəndaləri suçlayan xandır. Onun səltənətində pis heç nə yoxdur. Çünki bu xanlığın sözü ədalətlidir. Şairin hökmdardan üstünlüyü də elə budur. Onun yaratdığı dünyaya heç bir hökmdar girə bilməz, buna bu hökmdarın ədaləti çatmaz.

Babanın şerlərində xilas anı "axır zaman imamla", bu günün xilası öz mənliyimizlə səciyyələnir.

Baba Azərbaycanın özünü və biz qəribə "Azərbaycanlıları" çox sevir. O bu düzümü yazanı da, pozanı da görür.

Babadan yaxşı "qarovulçu" çıxardı. Onun sevmədiyi bircə mərəz var. Qeyri səmimilik və yalan.

Baba Pünhan silahdır, atır. Bir gün işdir-şayət, kim isə onunla oynamaq istəsə, atar, yəni açıla bilər.

Azərbaycan Baba Pünhanındır. Çünki Baba Pünhan Azərbaycanındır.
Şer onun mənəvi dəstəmazıdır. Onun adı həm həcidir, həm Babadır. Amma bütün bu adlar hələ tam Baba Pünhan deyil. Çünki ad hələ insanın özü deyil. Adı əməl ad eləyir.

Baba iş adamıdır. Onun işi şer yazmaqdır. O bu şeri yazır. Bizim işimiz isə bu şeri qanmaqdır... Görəsən biz bu şerləri qana bilirikmi?



Hacı Orxan Fikrətoğlu

20 iyun, 2002

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Haqq şairi - Baba Pünhan

Yeni mövzu tarafından Sponsored content Bugün 16:05


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.