Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Yeni mövzu tarafından REBEL Bir C.a. 6 Avq. 2009 - 21:36

Əbdürrəhman Fətəlibəyli - Düdənginski 1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olub. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. Atası faciəli surətdə öldürüləndə Əbdürrəhmanın iki yaşı vardı. O, gənc yaşlarında əsgər gedib, hərbi piyada məktəbini bitirib, Azərbaycan diviziyasında zabit olub. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasında təhsil almağa göndərilib. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyli xanım Qazıyeva ilə ailə qurub. 1938-ci ildə Leninqradda ilk övladı - Əli anadan olub.
O olduqca bacariqli zabit idi. 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu. O, bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyib. 1940- cı ildə Sovet hissələri Pribaltika respublikalarını işğal etdikdən sonra, Ə.Fətəlibəyli Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb. Hitler "heç bir komitə istəmirəm" demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan "Rabitə Heyətləri" (Əlaqə heyəti) qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyəti"nin başına da mərhum Fətəlibəyli gətirilmişdir
1943-cü ilin noyabrın 6-11-də Berlində Azərbaycan "Milli Birlik" Məclisinin təşəbbüsü ilə çağırılan Milli Azərbaycan Qurultayının böyük əhəmiyyəti oldu. Belə ki, digər xalqların mühacir və legionerləri arasında ilkin olaraq azərbaycanlılar öz qurultaylarını keçirdilər. Bu Qurultayın keçirilməsində Ə.Fətəlibəylinin böyük rolu oldu. Müharibənin sonlarına yaxın Şərq cəbhəsində vuruşan Azərbaycan legionerlərinin sovet ordu hissələrinin əlinə keçməməsi üçün Ə.Fətəlibəylinin təşəbbüsü ilə birliklərin əvvəlcə cənub və qərb cəbhələrinə, bir müddətdən sonra isə o dövrdə daha sakit bölgə olan İtaliyaya köçürülməsinə başlanıldı.
Müharibənin sona çatması Azərbaycan legionerlərinin də taleyini şübhə altına almışdı. Başda mayor Ə.Fətəlibəyli olmaqla azərbaycanlı legionerlərin bir hissəsi İtaliyanın şimalında ingilislərin nəzarəti altında qalırdılar və hər zaman sovet qoşunlarına təslim edilə bilərdilər. Azərbaycan legionerlərinin xilası və ayrı-ayrı ölkələrdə məskunlaşması üçün əsas fəaliyyəti M.Ə.Rəsulzadə və Ə.Fətəlibəyli aparırdı. Belə ki, M.Ə.Rəsulzadə Almaniyanın Münhen şəhərində, Ə.Fətəlibəyli isə İtaliyanın Roma şəhərində bu işi davam etdirirdi
1953-cü ilin martından "Qurtuluş" radiosunun Azərbaycan redaksiyası fəaliyyətə başladı. "Azərbaycan" redaksiyasının ilk Baş redaktoru mayor Ə.Fətəlibəyli oldu. "Azadlıq" rediosu fəaliyyətə başladığı ilk gündən Ə.Fətəlibəyli sovet siyasətinin əleyhinə verilişlər hazırlayırdı
Mühacir və legionerlərin əllinci illərdəki fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Belə ki, Sovet dövləti həmin dövrdə kommunist ideologiyasına qarşı mücahidə aparanları sıradan çıxarmağa dəfələrlə cəhdlər göstərdi. Bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan, geniş şəbəkəli "KQB" ("DTK") əsas rol oynayırdı. Bu qurum 1917-ci ilin dekabrında yaradılmış və daha çox "daxili düşmən" axtarmağa meyilli idi. Məhz həmin təşkilatın fəallığı ilə 1954-cü ilin noyabrın 20-də "Azadlıq" radiosunun "Azərbaycan" baş redaksiyasının baş redaktoru Ə.Fətəlibəyli-Düdənginski Münhenin "Alpenplate-6" meydanındakı bir mənzildə qətlə yetirildi.
Azərbaycan legionerlərinin komandiri, «Azadlıq» Radiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru olmuş Əbdürrəhman Fətəlibəyli-Düdənginskininin həyat və fəaliyyətinə həsr edilmiş, müəllifi Nəsiman Yaqublu olan«Əbdürrəhman Fətəlibəyli-Düdənginski» adlı kitabini haminiza ozumaği məsləhət görürəm.

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Yeni mövzu tarafından REBEL Bir C.a. 6 Avq. 2009 - 21:39

Əksəri onlari vətən xaini kimi taniyir.Halbuki elə deyil.
Sizcə 2-ci dünya müharibəsində Sovet İttifaqina qarşi vuruşan həmvətənlərimizi vətən xaini adlandirmaq nə dərəcədə düzgündür???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Yeni mövzu tarafından Le Taon Bir C. 7 Avq. 2009 - 11:07

REBEL yazıb:Əksəri onlari vətən xaini kimi taniyir.Halbuki elə deyil.
Sizcə 2-ci dünya müharibəsində Sovet İttifaqina qarşi vuruşan həmvətənlərimizi vətən xaini adlandirmaq nə dərəcədə düzgündür???
Bu sual doğurdan da maraqlıdır: SSRİ-yə qarşı vuruşan Düdənginski vətən xainidir, yoxsa SSRİ tərəfindən vuruşan Həzi Aslanov, Səməd bəy Mehmandarov?

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Yeni mövzu tarafından REBEL Bir C. 7 Avq. 2009 - 11:32

Drongo yazıb:
REBEL yazıb:Əksəri onlari vətən xaini kimi taniyir.Halbuki elə deyil.
Sizcə 2-ci dünya müharibəsində Sovet İttifaqina qarşi vuruşan həmvətənlərimizi vətən xaini adlandirmaq nə dərəcədə düzgündür???
Bu sual doğurdan da maraqlıdır: SSRİ-yə qarşı vuruşan Düdənginski vətən xainidir, yoxsa SSRİ tərəfindən vuruşan Həzi Aslanov, Səməd bəy Mehmandarov?
Elə maraqli olduğu üçün müzakirə etmək istəyirəm də.Bizim babalarimiza qarşi güllə atan və eyni vaxtda da MÜSTƏQİL AZƏRBAYCAN ideyalari üçün vuruşan SSRİ-de veten xaini adini qazanmiş həmvətənlərimiz vətən xainidirmi???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbdürrəhman Fətəlibəyli - Düdənginski

Yeni mövzu tarafından Sponsored content Bugün 16:04


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.