Ruhların söhbəti

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Ruhların söhbəti

Yeni mövzu tarafından Le Taon Bir Ç.a. 4 Avq. 2009 - 11:33

ŞAUMYAN və ƏZİZBƏYOV


Ə Z İ Z B Ə Y O V - Gədə, sən belə hiyləgərmişsən. Bizi verdirdin güdaza, özün də dostlarınla qaçıb Hindistanda harda gizləndin. Heç utanmadın?

Ş A U M Y A N - Əvvələn gədə mən deyiləm, sənsən. Mən sənin vətənində Xalq Komissarlar Sovetinin sədri, yəni Baş nazir, sən isə heç bir səlahiyyəti olmayan qəza torpaq komissarı idin, vəzifən də mənə çay daşımaq idi.

Ə Z İ Z B Ə Y O V - Mən nə bilim sən belə məkrliymişsən. Mən səni də özüm kimi Kommunizm ideallarına sadiq olan bir adam hesab edirdim. Nə bilim sən dildə bir cür, əməldə bir cürmüşsən, nə bilim belə riyakar imişsən.

Ş A U M Y A N - Ay maymaq, adam qulağına inanar, ya gözünə? Bəs sən görmədin 18-ci ilin martında daşnaklarım mənim əmrimlə Bakıda, Azərbaycanın hər yerində yüz minlərlə müsəlmanı qırıb tökdü? Əvəzində azərbaycanlı analar nə qədər oğluna Şaumyan adını qoyub?! Bilmirsənmi, bizimlə sizin fərqiniz nədir? Biz əvvəlcə erməniyik, başa düşürsənmi? Erməniliyik, sonra isə sənətkar, tacir, inqilabçı, nazir, milis, kommunist və çekistik. Siz isə əksinə, yalnız və yalnız tacir, nazir, kommunist və çekistsiniz, başqa heç nə. Başa düşürsənmi, bu fərq nə deməkdir? Sən mənim elədiklərimi görmürdün? Görürdün, yaxşı görürdün. Amma sənə verdiyim o miskin vəzifə xətrinə özünü qanmazlığa qoydun.

Ə Z İ Z B Ə Y O V - Ay alçaq, axı məqsədin nə idi? Sizin Azərbaycanda nəyiniz çatmırdı?! bizim neftimizlə milyonlarınızın sayı-hesabı yoxdu. Yetmiş il ərzində olduğu kimi bütün vəzifələrimiz sizin əlinizdə deyildimi? Sizinlə qardaş kimi dost deyildikmi, niyə bu oyunları çıxartdınız?

Ş A U M Y A N - Ay maymaq, niyə başa düşmürsən ki, bu zəngin torpaq ki var, Allah sizə qismət edib, sizə haramdır. Sizin millət kimi bircə keyfiyyətə də malik olmadığınızı təkcə onunla cübut etmək olar ki, o böyüklükdə qırğınlardan sonra 70 il ərzində neçə min yüksək vəzifəli müsəlmanın arvadı erməni olub? Saya bilərsənmmi? Bu bir. İkincisi, iki müsəlman göstərə bilərsənmi, böyük vəzifəlidən başqa ayrı bir müsəlmanı görəndə üzündə rəğbət oxunsun? Üçüncüsü, ay maymaq, 18-ci ilə qədər dünyada Ermənistan adlı ərazi var idimi? Amma Andraniklə mənim sayəmdə 30 min kv. kilometrlik Vətən yaratdıq. Kimin hesabına? Dördüncüsü, deyirsən qardaş idik. Biz necə qardaş ola bilərdik ki, 2500 il ərzində biz yüz milyon olmalı ikən beş milyonda qalmışıq, hamısı da sizin qardaşlarınızın ucbatından. Başa düşə bilmirsən ki, hansı adla adlanırsa adlansın, biz ancaq sizin kimi forumalaşmamış kütlə hesabına varlığımızı qoruyub ərazimizi genişləndirə bilərik. Bir gölməcədə yaşayan ilnala qurbağa arasında nə dostluq ola bilər? İlan ömründə dostluqdan danışmır, amma qurbağa ilanın ağzında da, hətta qarnında da "dostluq" deyib quruldayır. Bilirsənmi niyə, çünki quruldamaq gizli və ya aşkar paqonlularınızın vəzifəsinə, cibinə sərf eləyir. Deyimmi siz nə vaxt millət ola bilərsiniz?

Ə Z İ Z B Ə Y O V - Nə vaxt?

Ş A U M Y A N - O vaxt ki, rəhbərləriniz, başçınız sizdən olmaya, yəni sizin adlandırdığınız kimi "azərbaycanlı" olmaya, tərtəmiz yapon və ya malayziyalı ola...

Ə Z İ Z B Ə Y O V - Boş-boş danışma, buna hansı millət razı olar, özü də axı niyə?

Ş A U M Y A N - Ona görə ki, heç bir şəxsi mənafeyi, qohum-qardaşı, dost tanışı olmaya, vəzifəyə də zorla seçilə.

Ə Z İ Z B Ə Y O V - Neyləməli, vəzifə, sərvət hərisliyi bizim bəlamız, bədbəxtliyimizdir. Yetmiş ildir Azərbaycanda bir yüksək vəzifəli də olmayıb ki, öz xahişi ilə istefa versin və ya bir vəzifəyə təyin olunanda razı olmayıb, bacarmaram desin. Bax bunu düz deyirsən. Mən bilirəm, səhvlərim çoxdur. Nərimanovla əl-ələ vermədik, sənə inandım, özümü görməzliyə vurdum. Amma yenə bir millət kimi biz hara, siz hara.

Ş A U M Y A N - Əlbəttə biz hara, siz hara? 200 il qabaq, ruslar hələ Qafqaza ayaq basmamış siz "ov" familiyasını götürüb, onların Azərbaycanı işğal eləməsinə kömək edən "Qarabağ polkları" yaratdınız, biz isə bizə xilaskarlıq eləmələrinə baxmayaraq nəinki familiyamızı dəyişmədik, heç bircə dənə də rus mədəniyyəti elementi götürmədik. Ruslar 90-cı ilin yanvarında bizi qırdı, ya sizi? İndi Leninin heykəli sizdə çoxdur, ya bizdə? Ali partiya məktəbi sizdədir, ya bizdə? Millətin seçmələri haqqında hələ də xəlvəti "dosyelər" bizdə tərtib olunur, ya sizdə?

Ə Z İ Z B Ə Y O V - Hər necə olsa biz dinc, humanist və ədalətliyik.

Ş A U M Y A N - Ara, qurbağa, ya dovşanın humanizmi kimə lazımdır? humanist olar güclü dövlət. Bir-birini məhv etməyə hazır olan paxıllar və yerlibazlar arasında nə humanizm? Humanizm olar xəstələrə, şikəstlərə. Amma orası doğrudur ki, siz də şikəstsiniz, mənən şikəst.

Ə Z İ Z B Ə Y O V - Biz mənən şikəstik?

Ş A U M Y A N - Mənən şikəst olmasaydınız, öz içərinizdə, mühasirənizdə olan Şaumyan qəsəbəsində ya Dağlıq qarabağ kəndlərindəki ermənilərdən müdafiə olunardınız? A kişi, dünyanın harasında görünüb ki, neçə milyonluq bir xalq öz içində olan bir dəstə yadelli əlində əsir-yesir qala, özü də gecə-gündüz bağıra ki, biz Babəklər nəsliyik!

Ə Z İ Z B Ə Y O V - Ruslar qoyur ki, bir şey eləyək?

Ş A U M Y A N - Ruslar sizin əl-qolunuzu bağlayıb? Sizin cavanlarınız, səhərdən axşama kimi televiziyada, arvad səsləriylə oxumaqla məşğul ola, buna rus neyləsin? Üç ildir, gör Erməni radio və televiziyasında marşdan başqa nə verilir?

Ə Z İ Z B Ə Y O V - Onu düz deyirsən, televiziya bizi rüsvay elədi.

Ş A U M Y A N - Hə, indi gördünmü kimdir millət. Qal burdan tamaşa elə, gör hələ nələr görəcəksən.

Ə Z İ Z B Ə Y O V - Nə görəcəyəm?

Ş A U M Y A N - Onu görəcəksən ki, bütün Arazdan şimalı, Dağıstana kimi əraziləri sizdən təmizləyib Böyük Ermənistan yaratmaqla dünyanı necə heyran qoyacağıq!

Ə Z İ Z B Ə Y O V - Bəs biz?

Ş A U M Y A N - Siz də İrana tökülüb (hələ qoysalar) Moskvanın göstərişi ilə orda inqilabi iş aparmağa başlayacaqsız.

Ə Z İ Z B Ə Y O V - Vallah bizimkilərdən nə desən çıxar.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.