Əbülfəz Elçibəy

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B.e. 3 Avq. 2009 - 13:02

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 24 iyun 1938-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin (Universitet yaxın vaxtlara qədər M.Ə.Rəsulzadə-nin adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.
Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olur və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayəb. “Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi-alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
Elçibəy 1975-ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 İyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin Dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutu-nda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbe və vəzifələrinə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40'dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər»ində, EA-nın "Xəbərlər»ində, "Əlyazmalar xəzinəsində» toplusunda və b. nəşrlərdə çıxan Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması (1967), Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair (1968), 9-10'cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında (1971), Tulunilər dövləti və Qərmətilər (1971), Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair (1971), 9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət (1972), Hənəfilik və onun əsas qaydaları (1986), Əhməd Tantarani Maraği və onun Tantaraniyyə qəsidəsi (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: Tolunoğulları dövləti (868-905) (İstanbul, 1997) və Bütöv Azərbaycan yolunda (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Əbülfəz Elçibəy, hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988'ci ildə Azərbaycan Xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu.
O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (İyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 Oktyabr 1991).
Əbülfəz Elçibəy, təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B.e. 3 Avq. 2009 - 13:05

7 İyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətimizin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi, buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi.
Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları Erməni işğalçılarından təmizləndi. Laçın'ın əksər kəndləri düşməndən azad edildi.
Keçmiş Sovet respublikaları arasında birinci olaraq Rus ordusunun Azərbaycan-dan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli azadlıq hərəkatının, milli demokratik prosesin məntiqi nəticəsi idi.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd qoşunlarımız təşəkkül tapdı.
Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə manunsuz-maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl'cəvahirat Fondu yaradıldı. Bir ildə fonda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il İyun ayının 1-nə qədər Milli Bank'da valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Bu, Azərbaycanın gələcəyinə böyük ümidlər doğururdu. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Manat artıq ümumqafqaz valyutasına çevrilmişdi.
Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atıldı. Siyasi partiyalar və ictimai təşkilatlar haqqında, kütləvi informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm buzunu sındırdı. Həmin qanunlar əsasında 30'a qədər siyasi partiya, 200'dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclis-ə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Çox təəssüf ki, hətta müxalifətin də razılıqla qarşıladığı bu layihə sonralar qəbul olunmamış qaldı.
Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyi'nin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyi'nin tabeliyinə verildi.
Ə.Elçibəy-in prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlöt əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də varsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.
İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.
Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı.
Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kənddə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Emal sənayesinin inkişaf proqramına uyğun olaraq il ərzində onlarca emal müəssisəsinin (əyirici, boyayıcı, toxucu, siqaret və hazır şərab istehsalı üçün) tikintisinə başlanıldı.
Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyə'nin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.
Respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində Avropa ilə Orta Asiyanı birləşdirən neft və qaz kəmərləri, dəmiryolu, avtomobil yolu, eləcə də Bakı- Ceyhan neft kəməri respublika ərazisindən keçməli idi. Bu yollardan ölkəmizin ildə 100 milyonlarca dollar mənfəət götürəcəyi gözlənilirdi.
Gələcək nəslin zamanın tələblərinə uyğun inkişafına zəmin yaradan elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır.
Yüzlərcə gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı. Müstəqil Azərbaycanın orta məktəbləri üçün milli ideologiyamıza və dövlətin mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması sahəsində inqilabi dəyişikliklər həyata keçirildi. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içərisində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu. (Unutmayaq ki, Azərbaycanın təhsil tarixində heç vaxt bir ildə 10-dan artıq tam yeni dərslik yazdırılmayıb).
Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat - "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.
Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də, nəhayət, nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı. Azərbaycanda müharibənin davam etməsi mədəniyyətə lazımi səviyyədə qayğı göstərmək imkanlarını xeyli məhdudlaşdırmışdı. Bununla belə, prezident müxtəlif vasitələrlə mədəniyyətin tənəzzülünün qarşısını almağa cəhd göstərirdi. Hərbi şəraitin çətinliklərinə, keçmiş kommunizm sistemindən miras qalmış problemlərin ağırlığına, parlamentin əsasən keçmiş kommunistlərdən ibarət mühafizəkar hissəsinin kəskin müqavimətinə baxmayaraq, bir illik hakimiyyət ərzində (15 May 1992-ci il - 17 İyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi və bununla da demokratik, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyuldu.
Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Beynəlxalq təşkilatların ekspertlərinin rəyinə görə, keçmiş Sovet İttifaqı respublikaları içərisində hələ heç bir dövlətdə milli münasibətlər belə mədəni formada tənzim edilməmişdi.
Məlum fərmandan sonra 30'a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Məhz bu məqsədyönlü işin nəticəsidir ki, Elçibəyin hakimiyyətdə olduğu bir ildə heç bir milli separatçılıq hərəkatı uğur qazana bilmədi.
Elçibəy prezidentliyinin bir ilində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə ləyaqətli yer tuta bildi. O, bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24-27.6.1992) Qara Dəniz İşbirliyi Anlaşması'nı və "Bosfor bəyanatı"nı (25.6.1992), ATƏM'in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi'nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiya'ya rəsmi səfərə gedərək (12-13.10.1992)Boris Yeltsin'lə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10) (bu, Azərbaycanın bütün tarixi boyunca bərabərhüquqlu dövlət kimi Rusiyayla bağladığı ilk müqaviləydi), Ankara'da Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10).

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B.e. 3 Avq. 2009 - 13:07

O, Türkiyəyə rəsmi səfərində (1-5.11.1992) prezident Turqut Özal'la bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukrayna'ya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçuk'la "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakı'da Marqaret Tetçer'i (7.9. 1992), Tatarıstan'ın baş naziri Filza Həmidullin'i (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldova'nın baş naziri Andrey Sangelin'i(17.10.1992), Moskva'nın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatı'nın baş katibi Həmid əl'cabidi (13.11.1992), BMT baş katibinin şəxsi təmsilçisi Ömər Həlimi (27.11.1992), ATƏM-in Minsk Konfransı'nın sədri Mario Raffaelli'ni (22.1.1993), İslam İnkişaf Bankı'nın prezidenti doktor Əhməd Məhəmməd Əli'ni (2.2.1993), Çeçenistan prezidenti Cövhər Dudayevi (5.2.1993), İordaniya vəliəhdi Rəad ibn Zeydi (12.2.1993), Gürcüstanın dövlət başçısı Eduard Şevardnadzeni və baş nazir Tengiz Siquanı (3.2.1993), Almaniya bundestaqı xarici işlər komissiyasının sədri Hans Şterkeni (22.2.1993), Amerika Birləşmiş Ştatları Energetika İnstitutunun prezidenti Devid Stanqı (9.4.1993), Türkiyə prezidenti Turqut Özalı (13-15.4.1993), Ankarada Turqut Özalın dəfn mərasimindən (20-22.4.1993) sonra bir sıra ölkələrin başçılarını, Ümumdünya Davos Forumunun prezidenti Klaus Şvabrı (23.4.1993), Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin müşaviri Stroub Talbottu (14.5.1993), Harold Elliston başda olmaqla Böyük Britaniya parlamentinin nümayəndə Heyətini (30.4.1993), Türkiyə XİN müavini Özdəm Sanberqi (16.6.1993) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi.
BMT-də, ATƏM-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstan'la qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu.
Moldova, Qazaxıstan] və Türkmənistan-la iqtisadi sazişlər imzalandı. Belçika,Amerika Birləşmiş Ştatları , Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu.
Azərbaycan dövlətinin belə müstəqil siyasət həyata keçirməsi ölkəni əvvəlki tək öz təsir dairəsində saxlamağa çalışan və cəmiyyətdə getdikcə geniş vüsət alan demokratikləşmə prosesini özləri üçün təhlükə hesab edən bəzi qonşu dövlətlər tərəfindən qısqanclıqla qarşılansa da ümumilikdə Elçibəy iqtidarı xarici siyasətinin həmin istiqamətdə qazandığı uğurlar şəksizdir.
Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Heftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatları-nın Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir.
Qərbdə Azərbaycanın demokratik imici formalaşmışdı və ona görə də ölkəmizin apardığı ağır müharibədə Qərbin onu müdafiə etdiyi dövr başlayırdı. Azərbaycanı demokratik dövlət kimi dünyada tanıtdıran məhz Elçibəy iqtidarı oldu. Artıq heç kəs Azərbaycanlılara fundamentalist, fanatik, mədəniyyəti demokratik prinsiplərə uyğun gəlməyən millət kimi baxmırdı.
Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elzibəy 1993-ün İyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada Heydər Əliyev rejiminin arasıkəsilməz basqıları altında 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997ci ilin 30 Oktyabrında Bakı-ya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi 1997.
Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri Bu mənim taleyimdir (Bakı, 1992), Deyirdim ki, bu quruluş dağılacaq (Bakı, 1992), Demokratiya və azadlıq (İstanbul, 1992), Bütöv Azərbaycan yolunda (İstanbul, 1998), Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam! (Bakı, 2002), Elçi düşüncələri (Bakı, 2002) kitablarında əksini tapıb.
Onun mübarizə yolunu işıqlandıran K.V.Nərimanoğlunun Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy (İstanbul, 1992), A.Səmədoğlunun Elçibəy və Azərbaycan (İstanbul, 1994), F.Qəzənfəroğlunun Əbülfəz Elçibəy. Tarixdən gələcəyə (İstanbul, 1995), Ə.Tahirzadənin Elçi Bəy (Bakı, 1999), Elçibəylə 13 saat üz-üzə (Bakı, 1999; İstanbul, 2001), Prezident Elçibəy (Bakı, 2001), O. Məmmədovun Elçibəy ilə birlikdə otuz il (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb olub. Əbülfəz Elçibəy Məmmədəmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür.
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz
Elçibəy 22 Avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib. Məzarı Fəxri Xiyabandadır.

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından Le Taon Bir B.e. 3 Avq. 2009 - 17:44

Mən bu yaxınlarda öyrəndim ki, Əbülfəz Elçibəy niyə hakimiyyətdən getdi, ya da götürüldü. Bunun altında da maraqlı faktlar durur.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir Ç.a. 4 Avq. 2009 - 12:33

Drongo yazıb:Mən bu yaxınlarda öyrəndim ki, Əbülfəz Elçibəy niyə hakimiyyətdən getdi, ya da götürüldü. Bunun altında da maraqlı faktlar durur.
Heç anlamiram da niyə görə əksər insanlarda Elçibəy kimi millətçi mənfi biri kimi xatirlanir.Bldilər bilmədilər deyirlər eşitdiklərini.
Mən də bəzi məlumatlari bilirəm.Sən yaz bura bölüşək.Vaxtim olan kimi mən də qeyd edəcəm bura

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından When ? Bir Ş. 8 Avq. 2009 - 9:02

Əbülfəz Elçibəy Allahın bu xalqa verdiyi nadir hədiyylərdən idi amma heç nəyin, heç kimin dəyərini bilmədiyimiz kimi onun da dəyərini bilmədik.Doğurdan da o Çeynənən bir ölkənin yeganə HAQQ bağıran səsi idi...

Rebel Təşəkkür edirəm bu mövzuya görə.

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B. 9 Avq. 2009 - 13:51

When ? yazıb:Əbülfəz Elçibəy Allahın bu xalqa verdiyi nadir hədiyylərdən idi amma heç nəyin, heç kimin dəyərini bilmədiyimiz kimi onun da dəyərini bilmədik.Doğurdan da o Çeynənən bir ölkənin yeganə HAQQ bağıran səsi idi...

Rebel Təşəkkür edirəm bu mövzuya görə.
Borcumdur.Elçibəy barəsində çoxlu yanliş fikirlər var cəmiyyətimizdə.Onun qorxaq olmasi Azərbaycani atib getməsi və sss Hamisi cəfəngiyatdir.Çalişiram bacardiğim qədər bu həqiqətləri çatdirim insanlara.
Onun şəxsi mühafizəçisi mənim idman müəllimim olub.Elçibəyin müəllifi olduğu kitabi da hədiyyə edib.Onun barəsində o qədər maraqli məlumatlar danişib ki onun ideyalari C.Azərbaycanla bağli görüşlərini planlarini türkçülük prinsipləri...
Amma mən yenə də öz fikrimdə qaliram ki Elçibəy prezident olmali deyildi.İdarəetməyi bacarmirdi.Çox saf birisi idi.Elə bundan da ətrafindaki hiyləgər yaltaq çaqqallar məharətlə istifadə etdilər.

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B. 9 Avq. 2009 - 14:16

Oqtay Məmmədovun İstanbulda çapdan çıxmış «Elçibəylə otuz il» kitabından
Bu minvalla gəlib 1974-cü ilin axırlarına çatdıq. Artıq bizim hamımıza bəlli idi ki, yaxın vaxtlarda Bəyi həbs edəcəklər.
Təxminən noyabr ayı idi. Mən Bəyə dedim ki, belə getsə səni həbs edəcəklər. O, çox sakit şəkildə cavab verdi ki, bilirəm. Soruşdum ki, bəs nə üçün heç bir tədbir görmürsən? «Daha nə tədbir görüm ki, qoy tutsunlar» dedi.
Bəy gördü ki, bu qısa söhbətin mənası mənə tam aydın olmadı, əlavə etdi ki, qardaş, bəs elə-belə danışmaqla, çayxanada oturmaqla nə iş görmək olar? Çayxanadı, məclislərdi, bu birinci mərhələ idi. İndi ikinci mərhələ başlayır. Millət müstəqil olmaq istəyirsə, birləşmək istəyirsə, qurban verməyi bacarmalıdır. Qurbansız azadlıq olmaz. Ona görə də bu gün mən və mənim kimi adamlar həbs olunmalıdır.

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir C.a. 13 Avq. 2009 - 17:53

Yazıçı Pərvizin 1994-cü ildə Kələki kəndində ondan aldığı müsahibə
Əbülfəz bəy son bir-iki ildə geydiyi qara kostyum əynində, yaxasında da həmin - Atatürkün surəti nəqş olunmuş dairəvi şəkil. Üzündə elə bir dəyişiklik olmasa da, saçının bir xeyli ağardığı duyulur. Səhhəti sağlam. Stolun üstündə ərəb, fransız, ingilis, türk dillərində yazılmış 7-8 siyasi ədəbiyyat.
Əbülfəz bəy Azərbaycanın gələcəyinə, başı üstündə portretləri vurulmuş Atatürk və Rəsulzadə isə Əbülfəz bəyə ümid və nikbinliklə, - Atatürk azca sərkərdə qəzəbi, Rəsulzadə isə azca kədərlə, - baxır. Söhbətə başlamamış Bəydən yorulub-yorulmadığını soruşuruq. "Özünüz yorulmusunuzsa, bu, başqa məsələ, mən elə bu vaxtlar (axşam) daha keyfiyyətli çalışıram", - deyir və söhbətə başlayırıq.

- Bəy, Sizin xarakteriniz haqda cürbəcür - həm obyektiv, həm subyektiv təsəvvürlər var. Bəs Siz özünüz nə fikirdəsiniz, bunu öz dilinizdən eşitmək maraqlı olardı.

- Düzü bu, çox çətin məsələdi. Məsələn, götürək Robespyeri - o qədər ziddiyyətli şəxsiyyət olub ki, tarixçi və psixoloqlar hələ də onun xarakterini tam aça bilmirlər. Və bir də hər yaşın öz psixologiyası var. İçində yaşadığın ictimai-siyasi proseslər adamı o qədər dəyişir ki, özün də məəttəl qalırsan - "axı, on il qabaq mən belə beyildim..." Bu fizioloji prosesdir və biz bundan qaça bilmərik. Tutaq ki, mən gəncliyimdə daha çox sərt və tələbkar idim. İndi isə, daha çox humanizmə meylliyəm. İnsanlar arasında, deyək ki, gəncliyimdə mübarizəni çox xoşlayırdım, indi isə barışdırmağı xoşlayıram. Bəzən elə olur, ən qəddar düşməninə də rəhmin yaranır ki, əşşi, insandı da... Belə bir söz var - bütün insanlar bədbəxtdirlər, çünki hərə bir cür bədbəxtdi - əgər belədirsə, onda niyə də adamlara yamanlıq eləyəsən? Ancaq sonradan qarşıya konkret bir məsələ də çıxır - yamanın qarşısını almayanda, axı, fağırı öldürür bu. Yaxşı, onda ədalət harda qaldı? Ümumi insanlıq baxımından yaxşı insan olursan, ancaq onda da ədalətsiz olursan. Qalırsan ədalətlə rəhm, hər şeyi bağışlamaq arasında. Və bu iki hissin arasında çabalayırsan. Hər şeyi bağışlamaq, rəhm çox xeyirli və ilahi bir işdi. Bəs onda ədalət harda qaldı? Təqribən mən də bunların arasında çabalayıram.

- Mən burda - kağızda belə bir şey qeyd eləmişəm - "Böyük inkvizitor - İsalıq". Dediyiniz o humanizm, bəzən Sizdə də İsalıq həddinə çatır. İsa bir fərd kimi, İnkvizitoru bağışlayır, çünki o çox ucada durur və məsələlərə Allahın yanından baxır. Ancaq burda da ədalətsizlik yaranır - sağ qalan inkvizitor yenə də adamları oda atmaqda davam eləyir. Və burda nəhəng bir təzad görünür...

- Son vaxtlar fikrimi ümumiləşdirəndə mən, 3-4 nəfərə istinad eləyirəm. Biri - Həzrəti peyğəmbərdi (S.A.V) - onda da elə bir şey var. Peyğəmbər, əmisi Əsədül-islam (islamın dayağı) adı almış Həmzəni öldürüb ürəyini çıxaran Həbəşi bağışlayır. O Həbəş ürəkdən peşman olub, səhv etdiyini söyləyir. Və peyğəmbər də islam dininin xatirinə, doğru yola gəldiyinə görə, onu bağışlayır. Söhbət prinsip xatirinə bağışlamaqdan gedir. Allah tövbə qapısını açıq qoyubsa, bəndə niyə qoymasın? Ancaq yenə də deyirəm, o cür bağışlamağın sonra çox böyük xatası çıxa bilər. Bağışlarsan, bağışlarsan, sonra cəmiyyət dağılar. Ona görə bircə əsas qalır - məsələləri ədalət prinsipiylə həll etmək.

Daha doğrusu, fərdi təfəkkürlə yox, sən necə istəyirsən yox, cəmiyyətdəsənsə, cəmiyyətin içində fəal adamlardan birisənsə, deməli, bircə ədalət prinsipini əsas götürməlisən. Ədalətli qanun qoymaq, onun yeganə yoludu.

- Hardasa, Allah və İnsan arasında bir tarazlıq yaradırsan.

- O prinsip əsasdır. Yəni bəndənin fəaliyyəti elə olmalıdır. Bir də, biz özümüzü Allahın fəaliyyəti ilə çox uyğunlaşdırmayaq - O, hər şeyi bağışlayıb, hər şeydən keçə bilər.

- Sizin 17 iyunda çıxıb getməyinizdə də belə oxşar cəhətlər var. Yəni həmin gecə 200-300 gəncin qanının tökülməsini istəməyib getmək və əvəzində beş rayon, on minlərlə qaçqın, demokratiyanın çarmıxa çəkilməsi və s.

- Yox, əvvəla, mən orda qala bilməzdim. Bir də ki, 200-300 nəfər yox, bütün Azərbaycanı vətəndaş müharibəsi bürüyəcəkdi. Nə üçün? Çünki o vaxt iki qütb yaranmışdı - həm bizi müdafiə edənlər, həm qiyamçılar. Bütün döyüş rayonlarında bizə sadiq olan top-tüfəngli qüvvələr vardı. Biz onları döyüşə çəkə bilərdik. Onlar hətta bunu bizdən tələb də eləyirdilər. Bu iki qütb toqquşsaydı, onları asanlıqla susdurmaq olmayacaqdı. Və bu da milyonların, ölkənin taleyilə nəticələnərdi. Ona görə də mən məsələdən birtərəfli uzaqlaşdım

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir C.a. 13 Avq. 2009 - 17:54

- Deməli, bu gedişdən Azərbaycanın qazancı oldu?

- Şəksiz. Mən elə düşünürəm. Vətəndaş müharibəsinin olmaması əsas şeydi.

- Yaxşı, Bəy, Sizdən sonra gətirilən, haqqında "Allah kimi hər şeyi bacara bilər" fikri formalaşdırılmış adam və onun "komandası" elə bir iş görübmü ki, sizlər onu bacarmazdınız?

- Düzü, bu da çox çətin sualdı. Ancaq mən tam dəqiqliklə deyim ki, bizim komanda nə qədər pis işləsəydi, yenə də belə böyük dağıntı və məğlubiyyətlər olmazdı. Mən Azərbaycanı ta bu cür dağıdacaq qüvvəni görmürəm..., yoxdu. Heç Ayazın qüvvələri də Azərbaycanı belə pis günə sala bilməzdi. Burda iqtisadiyyatın vəziyyəti də göz qabağındadı, əhalinin yaşayış səviyyəsi də, qaçqınların sayının iki dəfə artması da göz qabağındadı. Ta bundan böyük nə fəlakət eləmək olar ki!

- Və bunları siz bacarmazdınız...

- O, başqa məsələ... (utancaq bir şəkildə gülümsünür)

- Siyasətdə əxlaq məsələsi. Bu da ən mürəkkəb problemlərdən biridi. Bir-iki nümunə: Hansısa siyasi bir xadimin ürəyi istəmədiyi, məsələn Yeltsinin, patoloji nifrət etdiyi bir başqa siyasətçiylə - H.Əliyevlə - görüşüb-öpüşüb, üzünə təbəssüm verərək söhbətləşməsi. Halbuki, hər ikisinin bu nifrətdən xəbəri var. (Deməli, daxili fərdi azadlıq pozulur.) Başqa bir əks örnək - Elçibəy nifrət etdiyi Petrosyanın əlini geri qaytarır, siyasət və diplomatiyada məqbul sayılmayan bəzi sözləri Çin və İran haqda deyir. Bax, burdan "əla siyasətçilik və əla diplomatlıq əla əxlaqsızlıqdır" məntiqi nəticəsi çıxmırmı?

- Yox, mən sizin dedikləriniz və mənim haqda deyilənlərlə razılaşmıram. Fikrimdə qətiyəm. Və tarix də bunu sübut eləyəcək. Diplomatiya o deyil ki, kim gəldi onunla "hə-hü" eləyib görüşəsən. Diplomatiya bəzən çox sərt addım tələb edir, - rəqibini şok vəziyyətinə salmaq üçün. İran Azərbaycanın bütün daxili işlərinə qarışır və təxribat aparır. Onda mən heç nə deməməliyəm? Və yaxud biz Rusiya ilə dostluq müqaviləsi bağlamışıq. Bu, o demək deyil ki, rus qoşunu burda qalmalıdır. Prezident kimi mən bunları bildirməliydim. Mən Petrosyanla elə edəndən sonra, o, çox pis vəziyyətdə qalmışdı. Sonrakı dəfə isə Ukrayna, Gürcüstan, Türkiyə və b. dövlət başçılarının, Amerika, İngiltərə nümayəndələrinin xahişi ilə onunla görüşdüm.

Bir vardı, onun dediyi ilə gedək, bir də var bu adamların xahişi ilə addım ataq. Görürsünüz, mən, özümün sərt, üz-üzə durduğum adamla görüşdüm. Ancaq kim üçün və kimin hesabına - bu, bilinsin. Mən o diplomatları eşitdim, güzəştə getdim. Onların da bizə rəğbəti artdı. O məqamda bu jest lazım idi.

Yəni mən Levon Ter-Petrosyanla düşmənəm, ancaq Azərbaycan-Ermənistan sülhündə maraqlı olan dövlət nümayəndələrini eşidir və ona gedirəm. O yerdə ki, millətin mövqeyi və mənafeyi məsələsi var, orda fərdi-daxili azadlıqdan söhbət gedə bilməz. Millətin, dövlətin taleyinin tələbiylə hər şeyə getmək olar. Burda fərdin əxlaqı heç bir rol oynamır. İkincisi, mən siyasətdə bir fikri əsas götürür, əxlaqsız siyasəti qəbul etmirəm. Yəni ki, milli əxlaqa zidd, milli adət-ənənəni pozmaq, arxadan zərbə... buna, bizim xalq namərdlik deyir, bunlar mənim əxlaqıma ziddi. Siyasətçi, diplomat siyasət yürüdərkən bunu öz millətinin əxlaq-ənənə süzgəcindən keçirib yürütməlidir ki, bunlar bir-birinə hopub daimi olsun. Milli işə çevrilsin. Siyasətdə müxtəlif yollar var. Məsələn, Taleyran yolu - hər şeyi qurmaq, yalan, kələk və s. Hətta Taleyran öləndə deyiblər: - Görəsən, ölmək onun nəyinə lazım idi ki, ölüb? Və ya deyirlər ki, - ifadəyə görə, çox üzrə istəyirəm, Taleyran hər şeyi satardı. Bircə qoca anasını satmırdı, çünki o da işə getmirdi. Və ya Napoleon deyirdi ki, mən Taleyransız yaşaya bilsəydim, sabah onu asardım. Ancaq onsuz işim keçmir. Bismark isə başqa cür deyirdi: Açıq və sərt!

Çünki Bismark o cür gedə bilərdi, Taleyran elə. Açıq və sərt getdi və uddu - Almaniyanı birləşdirdi. Hərə öz təbiətinə uyğun yol tutub getməlidi. Yolun düzü-əyrisi yoxdu. Sən yolu tut, get. Əsas məsələ sona kimi getməkdi. Nəticə sonda bilinəcək. Ancaq o təbiətə uyğunluqdan çıxmaq da çox çətindi. Mən də çox vaxt belə çıxa bilmirəm..

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir C.a. 13 Avq. 2009 - 18:00

- Bu qədər haqq-hesabdan, dönüklükdən, dözümsüzlükdən sonra Siz yenədəmi millətə, daha doğrusu xalqa (millət hələ yoxdu) inanırsız?

- Mənim millətə iki cür yanaşmam var - birincisi, istər bu millətə inan, istər inanma, sən bunun övladısan, sən buna xidmət eləməlisən. Millət nədirsə, bunun sənə dəxli yoxdu, sən bunun övladısan. Sən bunu rədd edib qəbul etməyə bilməzsən. Etmirsənsə, etmə, - ancaq onda çıx millətin içindən. Mən də pisəmsə, yaxşıyamsa buyam, millət də yaxşıdırsa, pisdirsə budu. Bu - gerçəklikdi. İkincisi, bunu çox səmimi deyirəm, mən Azərbaycan xalqının gücünə çox inanıram. Çox güclü xalqdı. Bunun o qədər gücü, o qədər enerjisi var ki...

Sadəcə olaraq, biz bu enerjini, fizikada olduğu kimi, gücə çevirə bilmirik. Bu nədəndi? Biz elə təşkilatlana bilmirik ki, o təşkilatlarımız bu xalqın enerjisini gücə çevirsin. Bu, asan məsələ deyil, ancaq yavaş-yavaş yaranır. Siz onda baxarsız. Bir də ki, bu xalqdan nə istəmək olar? Allah bizim üzümüzə baxıb. Bizim çox böyük mədəniyyət sistemimiz var. Bu cür mədəniyyəti olan bir xalq hökmən güclü siyasi xadimlər yetirəcək. Amma hələ ki, yetirməyib. Və mən bununla razılaşmıram. Azərbaycan xalqı çox duyğusal, duyğusu güclü bir xalqdı. Duyğusu güclü olan millətə bircə şey lazımdı - güclü elmi təlim. Yəni duyğunu elmi əsaslarla təlimləşdirmək lazımdır. Vay o millətə ki, onun duyğusu zəifdi. Hələ ona duyğu, hiss-həyəcan bəxş etmək lazımdı. Bu da çox uzun, üzücü bir işdi. Məsələn, biz mübarizəyə başlayanda artıq bir çox şeylər hazır idi. Deyək, Üzeyir bəyin "Üvertüra"sı. O bunu bizimçün hazır qoyub getmişdi. Əgər bu olmasaydı, bizimçün çox çətin olacaqdı. Onda nəsə yeni bir musiqi bəstələmək lazım gələcəkdi. Ya üçrəngli bayrağımız. Əvvəl o gizlədilmişdi və meydana gah islam, gah sovet bayrağı çıxırdı. Sonra isə...

Sonrası da bəlli. Bunlar hamısı millətin içində var - bunu yığmaq, tapmaq, üzə çıxarmaq lazımdı. O da bizim özümüzdən asılıdı. Hər şey təşkilatlanmadan keçir.

- Əbülfəz bəy, mən bunlarla razı. Məsələn, bizim Mirzə Cəlil, Sabir, Üzeyir bəylərimiz olub. Ancaq onlar bu gün də müasirdirlər. Yəni bizim milli mentalitetdə heç nə dəyişməyib. Burdan belə çıxmırmı ki, birincisi, bizim millət düzələn deyil, ikincisi, tutaq ki, jurnalistkanın, ya hər hansı yazı-pozunun heç bir xeyri yoxdu?

- Yox, bəy, bu, tamam yanlışdır. Yəqin bilə-bilə sualı belə qoyursuz ki, mən bir az danışım. Hər bir xalq fəaliyyətə keçərkən ilkin olaraq ədəbiyyatdan başlayır. O ədəbiyyatın siyasi olub-olmamasının heç bir fərqi yoxdu. Ədəbiyyat inkişaf eləyib-eləyib özünə siyasi və fəlsəfi fikirləri toplayır. Fransaya, İngiltərəyə baxın. Buna deyirlər siyasi maarifçilik.

Ədəbiyyat siyasi maarifçiliyi yaradır, siyasi maarifçilik siyasi xadimləri. Bizim yazarlar bunu başladı, ədəbiyyat siyasəti topladı. Gəldik çıxdıq nəticəyə - Demokratik Respublika. Bunun qabağını saxladılar. Yarımçıq qaldı.

Ona görə biz təzədən başlayanda və başlamalıyıq, həmin o ənənəni yığmalı, Məmməd Əminin ideyasını götürüb getməliyik. İndi baxın: Biz o vaxtkı xəttdən təqribən üç addım irəliyik. Xalqın siyasi savadı da bir o qədər inkişaf eləyib.

Yadınızdadırsa, 89-da Azərbaycan xalqı "ilin xalqı" sayıldı. Bu azdırmı? Biz ənənələrdən istifadə eləyib irəli gedirik. Adi bir şey deyim, biz azsaylı xalqlar haqda qanun qəbul etmişdik. Moskva Pribaltika ölkələrində, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə rusların incidilməsindən danışır, bizdə isə yox? Götürdüyümüz bu xətt bizim irəliləyiş idi. Belə şeyləri çox sadalamaq olar. İndi qoymadılar da... (kövrəlir...- P.) Ancaq bu sadəcə, əyləc idi, - tormoz. Eybi yoxdu, xalq bir də qüvvəsini toplayacaq, nə qədər ağır, itkilərlə olsa da, bu fırtınadan çıxacaq, ancaq bu dəfə xalq kimi yox, millət kimi çıxacaq.

- Bir şey soruşum, ancaq şablon saymayın. Əgər siz şair - azad bir şair olsaydınız, hansısa prezidentə, devrilmiş prezidentə (çünki məsələ belə qoyulur) şeir yazardızmı? İkincisi, şair R.Rövşənin Sizə və İ.Qəmbərə şeir həsr eləməsinə necə yanaşırsız və həmin şeirlərin səmimiyyətinə inanırsızmı?

Üçüncü, bəzi ramizsevərlər kimi, buna təəssüflənmirsiz ki?

- Birincisi, R.Rövşən çox sərbəst adamdı. O, içinin diqtəsi olmadan bir şey yazmaz. Yəqin nə isə içindən onu rahatsız eləyib, o da yazıb. Ramizlə biz onun gəncliyində mübahisə eləmişik. Çox vaxt onun şerilərini qəbul etsəm də, fikirlərini, həyata baxışı, siyasi baxışını qəbul etməmişəm. Ancaq şeirlərinin gücünü etiraf etmişəm. Onun heç tarixən mənə çox böyük rəğbəti olmayıb... Doğrudan da olmayıb. Düzü, mən o şeiri oxuyanda təəccübləndim. Fikirləşdim ki, yəqin onun içində nə isə bir şey yaranıb. Deyim ki, şairlərin duyumları çox güclü olur. Şeirdəki o "daş atan qardaşlar", düzü, mənə çox təsir elədi. İsada (s) bir şey var, bəlkə də o mənfi xüsusiyyətdi, bəzən mən nədənsə döyülmək, daşa qonaq olmaq istəyirəm. Və xüsusən də məni haqsız döyəndə, kütlə halında hücum gələndə, o mənə çox qəribə gəlir və mən öz-özümə fikirləşirəm ki, bu niyə belə olur?.. Və sonra da fikirləşirəm ki, bəlkə məni daşlaya-daşlaya özləri ayılacaqlar. Tarixən belə şeylər olub. Mən yenə də deyirəm, böyüklərdən misal çəkmək, özünü onlara oxşatmaq deyil, sadəcə... sufiləri götürək. Onları döyüblər, ancaq zaman ötdükcə peşman olublar ki, o bizə nə pislik etmişdi axı?

Birdən fikirləşirsən ki, bu daşqalaq edilmək tarixən olub Azərbaycanda... Nəsimi, Nəimi, Eynəlqüzzat Mianəci, Sührəvərdi və b. şeyxləri məhv eləyiblər. Nə isə...

Əgər doğrudan da ramizsevərlər bundan darılıblarsa... qoy, o şeiri geri götürsün. O şer mənə yazıldığı üçün heç bir münasibət bildirmirəm. İsa bəyə yazılan üçün doğrudan da sevinirəm. Deməli, şair və bəstəçi duyub ki, bu adam yalnız Vətən üçün çalışır. Heç bir təmənnası olmadan. Əgər Ramiz sabah mənə həcv yazsa, elə Əkrəm də, hətta bunu gözləyirəm, mən heç incimərəm. Çünki onlar bütün yaradıcılıqlarıyla bu hüququ qazanıblar. Ancaq vay onda ki, belə həcvi, çox üzr istəyirəm, "sandıq tulaları" yaza...

- Bəy, Allah düşməni də bağışla deyir, Vətən isə öldür! Sizə bir düşmən əsirini aparıb güllələmək tapşırılarsa, bu nəhəng təzadı necə həll edərdiniz?

- Mən Vətəni çox sevirəm, ancaq deyəsən, Allaha daha çox yaxınam. Öldürməyi bacarmıram. Ancaq burda Vətən əsas götürülməlidi. Buna görə də mən bəzən bu cəhətlərinə görə Mustafa Kamalı Məmmədəmindən də çox istəyirəm. Rəsulzadə də

mənim kimi olub. Mən bir ruh, bir ideya kimi Rəsulzadəni, bir sərkərdə kimi Atatürkü sevirəm, qibtə edirəm. Özümü də, Əmini də danlayıram ki, əşşi, belə olmaz da, vallah belə olmaz, dövlət başçısı tamam başqa şeydi.

- Mənəvi rəhbərlikdən prezidentliyə enməyiniz Sizi əzib, sındırmadı ki... Və məncə, Siz sonra da onu davam etdirdiniz.

- Bəla burasındadır ki, ikili hisslə yaşayanda adam çox əzab çəkir. Bir tərəfdən fikirləşirsən ki, prezident olmaq heç də aşağı enmək deyil. Prezident millətin rəhbəridi. Mən, məsəlçün deyək ki, mənəvi rəhbər olsam və doğrudan da xalq yaxşı bir prezident seçsə, mənəvi rəhbər kimi, bütün ömrümü o prezidenti ucaltmağa və onu müdafiəyə özümü sərf eləyərəm. Çünki millətə mənəvi rəhbərdən çox siyasi, dövlət rəhbəri lazımdı. Doğrudan da elə bir adam, həm özümün, həm xalqın sevdiyi bir adam seçilsə, onun şəxsiyyətini ucaltmağa, tərifləməyə çalışaram ki, Azərbaycanda dövlət və dövlət rəhbərliyi müqəddəsləşsin. Millətdə dövlətçilik müqəddəsliyi yaransın. Mən həmişə Azərbaycan alimləri ilə maraqlanmışam. Onlardan biri də, çox qəribə taleli Ağ Şəmsəddin olub. Bu böyük sufi, Sultan Fateh Mehmetin müəllimi və mürşidi olub. Sultan İstanbulu fəth eləyəndən sonra mürşidinin yanına gəlib. Və deyib ki, şeyxim, icazə ver, sənin yanından daha getməyim. Şeyx deyir ki, dur, buranı tərk elə və bir də bura gəlmə. Mürşidə də "niyə" sualı vermək olmaz. Sual verən təriqətdən çıxır, orda belə bir sistem var: - Mən mürşidimin sözünü ata-anamın sözündən üstün tutacağam, dediyi, mənimçün göydə Allahın, yerdə onun sözüdür. Və sultan gedir, üç aylıq narahatçılıqdan sonra nəhayət, mürşidindən xahiş eləyir ki, onu qəbul eləsin, hansı günah işlətdiyini ona anlatsın. Onda Ağ Şəmsəddin deyir: "Sənin bir saatlıq ədalətin, xalq üçün, Allah yanında, mənim qırx illik ibadətimdən üstündür". Bax, bu prinsip əsas olmalıdır. Biz də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti qiymətli olan prezidenti seçməliyik. Azərbaycanın belə bir adama ehtiyacı var. Və mənə elə gəlir ki, xalq elə birini yetişdirəcək. Və canı qurtaracaq.

- Axı, Siz də ədalətli adamsınız...

- Yox, mən o məqamda deyiləm... Mən daha çox... Ədalət tamam başqa şeydi. Tamam...

- Bəy, Siz xalqa azad, müstəqil respublika, mənəvi (daha çox) var-dövlət vəd etdiniz. Razısızmı ki, bunların əvəzinə 1 kq. makaron və s. təklif etsəydiniz (nağd), onda o xalq sizin ardınızca gedərdi, nəinki inkvizitorun? Mən belə fikirləşirəm.

- Mən bayaq da dedim. Çox yekəxana çıxmasın, bir tarixçi olduğum üçün, tarixin özünün fəlsəfəsi var mənim beynimdə. Orda belə bir şey var - insanların ən yüksək işi ruh məsələsidi. Ancaq bu ruh maddisiz də olmur. Maddiyyatdan kənar o ruh müəyyən bir dövr bədəndə qərar tuta bilər. Müəyyən bir dövr. Nəcib Fazilin "Gəncliyə xitab"ında da belə bir yer var ki, maddiyyatı təmin edərək, mənəviyyatı yüksəldəcəksən. Məqsəd mənəvi aləmə getməkdir. Burda maddiyyat bir pillədir və bu pilləsiz olmur. Bu, bir pillə, bir vəsilədir o yolda. Kimsə şeyxlik eləyə bilər. Başına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb öz mənəvi aləmləriylə də yaşaya bilərlər. Ancaq bu, bir hissəcikdi, cəmiyyət deyil. Cəmiyyət isə tələb eləyir, yaşamaq istəyir.

- Adamlar düşünmək yox, yaşamaq üçün doğulur...

- O nağıldı ki, deyəsən, mən bir dua oxuyaram, cəmiyyət dolanar. Bu, boş şeydi. Cəmiyyətin tələbatı var və o ödənməlidi. Yəni iqtisadiyyat əsasdı. Mən "tələbat ödənməlidi" deyəndə, harın-qarınlığı demirəm. O harınlığa keçiddə sən onun qarşısın almalı və üzü mənəviyyata istiqamətləndirməlisən. Maddi tələbat reallıqdı və sən bu reallıqla barışmalısan...

- Siyasətdən, hərəkat və milli azadlıq mübarizəsindən tanıdığımız Ə.Elçibəy o sadalananlardan kənar kimdi?

- Heç kim!

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından When ? Bir C. 21 Avq. 2009 - 11:39

Rebel çox sağ ol bu dəyərli məlumatların üçün.Doğurdan bu gözəl insan haqqında nə qədər oxusaq o qədər çox şey və hər dəfə də yeni bir şey öyrənir insan.Həm insanlıq adına həm də tarixi bir şəxsiyyət kimi ondan çox daha çox şey öyrənə bilərdik əgər taleyin amansız özlümü onu vaxtsız aramızdan aparmasaydı....Və sabah bu gözəl insanın ölüm ildönümüdü.9 ildi onsuzuq və bu xalq çox şey amma çoooox şey itirdi.....

==========================
Dəyərlərimizin Fərqinə varaq...

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından Rusik Bir Ş. 22 Avq. 2009 - 18:29

Marqarita Tetcer ONU Qafqazin en boyuk demokrati adlandirirdi.Allah ona qeni-qeni rehmet elesin

Rusik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından REBEL Bir B. 23 Avq. 2009 - 14:56

Bilərəkdən məzara səhər getmədik ki `müxalifət`çilərlə rastlaşib əsəbləşməyim.Yenə də xeyri olmadi.Mezari önündə KXCP ve AXCP ayri-ayri əkiıl vardi.Mence heç olmasa bu gündə üstündə bütöv AXCP yazilan əklil qoymaq lazim idi.Gələn dəfə yəqin 1 dene de YXCP ve ya BXCP ve s olacaq.Gedərkən olda Elman Türkoğlu ilə də rastlaşdiq.Tək idi əlində Azərbaycan və Türkiyə bayraqlari vardi.Məzarin önündə Fatihə demişdik ki bir xanim gəldi.Qara eynəkdə başinda örtük vardi.Sanki gözə dəyməməyə çalişirdi.Biz aralandiqdan sonra xeyli durdu sonra gözləri yaşla doldu(hiss olunurdu) və özünü saxlaya bilməyib məzarin arxasina keçdi ağladiqdan sonra yenə önünə gəldi.Mən yaxinlaşib kim olduğunu soruşdum.Mənə Elçibəyçiyəm dedi heç bir qohumluğum yoxdu onunla.Mən isə təbii ki inanmadim.Yəqin düşünüb ki hakimiyyətə işləyənlərdənəm.Sonra cəld orani tərk etdi-Qaranliq qaldi o xanimin kimliyi
Gələnlər vardi çoxu adi vətəndaş idi.Xususilə 2 hicabli gənc xanim gəlmişdi səhv etmirəmsə valideyni ilə.Sevindirici haldi gələcək nümayəndələrimizin unutmamasi məzara gəlməsi.Sizlər də çalişin ətrafinizdakilara xüsusilə uşaqlara onun barəsində az da olsa məlumat verin.Necə bir insan olduğundan Azərbaycan Milət üçün etdiklərindən....danişin.Gələcəyiiz unutmasin və ya mənfi rəydə olmasin onun barəsində

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əbülfəz Elçibəy

Yeni mövzu tarafından Sponsored content Bugün 16:03


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.