Çingiz Mustafayev

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Çingiz Mustafayev

Yeni mövzu tarafından REBEL Bir B. 2 Avq. 2009 - 23:45

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Veydemanisin Çingizi nə qədər çox sevdiyini bilirəm və Çingiz Mustafayev barəsində yazdiqlarini bura yerləşdirməklə bu mövzunu davam etdirəcəyini gözləyirəm

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından REBEL Bir C. 28 Avq. 2009 - 9:53

Sabah onun dogum gunudu.Sehidler Xiyabanina getmek isteyen elaqe saxlasin

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Qonaq Bir B. 30 Avq. 2009 - 20:40

Dünən ŞƏhidlər Xiyabanına Çingizin məzarını ziyarətə gələnlərin əksəriyyətinin gənclər, yeniyetmələr olması məni çox sevindirdi. Yaxşı ki, hələ ora getməyi yadırğamayanlar qalıb.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından REBEL Bir B. 30 Avq. 2009 - 23:09

Veydemanis yazıb:Dünən ŞƏhidlər Xiyabanına Çingizin məzarını ziyarətə gələnlərin əksəriyyətinin gənclər, yeniyetmələr olması məni çox sevindirdi. Yaxşı ki, hələ ora getməyi yadırğamayanlar qalıb.
Duzdu sevincirici haldi.Teesuf ki birlikde gede bilmedik.Ans-cilerden hes kesi gormedim orda.Yeqin hamisi Sekiye gedibmis-getmemisden qabaq gelibler ora
Dusunurdum ki bu movzuda senin ismariclarinin sayi sayagelmez olacaq.Onun baresinde yazdigin seiri,meqaleleri niye yazmiran ki bura???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Qonaq Bir B.e. 31 Avq. 2009 - 9:27

Yox, ANS-çilər hamısı gəliblər, bütünlüklə. Sadəcə, bu, nə sən orada olan vaxta düşüb, nə də mən.
Şeir, məqalə nədir? Mən məgər şairəm???

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Le Taon Bir C. 4 Sen. 2009 - 18:28

Veydemanis yazıb:Yox, ANS-çilər hamısı gəliblər, bütünlüklə. Sadəcə, bu, nə sən orada olan vaxta düşüb, nə də mən.
Şeir, məqalə nədir? Mən məgər şairəm???
Yaxşı görək... Çox naz eləmə.
Sən şair deyilsən eee, şairəsən.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından REBEL Bir C.a. 29 Okt. 2009 - 11:09

Men bu movzuda Aqlaya aglaya ee ne bilim ee Aglamalinskiden cox seyler gozleyirdim.Dusnurdum bu movzuda Cingiz barede dusunduklerini yazdiqlarini... yerlesdirer biz de oxuyariq

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Qonaq Bir C.a. 29 Okt. 2009 - 17:06

REBEL yazıb:Men bu movzuda Aqlaya aglaya ee ne bilim ee Aglamalinskiden cox seyler gozleyirdim.Dusnurdum bu movzuda Cingiz barede dusunduklerini yazdiqlarini... yerlesdirer biz de oxuyariq
Hörmətli REBEL, özün Supermod olduğun halda qaydaları pozma! Qaydalara görə başqasının nikini təhrif edə bilməzsən. Əks təqdirdə, mən də sənin nikin haqqında cürbəcür sözlər fikirləşə bilərdim.
Təəssüf ki, mən bu mövzuda moder deyiləm, yoxsa yuxarıdakı posta görə sənə faiz, bəlkə də ban verərdim.
Nəzərinə çatdırım ki, AQLAYA adının nə hərfi, nə də məntiqi cəhətdən "ağlamaq" feli ilə qətiyyən əlaqəsi yoxdur. Çox nahaq yerə belə bir gümana düşmüsən. Əgər məlumatın yoxdursa, qoy, nikimin mənası, kökü haqqında məlumat verim, sənin də ürəyin sakit olsun.
Aqlaya Fyodr Mixayloviç Dostoyevskinin (yəqin ki, belə yazıçı tanıyırsan da...) çox məşhur "İdidot" romanının əsas obrazlarından biridir. Nikimi dəyişərkən, doğrusu, Knyaz Mışkin qoymaq istəyirdim. Sonra fikirləşdim ki, forumumuzda bu adı daşımağa daha layiq insanlar var. Mənə elə AQLAYA da bəsdir!
Bu mövzunu OFF-TOPla korlamaq istəməzdim. Təəssüf ki, belə alındı...

Yaxşı, OFF-TOP olmasın deyə, sizin hamınıza bir sualla müraciət edirəm:
Əgər Çingiz 1992-ci ildə şəhid olmasaydı, bu vaxta qədər sağ qalardı? Sağ qalardısa, hansı vəziyyətdə olardı?

Bu sualı bir dəfə mənə Çingizin dayısı oğlu vermişdi. Öz cavabımı deməyəcəyəm. Bu sualı evdəkilərə də verdim. Müxtəlif cavablar aldım. İndi isə sizin cavabınızı bilmək istərdim.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Le Taon Bir B. 1 Noy. 2009 - 9:45

AQLAYA yazıb:
Yaxşı, OFF-TOP olmasın deyə, sizin hamınıza bir sualla müraciət edirəm:
Əgər Çingiz 1992-ci ildə şəhid olmasaydı, bu vaxta qədər sağ qalardı? Sağ qalardısa, hansı vəziyyətdə olardı?

Bu sualı bir dəfə mənə Çingizin dayısı oğlu vermişdi. Öz cavabımı deməyəcəyəm. Bu sualı evdəkilərə də verdim. Müxtəlif cavablar aldım. İndi isə sizin cavabınızı bilmək istərdim.
Bəlkə də jurnalistika tariximizə yeni bir səhifə yazılardı. Kim bilir, bəlkə də onun da sonu Elmar Hüseynov kimi olardı.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından REBEL Bir Çər. 4 Noy. 2009 - 17:05

Onun olumu barede kim ne bilirse yazsin mumkunse.Yeqin siz de onu ozumuzkuler oldurdu,evvelceden qurma idi ve s tipli ifadeleri.Sizce bu ne derecede heqiqeteuygundur???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Le Taon Bir Çər. 4 Noy. 2009 - 17:09

REBEL yazıb:Onun olumu barede kim ne bilirse yazsin mumkunse.Yeqin siz de onu ozumuzkuler oldurdu,evvelceden qurma idi ve s tipli ifadeleri.Sizce bu ne derecede heqiqeteuygundur???
Açığı mən məhz Çingiz Mustafayevin yox, digər əsgərlərimizin özümüzünkülər tərəfindən vurulduğunu eşitmişəm. Amma eşitdiyim məlumatın doğuruluğunu heç bir şeylə isbat edə bilmərəm.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çingiz Mustafayev

Yeni mövzu tarafından Sponsored content Bugün 16:04


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.