Daşalti Əməliyyati

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Daşalti Əməliyyati

Yeni mövzu tarafından REBEL Bir B. 2 Avq. 2009 - 22:52

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Daşalti Əməliyyati

Yeni mövzu tarafından REBEL Bir B. 2 Avq. 2009 - 22:56

Tacəddin Mehdiyevin müsahibəsindən
- Həmin vaxt cəmi 1 ay idi ki, müdafiə naziri təyin olunmuşdum. Ayaz Mütəllibov qəflətən məni yanına çağırdı və dedi ki, Şuşaya getməlisən. Açığı, bu göstəriş mənim üçün xeyli müəmmalı idi. Çünki cəmi bir batalyonumuz var idi, nizami ordudan danışmaq isə mümkün deyildi. Sonradan xəbər tutdum ki, məni tələyə salmaq istəyən qüvvələr Mütəllibova təsir ediblər ki, müdafiə naziri mütləq Şuşaya getməlidir. Şuşaya çatanda məni nazir kimi qarşılayan da olmamışdı. 12 gün Şuşa şəhərində qalsam da, şəhərin icra hakimi mənimlə görüşə maraq göstərməmişdi. Bütün bunlar məndə hələ o zaman şübhələr oyatmışdı ki, burada nəsə pərdəarxası oyunlar gedir. Çünki hələ Şuşaya getməmişdən əvvəl, Rəhim Qazıyev başda olmaqla, AXC fəalları mənə qarşı mitinqlər təşkil etmişdilər. Mitinqlərdə bildirirdilər ki, Tacəddin Mehdiyev ordu quruculuğunu zəif apardığı üçün vəzifəsindən istefa verməli, müdafiə naziri Rəhim Qazıyev olmalıdır. Onlar məndən qabaq Valeh Bərşadlı kimi təcrübəli və savadlı bir hərbçini müdafiə naziri vəzifəsindən istefaya göndərməyə nail olmuşdular. Mənim Şuşaya göndərilməyimdə "cəbhəçi"lər ilə yanaşı, o zaman hakimiyyətdə olan güc nazirlərinin də marağı vardı. Çünki mən belə bir məsələ qaldırmışdım ki, güc strukturlarının nəzarətində olan birləşmələr vahid mərkəzdən idarə olunmalıdır. Yəni güc nazirlikləri bütün əməliyyatları Müdafiə Nazirliyinin nəzarəti altında aparmalıydılar. Digər nazirlər elə bilirdilər ki, mən bununla, onların səlahiyyətlərini məhdudlaşdırmaq istəyirəm. Sonrakı araşdırmalarım, təhlillərim əsasında bir daha əmin oldum ki, onlar mənə qarşı qurulan tələdə bilavasitə iştirakçı olublar.

- Şuşaya "Daşaltı əməliyyatı"nı həyata keçirmək üçün göndərilmişdiniz?

- Şuşada olduğum müddətdə gördüm ki, vəziyyət çox ciddidir. Şuşa ilə əlaqə saxlamaq üçün iki yol var idi. Kərkicahan kəndi işğal olunduqdan sonra Ağdamdan gələn yol bağlanmışdı. Laçından gələn yolu isə Daşaltı kəndindəki ermənilər daim atəş altında saxlayırdılar. Bu yolla Şuşaya gediş-gəliş böyük risk tələb edirdi. Ermənilər həmin yolu tam nəzarətə götürsəydilər, Şuşa ilə əlaqə tamam kəsiləcəkdi. Yeri gəlmişkən, deyim ki, sonralar ermənilər Şuşanı məhz Daşaltıdan keçərək tutmuşdular. Yəni mən bu təhlükəni əvvəlcədən görürdüm. Ona görə də birmənalı olaraq qərar verdim ki, Daşaltı kəndi tam nəzarətə götürülməlidir. Həmin vaxt batalyon komandiri olan Nurəddin Abdullayev mənə demişdi ki, onlar bir dəfə cəmi 30 nəfərlik qüvvə ilə Daşaltı kəndinə giriblər, lakin əlavə qüvvə olmadığı üçün kəndi əldə saxlaya bilməyiblər. Abdullayev əvvəlki səhvlərin də nədən ibarət olduğunu dedi və kəndin azad olunması üçün plan təklif etdi. Mən həmin hücum planını diqqətlə nəzərdən keçirdim və gördüm ki, çox uğurlu plandır.

- Elə isə əməliyyat niyə uğursuzluqla nəticələndi?

- Əməliyyat çox gözəl təşkil olunmuşdu və mütləq qələbə ilə nəticələnməliydi. Bütün keçmiş nöqsanlar nəzərə alınmış, uğurlu döyüş taktikası seçilmişdi. Əməliyyata əvvəldən axıradək Nurəddin Abdullayev rəhbərlik edib və sonadək onun işinə heç kim qarışmayıb. Ancaq çox təəssüflər ki, milli xəyanət nəticəsində əməliyyat pozuldu və biz Daşaltı kəndini azad edə bilmədik. Dəhşətli burasıdır ki, Daşaltına girərkən, bizə əsas zərbələri ermənilər deyil, özümüzünkülər vurdular. Özümüz-özümüzə atəş açdıq, qardaş qanı töküldü. Bu, bizim əməliyyatı pozmaq üçün təşkil olunmuş gizli plan idi. İndi deyirlər ki, əməliyyatı pozan naməlum, qara paltarlı döyüşçülər olub. Boş söhbətlərdir! Könüllülər dəstəsi bizə qarşı yönəldilmişdi ki, əməliyyat pozulsun.

- Tacəddin müəllim, gəlin, bir qədər açıq danışaq. "Daşaltı əməliyyatı"nı pozan həmin könüllülər dəstəsinə kim rəhbərlik edirdi? Ümumiyyətlə, əməliyyatın pozulmasında məqsəd nə idi?

- Məhkəmə üçün də qeyri-müəyyən qaldı ki, həmin döyüşçülər kim olub, onlara kim göstəriş verib. Amma ciddi araşdırmalar aparılsaydı, bunları aşkara çıxarmaq mümkün idi. Mənim özümün müəyyən şəxsi qənaətlərim var. Amma onları fakt kimi açıqlamaq istəməzdim, çünki bu, çox böyük qalmaqala səbəb ola bilər. Burada bir sıra çirkin məqsədlər güdülürdü. Birinci məqsəd yenicə yaranan Azərbaycan ordusunda sərkərdəyə qarşı inamsızlıq yaratmaq idi. İkincisi, ictimaiyyətdə xof yaratmaq istəyirdilər ki, Azərbaycan ordusu hücum əməliyyatı həyata keçirmək, qələbə çalmaq iqtidarında deyil. Üçüncüsü, batalyondakı döyüşçülərin bir çoxu AXC-nin üzvü olduğundan, sonradan belə bir fikir formalaşdırılırdı ki, guya Tacəddin Mehdiyev onları məhv etmək barədə Mütəllibovdan göstəriş alıb. Halbuki bu çox kiçik əməliyyat idi və onu Ali Baş Komandana deməyə ehtiyac yox idi. Həm də bilirdim ki, bütün telefon danışıqlarına qulaq asılır, hərbi sirr yayıla bilər. Əməliyyat uğurlu alınsaydı, hakimiyyətə gəlmək istəyən qüvvələrin planları alt-üst olacaqdı...

- Həmin dövrdə AXC israrla Rəhim Qazıyevin müdafiə naziri təyin olunmasını tələb edirdi. Bu Sizə qarşı inamsızlıqdan irəli gəlirdi, yoxsa digər səbəblər də var?

- Rəhim Qazıyevin Azərbaycan xalqı qarşısında ən böyük günahı, xəyanəti budur ki, o, müharibə şəraitində müdafiə naziri oldu. Təbii ki, onu Xalq Cəbhəsinin təzyiqi ilə nazir təyin etdilər. Şuşa və Laçın rayonlarının düşmənə təhvil verilməsinin birinci səbəbi bu idi. Hərbdən başı çıxmayan adam döyüşü necə idarə edə bilərdi? Nazir təyin olunan kimi Rəhim Qazıyevin ilk addımı təcrübəli generalları ordudan tərxis etmək oldu. Əvvəla, bu prezidentin səlahiyyətinə aid bir məsələ idi. Müharibə şəraitində olan bir ölkədə belə bir addım atmaq, əslində, xalqa qarşı ən böyük satqınlıq idi.

- Amma Daşaltı hadisələrinə görə, Sizi ittiham edənlər də az deyil...

- Bəzi səviyyəsiz adamlar belə ittihamlarla çıxış edirlər ki, guya Tacəddin Mehdiyev Daşaltıda döyüşçüləri qırğına verib. Əvvəla, mən bu hadisənin faciə kimi xatırlanmasının qəti əleyhinəyəm. Doğrudur, əməliyyat milli xəyanət ucbatından pozuldu. Amma eyni zamanda onu da qeyd etmək lazımdır ki, biz hərb tarixində görünməmiş, çox uğurlu nəticələr əldə etdik. Rəsmi məlumatlara görə, həmin əməliyyat zamanı Azərbaycan tərəfdən 17 nəfər həlak olub, 24 nəfər itkin düşüb. Bu fakt məhkəmə tərəfindən də təsdiqlənib. Ermənilərdən isə 154 nəfər məhv edilib. Halbuki hücum edən biz idik, daha çox itki verə bilərdik. Azərbaycan əsgərləri tək bir maşında 23 erməni əsgəri məhv etmişdilər. Yəni bizim əsgərlərimiz vuruşublar, böyük rəşadət nümayiş etdiriblər. İndi Tacəddin Mehdiyevi ləkələmək üçün "Daşaltı əməliyyatı"nı faciə kimi qələmə vermək ədalətsizlikdir. Bütün bunlar Daşaltıda həlak olunların ruhuna hörmətsizlikdir. İkinci bir tərəfdən, hərbi əməliyyatlar dövründə bundan da dəhşətli hadisələr baş verib, yüzlərlə oğullarımız qırğına verilib. Amma nədənsə, bəziləri Daşaltı hadisələrini məqsədli şəkildə qabartmağa çalışırlar.

- Hər halda, etiraf edin ki, ilk hərbi əməliyyat planının milli xəyanət nəticəsində uğursuzluğa düçar olması orduda çox ciddi ruh düşkünlüyünə səbəb oldu...

- Əvvəla, bu ilk əməliyyat deyildi. Həmin vaxta qədər artıq bir sıra uğursuzluqlarımız olmuşdu. Bu da obyektiv və subyektiv amillərdən irəli gəlirdi. Vahid komandanlıq yox idi, ordu birləşmələri ayrı-ayrı mafioz qüvvələrin əlindəydi. Ölkədə tam hərc-mərclik hökm sürürdü. İkinci bir tərəfdən, tutaq ki, lap uğursuzluq olub. Müharibə varsa, deməli, itki də olmalıdır. Uğursuzluqdan heç bir sərkərdə sığortalanmayıb. Müharibə şəraitində yaşayan bir ölkədə Daşaltı hadisələrini faciə adlandırmaq, əslində, xalqın döyüş ruhunu, mübarizə əzmini qırmaq deməkdir

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Daşalti Əməliyyati

Yeni mövzu tarafından REBEL Bir B. 2 Avq. 2009 - 23:03

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin (ƏGK İB) sədri Esmira Orucova "Vahid komandanlıq və nizami ordu olmadığından uğursuzluğa uğramış Daşaltı əməliyyatında təxminən 150 nəfər iştirak edib. Onlardan 45-50 nəfəri sağ qalıb. 27 yanvar 1992-ci ildə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman 64 nəfərin meyidi tapılmayıb `
Ümumiyyətlə, Daşaltı əməliyyatı zamanı 70 nəfərə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib, 55 nəfər itkin düşüb, 9 nəfər isə əsir götürülüb. Ermənilər faktları inkar etdikləri üçün əsirlər bu günə kimi qaytarılmayıb. Şəhid olanların, əsir və itkin düşənlərin sırasına polislər, bələdçilər, o cümlədən polkovnik-leytenant Riyad Əhmədovun 11 nəfərdən ibarət xüsusi təyinatlı dəstəsi də daxildir. Bundan başqa Şuşa özünümüdafiə dəstəsindən 10 nəfər şəhid olub, onların 8-i Cıdır düzündə dəfn olunub, 2 nəfər isə itkin düşüb.
Bakı şəhərində yaradılmış "Şıx" taborunun döyüşçülərinin əksəriyyəti Daşaltı əməliyyatında itkin düşüb və şəhid olub.
Daşaltı əməliyyatı zamanı əsir götürülmüşlərin natamam siyahısını media mənsublarına təqdim etdi:
Polkovnik-leytenant Əhmədov Riyad Fikrət oğlu 25 yanvar 1992-ci ildə Daşaltı kəndi ərazisində başçılıq etdiyi 18 nəfərlik dəstə ilə ermənilər tərəfindən mühasirəyə alınıb. Mühasirədən 2 həftə sonra beynəlxalq təşkilatların köməyi ilə dəstə üzvlərinin cəsədləri oradan çıxarılıb. R.Əhmədovun meyidi isə tapılmayıb. Sonradan erməni nümayəndələrinin siyahısında Əhmədovun sağ olduğu və Ermənistanın Spitak şəhərində saxlanıldığı göstərilib.
Abdullayev Ramin Həbib oğlu Əsgəran şəhərində saxlanılır.
Ağayev Yusif Balasəf oğlu Kirovakanda bir müddət saxlanıldıqdan sonra Ermənistan DTK-nın İstintaq Təcridxanasına köçürülüb.
Camalov Elman Hüseyn oğlu Xankəndidə,
Hacıbababəyov Tofiq Arif oğlu Əsgəran şəhərində,
Əhmədov İmanqulu Soltan oğlu Nairi rayonunun Provşyan qəsəbəsində,
Qurbanov Nofəl Nəriman oğlu Xankəndi şəhərində,
Quliyev Oqtay Gülməmməd oğlu Şuşa şəhərində saxlanılır.
Rüstəmov Sabir Gəray oğlu 26 yanvar 1992-ci ildə Daşaltıda əsir götürülüb.
Qeyd edim ki bu yazdiqlarim E.Orucovanin media mənsublarina dediyidir

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Daşalti Əməliyyati

Yeni mövzu tarafından Sponsored content Bugün 16:04


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.