Postmodernizm

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Postmodernizm

Yeni mövzu tarafından REBEL Bir B. 2 Avq. 2009 - 21:05

Postmodernizm. XX əsrin sonlarında ədəbiyyatda inkarı inkar nəticəsində yaranmış cərəyan. Bir vaxtlar modernizm klassik, akademik ədəbiyyatı inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm- keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof Jak Derridanın fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun da böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar.
Sizin postmodernizmə münasibətiniz.Buyurun

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Postmodernizm

Yeni mövzu tarafından Qonaq Bir C. 30 Okt. 2009 - 22:24

Postmodernistləri elə də sevməsəm də, bax, bu şeirləri oxumağa dəyər.
Baxın görün, necədir... Hərəsi bir romana dəyər...

Jalə

Birnəfəsə şeirlər


qızına adımı qoyma
mən adda xanımların
bəxti gətirmir…

*
çalxalanırsan hələ də
durulanda xəbər elə
bir qab da bəlkə mən içdim….

*
könlüm daha saray deyil
xarabada yaşamazsan…

*
niye gəldin?
gözləməmişdim…
niyə getdin?
“get” deməmişdim…

*
bədbin kişilər,
nikbin qadınlar ölkəsində
yaşamaq
bir başqa əzab
melanxolik qadın üçün…

*
bilirsən niyə çox danışıram?
dayanan kimi darıxıram…

*
üç qarımışın söhbəti

- bəxtim olsaydı, bir oğlan doğammazdım?!
- bəxtim olsaydı, elə oğlan doğulardım!!
- bəxtim olsaydı, heç doğulmazdım…

*
bir quzudan xoşum gəlir
böyüyüb qoyun olmamış
bağrıma bassam,
nolar ki?

*
tapmaca deyimmi sənə?
girişi var, çıxışı yox,
özü balaca, yüküsə çox…
açması?

*
kabab iyinə gələnlər,
şişdəki ürəyimdi…
nuş olsun!

*
…qorxma, yandırmaz,
söykə qulağını
ürəyimin divarına…
eşidirsən?
burada da
çox deyinirsən…

*
içəndə
məni görmək istəyən,
səni görüm heç ayılmayasan…

*
məni xoşbəxt eləməyə
sənin fantaziyan çatmadı…

*
yuxuda göy rəngli,
qısaqol kişi köynəyi görmüşəm,
ipdən asılı…
günün altında
qurumuşdu tamam
təkcə yaxası islaqdı…
hardasan, ay yuxuyozan?

*
min dəfə demişəm axı
bacardığın işdən yapış
eşitmişəm,
yenə məni unutmaq istəyirsən…

*
valerian şüşələri zibil deyil!
mən heç vaxt zibil atmadım
bu şəhərin küçələrinə…

*
yalnız gedəndən sonra
baxdım izinə -
batacağım qədər
dərinmiş demə…

*
istəyirsənmi Tanrıdan səni istəyim?
bax ha, nə istədim verdi yaradan…

*
çətir kimisən, vallah,
yağışdan-yağışa yada düşürsən…

*
burada da tapdın məni.
bilirəm, göz yaşlarımın
açdığı relslə gəlmisən…

*
eyvansız evlərin
dənizsiz şəhərlərin
arzusuz insanların
içində
yaşamamaq
yaşamamaq
yaşamamaq…

*
məni alça çiçəklərinin ahı tutdu -
ürəyim gedirdi onları budaqlı-zadlı
qırdırmaq üçün…
mənə ərik çiçəkləri qarğış elədi -
qoxusundan doymazdım…
bütün sarı güllərin qəzəbinə gəldim -
hamısında gözüm qalardı…
ehh,
çiçəklərin də məni sevdiyinə
əllərimdə sevə-sevə öldüyünə
inanacaq qədər
xoşbəxt günlərim vardı…

*
heç vaxt:“heç vaxt!” – demə.
mən elə birini sevdim ki, sonunda…

*
nə vaxt ölmək?
səni sevən sonuncu insandan öncə.

*
yadıma düşmədiyin günlərin
heç biri yadımda qalmır…

*
demədiyin sözəm, canım,
xatırlamağa çalışma…

*
romanlar öncə yaşanar
sonra yazılar
sonra oxunar…

*
ikimiz də aldandıq -
sən böyük görünürdün,
mən balaca…

*
qüdrət
bizim olmayanları sevməkdi
heyrət
bizim olanları hələ də sevmək…

*
…qırılmış ürəklər
daşa dönür axı…
…dəyib yerə düşən sözünü
götür, qoy cibinə…

*
kimi sevsən,
get de, dostum,
xoş xəbəri gecikdirməzlər…

*
bu gün
üzüklər barmağımı sıxır,
arzular ürəyimi…
bu gün kral
yenə darıxmaqdı…

*
Qoyub getdiyin yerdə axtarma,
mənim də ayaqlarım var…

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.