Balıqlar su içirmi?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Balıqlar su içirmi?

Yeni mövzu tarafından Le Taon Bir B.e. 27 İyul 2009 - 12:56



Həyatın mənbəyi su, canlıların vücudlarında müxtəlif nisbətdə mövcuddur. Bu da suyu bütün canlıların fizioloji olaraq istifadə etməsi deməkdir. Buna su içində yaşayan canlılar da daxildir. Bu sualın cavabı "bəli"dir. Balıqlar su içərlər.

Bir az da izahat verməli olsaq, balıqlar şirin və duzlu sularda yaşayanlar olarak ikiyə bölünür. Duzlu suda bildiyiniz kimi konsentrasiya nisbəti çox yuxarıdır. Balıq vücudu isə bu şəraitə görə daha az konsentrasiyalıdır. Bu halda balıq vücudundan xaricinə su çıxışı olur. Duzlu sularda yaşayan balıqlar bunu tarazlaşdırmaq üçün davamlı su içməyə məcburdur. İçdikləri duzlu sudakı artıq elektrolitləri də öz bədənlərindən xaric edir. Bu çox enerjiyə ehtiyacı olan bir əməliyyay olduğu üçün duzlu su balıqları əldə etdikləri suyu daha yaxşı istifadə etmək üçün, böyrəklərində atılan su miqdarını mümkün olduğu qədər azaldır.

Şirin sularda isə bunun tam əksi müşahidə olunur. Şirin su balıqlarında vücud konsentrasiyası daha az olur. Bu halda xaricdən içəriyə daha çox su daxil olur. Şirin su balıqları da bu artıq suyu davamlı xaric etməyə çalışır.

Balığın üstündəki pulları, dəridən suyun daxil olmasının qarşısını alır. Şirin su balıqlarının boşaltması duzlu su balıqlarına nisbətdə daha çoxdur. Ancaq bununla yanaşı, bəzi növlər bu dəyişikliyə tabe olmuşlar. Məsələn, köpəkbalıqlarının vücud konsentrasiyaları dəniz suyuna yaxındır. Beləliklə suyu xaric etmək üçün çox enerji sərf etməzlər. Bununla birlikdə, ilanbalıqları və rinqalar, həyatının bir qismini şirin suda, bir qismini isə duzlu suda keçirirlər. Bu balıqların da vücudları hər iki halda işləmək üçün formalaşmışdır.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.