Körpəni qoruyan kimdir?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Körpəni qoruyan kimdir?

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 19:01



İnsanın bakteriya və göbələk kimi mikroblarla qarşılaşmadığı yeganə yerin ana rəhmi olduğunu bilirdinizmi? İnsan, dünyaya addımını atar atmaz, milyardlarla mikrobla qarşılaşır. Bəs körpə bu mikroblara qarşı necə bir qorunma mexanizmi ilə təchiz edilmışdır ki, acizliyinə baxmayaraq həyatını davam edtirə bilir? Körpəni qorumaq vəzifəsi ana və ataya verilsəydi, onlar necə bir qoruma mexanizmi qurardılar?
Həyatı üçün təhlükə təşkil edən düşmənlərdən mühafizə sistemi ilə yanaşı yeni doğulan körpənin qidasının da, onun inkişafına uyğun tərkibdə olması şərtdir. Çünki, körpənin yetərincə formalaşmamış həssas sistemi və həssas böyrəkləri, hər şeyi qida olaraq qəbul etməyə hazır deyil. Bu körpəyə uyğun qida hazırlamaq vəzifəsi də, valideynlərə verilsəydi, necə bir qida hazırlayardılar? Bu qidanı körpənin bağırsaqlarına, böyrəklərinə uyğun olması üçün nə kimi tədbirlər görərdilər? Körpəni, həm qidalandıracaq, həm də onu mikroblara qarşı qoruyacaq iki funksiyalı bir qida hazırlamaq ağla gələ bilərdimi? Bu sualları çoxaltmaq olar.

Dünyaya yeni gələn bir körpə üçün qida hazırlamaq lazım olsaydı, tərkibində aşağıdakı maddələr müəyyən nisbətlərdə olmalı idi: su, protein, aminoasid, karbonhidrat, yağ, yağ turşuları, mineral və vitaminlər (A, səkkiz alt qrupu olan B, C, D, E və K vitaminləri).
Bunlardan minerallar öz aralarında bu şəkildə təsnif olunur:
a) Əsas elementlər: karbon, azot, oksigen, hidrogen.
b) Makro minerallar: kalsium, maqnezium, sodium, xlor, potasium, kükürddən hazırlananlar.
c) Mikro elementlər: dəmir, yod, sink, mis, xrom, maqnezium, selenium, molibden, kobalt, flor, nikel, vanadium, silisium.
Böyük nisbətdə mayedən ibarət olan insan vücudunun bu ehtiyacı su ilə qarşılanır. Cəninin vücudunda toplam maye, hamiləliyin 10-cu həftəsındə vücud ağırlığının 94%-ni təşkil etdiyi halda, yeni doğulmuş bir körpədə vücud ağırlığının 79%-i qədərdir. Körpənin üç aylığında vücud mayesi cəmi 70%-ə, bir yaşına gəldikdə 60%-a düşür. Yeniyetmələrin vücud mayesinin cəminin vücud ağırlığına nisbəti təxminiən 55%-dir. Yeniyetmələrdə vücuda gündəlik daxil olan və çıxan su miqdarı vücud ağırlığının 6%-i qədər ikən, süd uşaqlarında bu miqdar bunun 4 qatıdır (25%). Nəticədə, körpələrdə su çatışmazlığı (dehidratasiya) sürətlə baş verir. Deməli, körpəyə veriləcək qidanın su miqdarı yüksək olmalıdır. Buna görə də, körpəyə rəhmət çeşməsindən axıdılan ana südünün 90%-i sudur.
Böyümə və orqan bərpası üçün əsas qida olan proteinlər, ana südündə qatı (kazein) və serum protein halındadır. Ana südündəki kazein inək südündəki kazeinə nisbətən həzmi daha asan olan yumşaq laxtalar əmələ gətirir. Ana südündəki serum proteinlərinin çoxu anti-infeksiya xüsusiyyətli yaradıldığından, körpənin infeksiyalardan qorunmasında rol oynayırlar. Heyvan südlərində isə, körpəyə faydalı olacaq anti-infektiv proteinlər yoxdur. İmmunitet sistemi yaxşı inkişaf etmədiyi üçün körpə infeksiyalarla mübarizə apara bilməz. Buna görə də, körpənin qorunması, körpələr üçün həm qida, həm də körpəni infeksiyalara qarşı qoruyan canlı bir maye xüsusiyyəti daşıyan ana südü ilə təmin olunur. Ana südündə olan makrofajlar və lenfositlər canlı olduğu üçün heç bir qida, ana südünün yerini tuta bilməz. (Dünya Sağlamlıq Təşkilatı-1993, UNICEF, 1993-Qidalanma Bölməsi- H-1 OF)
Qasas surəsində, Fironun ağla sığmaz zülmü və Allahın onu ibrət alsın deyə necə cəzalandırdığından bəhs edilir. Firona bir kahin İsmail oğullarından bir körpənin doğulacağını və Fironun krallığını əlindən alacağını bildirir. Bunu eşidən kimi Firon, doğulacaq bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Doğulan bütün oğlan uşaqları Fironun əmri ilə öldürülür; lakin, anası Hz. Musaya (əs) hamilə qalır və körpə doğulur. Hz. Musanın (əs) anasının ilk düşündüyü şey, körpəsini Firon və əsgərlərindən necə qoruyacağı idi. Elə bu vaxt anaya bu ayət ilham edilir: "Bunun üçündür ki, Musa dünyaya gəlincə anasına belə ilham etdik. Onu bir müddət əmzir. Əgər onun başına bir şey gələcəyindən narahatsansa, çaya burax, heç narahat olama, heç üzülmə, biz Onu sənə qovuşduracağıq və Onu rəsullardan edəcəyik." (Qasas, 7)
Körpəsini Firondan qorumaqdan başqa bir düşüncəsi olmayan anaya, Allahın ilk əmri, "Onu bir müddət əmzir!" -dir. Surənin bu ayətdən əvvəl və sonra gələn ayətlərinə baxdıqda, ayətin əsas mövzusunun, körpəni qorumaq olduğunu açıqca görürük. Əsas fikri körpəni öldürülməkdən qorumaq olan bu ayətdə, başlanğıc cümləsi, niyə "Onu bir müddət əmzir!" -dir? Çünki körpəni gözləyən təhlükə, yalnız Fironun əsgərləri deyildi. Artıq əldə etdiyimiz dəqiq tibbi məlumatlara əsasən, yeni doğulan körpənin müqavimət sistemi kifayət qədər olmadığı üçün, mikroblara qarşı da qorunmalıdır. Hətta mikroblara qarşı qorunma daha vacibdir. Çünki Fironun əsgərləri körpəni tapmamışdan əvvəl, onun mikroblarla qarşılaşması labüddür. Bu qədər stres altında olan bir ana, körpənin təmizliyinə və baxımına yetərli qədər diqqət yetirməyə bilər. Bu isə, körpənin infeksiyalara tutulma təhlükəsini artırır.

Ona görə də, Allah (cc) Hz. Musanın anasına birincisi, körpəni əmizdirməyi vəhy edir. Ana südünü yaradan Allah (cc) olduğu üçün, əlbəttə ana südünün körpəni mükəmməl bəsləməklə birlikdə onu infeksiyalardan da qoruyacağını bilir. Əslində Allah əmzirmədən də körpəni qoruya bilər. Lakin səbəblər dünyasında yaşayan bizlərə bir ölçünü xatırladır.
Bundan başqa körpə əmzirən ana narahatlıqdan və qorxudan uzaq olmalıdır. Stresli mühit ananın südünün azalmasına və get-gedə kəsilməsinə səbəb olur. (Dünya Sağlamlıq Təşkilatı-1993, UNICEF, 1993-Qidalanma Bölməsi- H-10F). Bu ayətin "əmzir!" əmrindən sonra gələn cümlələrinə baxsaq, narahatlıq keçirən bir ananın rahatlaşdığını görərik: "Əgər Onun başına bir şey gələcəyindən qorxursansa, çaya burax, heç harahat olma, heç üzülmə, biz Onu sənə qovuşduracağıq və Onu rəsullardan edəcəyik." Bu cümlələr tamamilə "Onu bir müddət əmzir!" bəyanını dəstəkləyir. Əmzirən anada yüksək səviyyədə prolaktin hormonu ifraz olunur. Prolaktin hormonunun süd əmələ gətirməklə yanaşı, ananın gərginliyini azaldıcı və stresin mənfi təsirlərindən qoruyucu funksiyasi da vardır. Dərin bir narahaçılıq keçirən anaya xüsusilə uşağı əmizdirməyi əmr etməsi də bu yönü ilə mənalıdır. Ana südünə, karbonhidratlardan körpənin bağırsağına uyğun olan laktoz şəkəri qoyulmuşdur. Bu maddə yavaş və asan həzm olunduğundan, qan şəkərini, uşağın ehtiyacına uyğun nisbətlərdə saxlayır. Ana südündəki laktoz miqdarı, ananın yeməyindən təsirlənmir. Laktoz, bundan başqa süddəki kalsium sorulmasını artırır. Laktozu meydana gətirən molekullardan biri olan qalaktoz molekulu, bəzi yağ molekulları ilə birləşərək körpənin beyin inkişafı üçün çox önəmli olan qarışıqları meydana gətirir. Laktoz körpənin bağırsaqlarında laktobasillus bifidus adlanan mikrobların çoxalmasında rol oynayır. Beləliklə, körpənin bağırsaq florası, zərərli olmayan bu bakteriyalardan təşəkkül edir. Nəticədə isə körpənin ishallardan qorunması təmin olunur.

Hər əmizdirmədə, əmizdirmənin axırına yaxın süddəki yağ nisbətı artır. Axırıncı süddəki yüksək yağ nisbətı, körpənin özünü tox hiss etməsini təmin edir, körpə yeməyi dayandırır və ifrat qidalanmaqdan qurtulur. Beləliklə, ana südü sonrakı yaşlarda meydana gələ bilən kökəlmədən və kökəlmənin zərərlərindən körpəni qoruyur.

Ana südündə bundan başqa 100-dən çox növdə oliqosakarit adlanan kiçik şəkərlər vardır. Oliqosakaritlər və digər anti-infeksiya maddələri bağırsaqlarda zərərli mikroblara yapışaraq bunların bağırsaqlara yapışmasının qarşısının alınmasında və beləliklə, körpənin bu zərərli mikroblardan qorunmasında rol oynayır. Yarımçıq körpələrdə ana südündəki laktozun 90%-dən çoxu qidalanmadan sonra bağırsaq mukozası ilə qana keçir. Hələ immun sistemi yetərincə formalaşmamış yarımçıq körpələrin oliqosakaritlər vasitəsi ilə qorunması nə ananın, nə də körpənin iradəsindən asılıdır.

Ana südünün mineral tərkibi, ananın qidalanması ilə dəyişmir. Ana südündə körpənin ehtiyacı qədər mineral mövcuddur. Körpənin ehtiyacları ananın mineral zənginliyindən istifadə edilməklə, ana südü vasitəsilə təmin edilir.
Ana südündə ilk aylarda lazımi qədər vitamin olur. Bundan başqa ana südündə böyümə faktorları, ferment və hələ də vəzifələrini bilmədiyimiz on növ hormon var.
Yarımçıq (erkən doğulmuş) körpələrdə, ana südü digərlərindən fərqli olub, yarımçıq körpənin ehtiyaclarını təmin edəcək tərkibdə olur.
Doğuşdan sonraki ilk həftələrdə yarımçıq doğmuş anaların südlərindəki protein miqdarı, normal doğmuş analardakına nisbətən daha yüksəkdir. Çünki, vaxtında doğulan bir körpənin protein ehtiyacı 1 q/kg/gün ikən, yarımçıqların protein ehtiyacı 2 q/kg/gün həcmindədir. Bundan başqa az çəkili körpəni dünyaya gətirən anaların ana südü də, bu körpələrə uyğun olaraq yaradılmışdır. Ana südü 30% nisbətində kazein, 70% nisbətində vey proteini ehtiva edir. Bu nisbətlər yarımçıq körpənin qidalanması üçün idealdır.
İnsan südündəki yağ həzmi və əmilməsi, yağ turşularının növü və bu yağ turşularının triqliserid molekulu üzərindəki paylanması mükəmməldir. Bundan başqa safra duzu ehtiva edən lipaz fermenti ana südünün əl çatmaz xüsusiyyətlərindən biridir. Ana südündəki yağ turşularının paylanması xüsusilə yarımçıq körpələr üçün idealdır.
Ana südü içən yarımçıqlarda görme funksiyasının daha yaxşı olduğu və bunda uzun zincirli yağ turşularının, karoten, taurin və E vitaminin rol oynadığı bilinir. Bu maddələrin hamısı uyğun dozada ana südünə qoyulmuşdur.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Körpəni qoruyan kimdir?

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 19:02

İki il əmizdirmənin əhəmiyyəti

Doğuşdan etibarən iki il ərzində və daha sonra da, ana südü, əsas qidaların, gündəlik enerjinin və mühafizə sisteminin mühüm bir vəsiləsi olur. İkinci ildə gündə yalnız bir litr ana südü qəbul edən bir körpə, bu südlə ehtiyacı olan protein miqdarının üçdə ikisini, A, C vitaminlərinin isə hamısını əldə edir.
Əgər körpə gündə 1,5 litr ana südü qəbul edirsə, qida ehtiyacının böyük hissəsini almış olur. Ona görə də, ana südü mümkündürsə ikinci ilin axırına qədər verilməlidir.
Ana südünün həqiqi dəyəri, tibbdə son illərdə bilinməyə başlanmışdır. 1960-cı illərdə böyük bir uşaq yeməyinin reklam kampanyası başlamışdı. Demək olar ki, hər gün, ana südündə olmayan, lakin uşaq yeməyində olan bir maddə kəşf edilir və xüsusilə Amerikada televiziyalarda yayımlanırdı. Belə “elmi çalışmaların”(!) nəticəsində, analar, uşaq əmizdirməkdən soyudulur və uşaq yeməyi istehsal edib satanlar daha çox pul qazanırdılar.
1980-ci ildə ana südü, sadəcə ilk dörd ay üçün məsləhət görülürdü. Dörd aydan sonra ana südü, yalnız "sudur, qidalandırmaz" deyilirdi. 1986-cı ildə ana südü, ilk altı ay üçün məsləhət görüldü. 1993-cu ildən itibarən isə, ana südü iki il müddətə məsləhət bilindi. Ana südünün ikinci ildə də, tərkibindəkilərin eyni qaldığı aşkar edildi. Quran-ı Kərimdə: "Analar, uşaqlarını iki tam il əmizdirirlər. (Bu hökm) əmizdirmə müddətini tamamlamaq istəyənlər üçündür. Əgər ana-ata öz aralarında razılaşaraq uşağı (iki ildən əvvəl) süddən kəsmək istəsələr, onlara günah deyil." (Bəqərə, 233) buyrulur.
Tibbin, son on ildə əldə etdiyi ana südünün iki il verilməsi bilgisini, Quran əsrlərlə əvvəl xəbər vermişdir. İndi insafla fikirləşək, bunu Allahdan başqa kim bilə bilər və 1400 il əvvəl, elm və tibbin dar imkanları ilə müəyyən edilməsi mümkün olmayan bu məlumatı insanlara bildirə bilərdi? Südü Allah yaratdığı üçün, körpəyə neçə il verilməli olduğunu da, şübhəsiz ən yaxşı O bilir. Eyni bilgi, Quran-ı Kərimin başqa bir ayətində də verilərək qüvvətləndirilmişdir. “Biz insana ana və atasını (valideyninə yaxşılıq etməyi, onlara gözəl davranmağı) tövsiyyə etdik. Anası onu (bətnində) çox zəif bir halda zəhmətlə daşımışdı. Süddən kəsilməsi isə iki il ərzində olur." (Loğman, 14)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.