Mübarək üç ay

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Mübarək üç ay

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 10:54

Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Saf surəsi, 61/10-11)

Bəli, bizim bu dünyaya gəlməmizin əsas məqsədi yuxarıdakı ayədə də buyurulduğu kimi, o gözəl ticarəti edib meyvələrini yığmaq üçün axirətə getməkdir.

Yəni biz əlimizdəki imkanları Allah yolunda istifadə etməliyik; Ona ibadət etməli, əmr və qadağalarını yerinə yetirməli və Ona həqiqi qul olma yollarını araşdırmalıyıq. Müsəlman üçün dünyada bundan daha böyük şərəf yoxdur. Digər tərəfdən, bu qısa ömrümüzü Allahın rizasını qazanmaq üçün sərf edib əbədi səadətə nail olma kimi uca bir məqsədlə üz-üzəyik. Lakin dünya bütün fitnə-fəsadı ilə yolumuzu kəsib bizi özünə məftun etdiyinə görə, nəfs və şeytan kimi iki böyük düşmənimiz olduğuna görə, çox aciz və zəif olduğumuza görə istiqamətimizi qoruya bilmir, günaha bulanır və qulluq yolunda daim zik-zakalara məruz qalırıq. Bəs nə etməliyik ki, ibadətlərimizin savabı artsın, saniyələrimiz-saatlarımız birə yüz, birə yeddi yüz və daha çox axirət hesabına səmərə versin və səhvlərimiz, günahlarımız bağışlansın!?

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Mübarək üç ay

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 10:55

Yenilənmə dövrü

Bütün bunlar üçün Rəhməti Sonsuz Rəbbimiz önümüzə, dəyərləndirə bilsək, bu fani dünyayla əbədi həyatı əldə edə biləcəyimiz, günahlardan təmizlənib tərtəmiz könül iqliminə qovuşacağımız, hər anında damla-damla hüzur duyacağımız bərəkətli üç ayı vermişdir. Yenidən eşq və şövqlə ibadətə tutunacağımız, Allahımızı, Peyğəmbərimizi, Quranımızı, dinimizi yenidən tanıyacağımız, tanıyıb sevəcəyimiz, bir-birimizə yenidən saf duyğularla qucaq açacağımız bərəkətli üç ay.. keçmiş günləri gözdən keçirib ümid dolu gələcəyə yelkən açacağımız, özümüzü nəzərdən keçirərək, dərk etmə yoluna girə biləcəyimiz üç ay.. yersiz ehtirasları, mənasız mübahisələri bir yana qoyub, tolerantlığın o hər kəsə qucaq açan iqliminə dala biləcəyimiz üç ay.

Üç ayları layiqincə dəyərləndirsək, ömür boyu əldə edə bilmədiyimiz savabı qazanma fürsətimiz olacaq. Üç aylara bu müqəddəsliyi bəxş edən, əvvəla Allah (c.c.) və Peyğəmbər Əfəndimizdir (s.ə.s). Bu aylara müqəddəsliyi verən dörd əhəmiyyətli və mübarək gecə də (Regaib, Mirac, Bəraət və Qədr gecələri) məhz bu üç ayın içindədir.

Üç ayın dəyərini ifadə edən amillərdən biri Əfəndimizin (s.ə.s.) bu mübarək dualarıdır: "Allahım! Rəcəbi və Şabanı haqqımızda xeyirli və mübarək et, bizi Ramazana çatdır" (Kəşfül Hafa, 554)

Yenə Hz. Aişə Anamız (r.a.) belə buyurur: "Rəsulullahın Şaban ayında tutduğu oruc qədər başqa bir ay görmədim." (Müslim, Siyam, 175)

Ən gözəl nümunəmiz olan Aləmlərin Sultanı Əfəndimiz (s.ə.s.) üç aylar girəndə daha çox oruc tutar, nafilə namazlarını artırar, yoxsullara daha çox nəzarət edərdi. Və bunu Ramazan ayına kimi daha da çoxaldar, Ramazan ayında və xüsusilə sonlarına doğru gecələri ailə üzvlərini də oyadaraq qulluğunu zirvələrə yüksəldərdi.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Mübarək üç ay

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 10:56

Bu ayda nə edək?

Bu əzəmətli ticarətdən məhrum qalmamaq üçün üç mübarək ayda nə edə biləcəyimizə bir nəzər yetirək:

1. Əvvəla qulluğumuzu nəzərdən keçirərək, əskik və səhvlərimizi düzəldə bilmək üçün yollar axtarmalıyıq. Yəni məhşər günü hesaba çəkilmədən öz-özümüzü hesaba çəkməliyik ki, axirətdəki hesabımız asan olsun.

2.Üç ayları günahlarımızın bağışlanması üçün fürsət bilməli və bol-bol tövbə və istiğfar etməliyik. Xüsusilə müsəlmanların ağrılı-acılı günlərini düşünərək dualarla Allaha yalvarmalı və Onun yardım və inayətini tələb etməliyik.

3.Xüsusilə namazlarımızı yenidən ələ almalı, mümkün mərtəbə camaat namazına davam etməli, hətta ibadətlərimizi uşaqlarımızla birgə böyük məscidlərdə etməyə səy göstərməliyik. Bundan savayı əgər qəza namazlarımız varsa, qılmalı, qəza namazımız olmasa da, çox nafilə namaz qılmağa səy göstərməli və xüsusilə gecələri səmərəli keçirməliyik.

4. Bu aylar bizim üçün Quranı kəşf etdiyimiz, onunla yenidən görüşdüyümüz və onu anlamaq üçün cəhd göstərdiyimiz anlar olmalıdır. Bunun üçün də, imkan daxilində çox Quran oxumalı, dəfələrlə xətm edilməli və bununla yanaşı, Quranın mənasına da nüfuz edə bilmək üçün onun tərcümə və təfsirlərini oxumalıyıq.

5.Üç ayların ab-havası evimizə də qonaq gəlməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Yəni evimiz fərqli ab-havaya bürünməli və ailə üzvlərindən hər birinin bu karlı ticarəti ən səmərəli şəkildə istifadə etmə adına laqeydlik göstərməməliyik. Bol-bol Quran oxumalarla, qılınan namazlarla, oxunan vird və edilən dualarla evimizdə mənəvi hava əsməli, gözlərimizdə davamlı axirətin təsviri olmalı və beləliklə Ramazanı və xüsusiylə də min aydan xeyirli olan Qədr gecəsini mənəvi olaraq hazır qarşılamalıyıq.

6.Qohum, qonşu və dostlarımızla olan münasibətimizi daha da artırmalı və xüsusilə qəndil gecələrində təbrik mesajlarıyla və ya ziyarətlərlə onların könül və dualarını almalıyıq.

7.Çevrəmizdəki fəqir-füqəraya kömək etməli, imkan daxilində sədəqə verməli, təhsil ala bilməsi üçün kasıb şagirdlərin əlindən tutmalıyıq. Çünki bu aylarda sədəqə və zəkatlarımızın savabı qat-qat artaraq bizə geri qayıdacaq.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Mübarək üç ay

Yeni mövzu tarafından Sponsored content Bugün 16:05


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.