"Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

"Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Le Taon Bir C. 24 İyul 2009 - 11:59

Komandamız Ağdamın işğalı günündə qazandığı qələbə ilə bütün Azərbaycan xalqına sevinc bəxş etdi

Bu gün Ağdamın “Qarabağ” klubu Avropaliqanın ikinci təsnifat mərhələsinin oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin “Rusenborq” klubunu qəbul edib. Hər iki komanda oyuna qarşılıqlı hücumlarla başlayıb. Qapılar qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaradılsa da, hər iki komandanın qapıçıları sayıqlıq nümayiş etdirib. Birinci hissənin 45-ci dəqiqəsində hakim rəqib qapısına cərimə zərbəsi təyin edib. Rəşad Sadıqovun qapıya doğru endirdiyi qüvvətli zərbə rəqib qapıçı üçün qarşısı alınmaz olub və hesab açılıb.

İkinci hissədə bütün komanda ilə irəli atılan norveçlilərin bütün səylərini qapıçımız Fərhad Vəliyev puça çıxarıb. Matçın 78-ci dəqiqəsində qapımıza cərimə zərbəsi təyin edilib. Lakin cərimə zərbəsi canlı səddən geri dönüb. İkinci zərbədən sonra Rəşad Sadıqov komandamızı qoldan xilas edib.

Matçın 82 -ci dəqiqəsində isə qapı tiri rəqibi xilas edib. Belə ki, Vaqif Cavadovun zərbəsi tirə tuş gəlib. Oyunda yadda qalan son təhlükəli məqam da elə bu olub. Beləliklə, “Qarabağ” Ağdamın işğalı günündə qazandığı qələbə ilə bütün Azərbaycan xalqına sevinc bəxş edib.

Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da Norveçdə keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Qonaq Bir C. 24 İyul 2009 - 14:25

Elə də yaxşı oyun nümayiş etdirməsələr də, belə bir gündə qalib gəlmələri çox xoşuma gəldi. Qoy, Avropa klubları sırasında Qarabağımızın da adı çəkilsin.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 9:53

Veydemanis yazıb:Elə də yaxşı oyun nümayiş etdirməsələr də, belə bir gündə qalib gəlmələri çox xoşuma gəldi. Qoy, Avropa klubları sırasında Qarabağımızın da adı çəkilsin.
Mən "Qarabağ"ın qalib gəlməsindənsə, ən çox onun adının çəkilməsinə sevindim. Yəni, komandanın adı "Qarabağ"dan başqa ad olsaydı, o zaman bəlkə də heç bu qədər sevinməzdim. Oyuna qaldıqda isə, əziz dostum Veydemanis, biz "Qarabağ"dan ya da başqa Azərbaycan klublarından "Mançester", "Çelsi" səviyyəsində oyun gözləyə bilməzdik. Amma onların var qüvvələrilə, necə deyərlər, son nəfəsədək oynaması mənim xoşuma gəldi. Mən gördüm ki, futbolçularımız oyuna doğurdan da can yandırırlar.

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 10:32



“Qarabağ” klubu “Honka” klubu ilə qarşılaşacaq

İlk oyun iyulun 30-da keçiriləcək

Norveçin “Rusenborq” klubunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmış Ağdamın “Qarabağ” klubu UEFA Avropaliqanın üçüncü təsnifat mərhələsindəki rəqibi məlum olub. “Qarabağ” komandası növbəti mərhələdə Finlandyanın “Honka” klubu ilə qarşılaşacaq. UEFA Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab görüşləri isə avqustun 6-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” klubu Ağdamın işğalı günündə qazandığı qələbə ilə bütün Azərbaycan xalqına sevinc bəxş edib. Ağdam təmsilçisi 20 qat Norveç çempionu ilə görüşdən qələbə ilə ayrılıb – 1:0. Yeganə qolu Rəşad Sadıqov vurub. /ANS PRESS/

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Le Taon Bir C.a. 30 İyul 2009 - 8:20

“Qarabağ” növbəti zəfərə hazırdır....
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və ANS ÇM radiosu ilə canlı yayımlanacaq

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Qonaq Bir C.a. 30 İyul 2009 - 21:49

Drongo yazıb:“Qarabağ” növbəti zəfərə hazırdır....
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və ANS ÇM radiosu ilə canlı yayımlanacaq
Radio ilə futbol izləmək nə qədər çətin olsa da, qulaq asdım.
Təbriklər, Qarabağ! Bakıda da eyni oyunu gözləyirik...

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Le Taon Bir C. 31 İyul 2009 - 12:20

Veydemanis yazıb:
Drongo yazıb:“Qarabağ” növbəti zəfərə hazırdır....
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və ANS ÇM radiosu ilə canlı yayımlanacaq
Radio ilə futbol izləmək nə qədər çətin olsa da, qulaq asdım.
Təbriklər, Qarabağ! Bakıda da eyni oyunu gözləyirik...
"Qarabağ" skandinavların qəniminə çevrilir
Ağdam təmsilçisi səfərdə Finlandiyanın "Honka" klubunu məğlub etdi

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından psixoloq_08 Bir Ş. 15 Avq. 2009 - 22:04

İnaniram ki, "Qarabağ" "Tvente" uzerinde de qelebe qazanacaqç İNŞALLAH

psixoloq_08
Baş Əsgər
Baş Əsgər

Məkan : Azerbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Qonaq Bir Çər. 2 Dek. 2009 - 15:39

Ağdamın “Qarabağ” futbol klubu dünya klublarının reytinq cədvəlində daha 13 pillə irəliləyib. Beynəlxalq Futbol Tarixi və Statiskaları Federasiyasının noyabr ayı üçün tərtib etdiyi reytinq cədvəlində “Qarabağ” 249-cu mövqedə qərarlaşıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, Qurban Qurbanovun yetirmələrinin aktivində 72 xal var.

Ağdam təmsilçisi Braziliyanın “Santos” və Fransanın “Loryan” klubu ilə eyni xala malikdir.

Dünya klublarının reytinq cədvəlinə ötən ay olduğu kimi İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Onun aktivində 317 xal var.
İkinci yerdə “Çelsi”, üçüncü yerdə isə “Barselona” qərarlaşıb.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: "Qarabağ" "Rusenborq"u Norveçə əliboş göndərdi

Yeni mövzu tarafından Sponsored content Bugün 22:02


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.