Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Qonaq Bir Çər. 22 İyul 2009 - 21:22

"Bakı" əsl gücünü Bakıda göstərdi

Hacievskinin yetirmələri "Ekranas"ı ölkəmizə gəlməyə peşman etdi

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Azərbaycan çempionu "Bakı" Litvanın "Ekranas" klubunu qəbul edib. Oyunun ilk dəqiqələrindən irəli atılan meydan sahibləri artıq 14-cü dəqiqədə Boretsin 30 metrdən vurduğu güclü zərbə ilə rəqibin qapı tirini silkələdi. Ardıcıl hücumlarla rəqibə həyəcan yaşadan “Bakı” futbolçuları matçın 45-ci dəqiqəsində azarkeşlərin ümidini boşa çıxartdılar. Belə ki, Felipe Almeyda Feliks qapıçını da aldadaraq boş qapını nişan ala bilmədi.

Lakin həmin Felipe ikinci hissənin əvvəllində səhvini düzəltdi. O, başla hesabı açsa da, hakim ofsayd qərarı verdi. Ancaq həvəsdən düşməyən Felipe 61-cı dəqiqədə öz istəyinə çatdı -1:0.

Rəqibə aman verməyən “Bakı” 67-ci dəqiqədə hesabı iki topa çatdırdı. Bu dəfə Amiran Muciri fərqləndi. Bununla kifayətlənməyən ev sahibləri 76-cı dəqiqədə daha bir qola imza atdılar. Felipe ikinci qoluna imza atdı.

Artıq özlərinə arxayınlaşan “Bakı” futbolçuları 79-cu dəqiqədə rəqib tərəfindən cəzalandırdılar.

Lakin sonuncu dəqiqələrdə "Bakı" Aleksandr Soloçun vurduğu qolla hesabı 4:1-ə çatdırdı. Əlavə olunmuş vaxtda isə rəqib yenə fərqlənməyə macal tapdı. Oyun 4:2 hesabı ilə “Bakı” klubunun xeyrinə yekunlaşdı.

Xatırladaq ki, Litvada keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.

Samin Abdullayev /ANS PRESS/


Redaktə edən: Veydemanis, son redaktə tarixi: C.a. 6 Avq. 2009 - 17:49, cəmi 1 dəfə

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Qonaq Bir Çər. 22 İyul 2009 - 21:31

Fütbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə Litvanın “Ekranas” klubunu 4-2 hesabı ilə məğlub edən “Bakı”nın növbəti mərhələdəki rəqibinin adı da rəsmiləşib. Bu, Andorranın “Sent Culia” komandasını iki oyunun nəticəsinə görə 9:0 hesabı ilə məğlub edən Bolqarıstanın “Levski” klubudur. Üçüncü təsnifat mərhələsinin “Bakı” - “Levski” cütünün ilk oyunu iyulun 28-i Bakıda, cavab qarşılaşması siə bir həftə sonra, 4 avqust tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək.

UĞURLAR BAKI!!!!!!!!!!

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Le Taon Bir C. 24 İyul 2009 - 11:51

Mən son 2 ay ərzində Azərbaycanda futbolun inkişaf mərhələsinə qədəm qoyduğunu düşünürəm.
"Bakı"ya da uğurlar arzulayıram.

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Qonaq Bir C. 24 İyul 2009 - 14:10

Admin yazıb:Mən son 2 ay ərzində Azərbaycanda futbolun inkişaf mərhələsinə qədəm qoyduğunu düşünürəm.
"Bakı"ya da uğurlar arzulayıram.
Səhvin var, Admin qardaş. Heç bir inkişafdan söhbət gedə bilməz. Əgər sən konkret olaraq "Bakı" klubunu nəzərdə tutursansa, deyim ki, "Bakı"nın adından başqa heç bir şey Azərbayca futbolundan xəbər vermir. Məşqçilərdən tutmuş oyunçulara qədər hamısı legionerlər və milliləşdirilmiş xarici futbolçulardır. Start heyətində bircə Bəxtiyar Sultanov əslən azərbaycanlı idi. Qalan 10 nəfər, hətta qapıçı belə, xarici əsillilər idi.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 9:44

Veydemanis yazıb:
Admin yazıb:Mən son 2 ay ərzində Azərbaycanda futbolun inkişaf mərhələsinə qədəm qoyduğunu düşünürəm.
"Bakı"ya da uğurlar arzulayıram.
Səhvin var, Admin qardaş. Heç bir inkişafdan söhbət gedə bilməz. Əgər sən konkret olaraq "Bakı" klubunu nəzərdə tutursansa, deyim ki, "Bakı"nın adından başqa heç bir şey Azərbayca futbolundan xəbər vermir. Məşqçilərdən tutmuş oyunçulara qədər hamısı legionerlər və milliləşdirilmiş xarici futbolçulardır. Start heyətində bircə Bəxtiyar Sultanov əslən azərbaycanlı idi. Qalan 10 nəfər, hətta qapıçı belə, xarici əsillilər idi.
Mən son iki ay deyəndə Azərbaycan futbolunda son 2 ayda baş verənləri nəzərdə tutmurdum. Sadəcə özümün bu müddət ərzində düşündüklərim idi.
İkincisi də, mən heç "Bakı"nı da nəzərdə tutmurdum. Ümumi danışırdım. Özü də uşaq futbolunu da düşünüb deyirdim. "Bakı"nın legionerlər yığması olduğunu düzgünb vurğulayırsınız. Amma gəlin "Qarabağ"a baxaq: orada tək Medvedyev azərbaycanlı deyildi. Qalanlarsa azərbaycanlı idi.
Mən tutarlı, yetərli inkişaf görmürəm, amma az da olsa var. Mən inkişafın əsas hissəsini gələcək illərdə gözləyirəm.
İnşallah da belə olar!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Qonaq Bir Ş. 25 İyul 2009 - 17:57

Hörmətli, Admin!
Bilmirəm, sən hansı uğurdan, inkişafdan danışırsan... Şəxsən mən yığmamızın da, klublarımızın da bütün oyunlarını izləyirəm. Heç bir uğur görməmişəm. Millimizin ardıcıl son 3 matçdakı (Türkiyə, Uels və İspaniya) biabırçı oyunları inkişaf göstəricisidir ki? Həmçinin "Simurq" və "İnter"in oyunu. RÜSVAYÇILIQ...
Bir də, Qarabağın heyətindəki Maksim Medvedevdən danışanda, vallah, ona xarici və ya rus deməyə heç dilim gəlmir. Maksimə rus dilində söz deyəndə, Azərbaycan dilində bizimkilərdən daha qəşəng cavab verir. Özü də deyir ki, mən azərbaycanlıyam.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Le Taon Bir Ş. 25 İyul 2009 - 18:37

Veydemanis yazıb:Hörmətli, Admin!
Bilmirəm, sən hansı uğurdan, inkişafdan danışırsan... Şəxsən mən yığmamızın da, klublarımızın da bütün oyunlarını izləyirəm. Heç bir uğur görməmişəm. Millimizin ardıcıl son 3 matçdakı (Türkiyə, Uels və İspaniya) biabırçı oyunları inkişaf göstəricisidir ki? Həmçinin "Simurq" və "İnter"in oyunu. RÜSVAYÇILIQ...
Bir də, Qarabağın heyətindəki Maksim Medvedevdən danışanda, vallah, ona xarici və ya rus deməyə heç dilim gəlmir. Maksimə rus dilində söz deyəndə, Azərbaycan dilində bizimkilərdən daha qəşəng cavab verir. Özü də deyir ki, mən azərbaycanlıyam.
Dostum Veydemanis, Azərbaycan yığmasının uğurları dedikdə mən onların bütün oyunlarda qalib gəlməsini demirəm. Yəni onarın indiki halında qalibiyyəti yox, oyunu necə oynaması maraqlandırır. Əgər bu üç oyundakı Sizin dilinizlə desək biabırçılığın əsas səbibni futbolçularımızda görmürəm. UELSlə oyunumuz vacib idi. Amma Türkiyə və İspaniya kimi güclü komandalarla yoldaşlıq oyunu keçirmək - özü də UELSlə oyun ərəfəsində - bu, sadəcə, futbolçulara əziyyət vermək deməkdir.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Le Taon Bir C.a. 30 İyul 2009 - 8:18

Axı "Levski" "Ekranas" deyil...

Azərbaycan çempionu Bakıda bolqarların ciddi müqaviməti ilə üzləşdi

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunlarına start verilib. Azərbaycan çempionu "Bakı" Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstanın "Levski" klubunu qəbul edib.

Birinci hissədə ilk hücum "Levski"dən gəldi. Lakin komandamız təklükənin qarşısını aldı. Oyunun 21-ci dəqiqəsində Mahmudun ötürməsindən sonra Peresin zərbəsi nəticəsiz qaldı. İlk yarıda komandalar qarşılıqlı əks-hücumlarla yadda qalsa da, qapılar qarşısında demək olar ki, real qol vəziyyəti yaranmadı.

Matçın ikinci hissəsinin ilk dəqiqələrində komandamız ən fəal hücumçusunu - Feliksi itirdi. Belə ki, o ağır zədə alaraq huşunu itirdi və meydanı xərəkdə tərk etdi. Oyunun 68-ci dəqiqəsində Boretsin uzaqdan zərbəsi qapıdan aralı keçdi.

72-ci dəqiqədə Batistanın zərbəsini rəqib qapıçı Petkov çətinliklə dəf etdi. Oyunun ən həyəcanlı anı 85 -ci dəqiqədə yaşandı. Belə ki, Batista yüzfaizlik qol imkanından yararlana bilmədi. Qapı qarşısında tək qalan braziliyalı topu düz rəqib qapıçının üzərinə vurdu.

Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə daha bir qol vəziyyəti yarandı. Lakin Adamiyanın uzaqdan zərbəsini Petkov qaytardı. Batista topa çatsa da, yerə yıxılan rəqib qapıçını keçə bilmədi. Matç elə 0:0 hesabı ilə bitdi

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Le Taon Bir C.a. 6 Avq. 2009 - 9:36

“Bakı” “Levski” səddini aşa bilmədi
Bolqarıstanın “Levski” komandası öz meydanında “Bakı” klubunu məğlub edib

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu çərçivəsində Azərbaycanın “Bakı” klubu Bolqarıstanın “Levski” klubunun qonağı olub. Oyunun ilk dəqiqələri meydan sahiblərinin açıq-aşkar üstünlüyü şəraitində keçib. Qarşılaşmada ilk yarı 0-0 hesabla bərabərə başa çatıb. İkinci yarının 19-cu dəqiqəsində qarşılaşmanın ilk qolu qeydə alınıb. Rəqib komandanın oyunçusu Xristo Yovovun 64-cü dəqiqədə vurduğu dəqiq zərbə qol ilə nəticələndi. 1-0. Qarşılaşmanın növbəti qolu da ev sahiblərindən gəldi. Rəqib komandadan Georgi Xristovun 80-ci dəqiqədə vurduğu zərbə “Bakı”nın qapısına yol tapdı. 2-0. oyun elə bu hesabla da başa çatdı. “Bakı” – “Levski” 0-2. /ANS PRESS/

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Çempionlar Liqasında mərhələ keçmiş klubumuz - BAKI

Yeni mövzu tarafından Sponsored content Bugün 22:03


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.