Olimpiya çempionumuz kariyerasını bitirdi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Olimpiya çempionumuz kariyerasını bitirdi

Yeni mövzu tarafından Le Taon Bir B. 19 İyul 2009 - 11:29



Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran-pri” turnirinin final mərhələsi çərçivəsində Olimpiya çempionu Namiq Abdullayevin böyük idmandan getməsi münasibətilə mərasim keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə çıxış edən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından və son illər bu istiqamətdə görülən işlərdən danışıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlara toxunan FİLA prezidenti bunu ölkədə gənclərin hərtərəfli inkişafı ilə bağlı görülən işlərlə əlaqələndirib. Martinetti Abdullayevin böyük idmanda qazandığı uğurlardan danışıb və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər çıxışlarda vurğulanıb ki, Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarındandır. Uzun illər olimpiya yığmamızın kapitanı olan güləşçi daim öz qələbələri ilə idmansevərlərə sevinc bəxş edib. Namiq Abdullayev güclü məktəb keçdiyini, yığmamızın lideri olduğunu Avropa və dünya çempionatlarında bir daha sübut edib. 2000-ci ildə Sidneyə kapitan kimi yollanan Namiq Olimpiya oyunlarının açılışında apardığı bayrağa layiq olub. Olimpiya çempionu və digər məsul yarışların qalibi kimi Azərbaycanın idman tarixinə düşən Namiq Abdullayevin xidmətləri yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, 38 yaşlı Abdullayev Güləş Federasiyasının vitse-prezidenti təyin olunub.

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.