Xoruldayanlar üçün məsləhətlər

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Xoruldayanlar üçün məsləhətlər

Yeni mövzu tarafından Le Taon Bir Ş. 18 İyul 2009 - 11:51

İngiltərədəki araşdırmaya görə, həyat yoldaşı xoruldayan şəxs, həyatı boyunca iki illik yuxusunu itirir bundan əlavə başqa narahatlıqlar keçirir. Mütəxəssislər xoruldamağın bəzən cütlüklər arasında münasibətləri pozan ən əhəmiyyətli ünsür olduğunu söyləyir. İngiltərədə bu mövzuda aparılan araşdırma, olduqca maraqlı bir həqiqəti ortaya qoyub. Araşdırmaya görə, yoldaşı xoruldayan şəxs, həyatı boyunca iki illik yuxusunu itirir. Normal yetkin insanların yüzdə 45%-i arada xoruldayır. Bundan başqa 25 %-lik bir seqment davamlı xoruldamaq problemi yaşayır. Xoruldama problemi daha çox kök kişilərdə rast gəlinir və yaşları artdıqca problem daha da dözülməz hala gəlir.

"Xoruldadığına görə yatağını ayıran ər arvad da var." deyən qulaq burun boğaz mütəxəssisləri, həyat keyfiyyətini aşağı salan xoruldamağın ciddi bir sağlamlıq problemi olduğunu və mütləq müalicə edilməsinin vacibliyini vurğulayır. Xüsusilə xoruldayan və yuxu problemi olan şəxslərdə depressiya, əsəbilik, artıq çəki , ürək narahatlıqları, yüksək təzyiq, baş ağrıları, qavrama və yaddaş çətinliyi, gündəlik fəaliyyətlər əsnasında yuxuya getmə kimi şikayətlər meydana gələ bilər.

Xoruldamağın müalicəsi üçün hazırkı dövrdə bir çox üsuldan istifadə edilir. Bu, artıq çəkidən başlayaraq kiçik dil, yumşaq damaq və badamcıqların götürüldüyü kompleks cərrahiyələrə qədər uzanan bir çox müalicə üsulunu özündə cəmləşdirir . Buna əlavə olaraq son dövrdə tətbiq olunmağa başlanan damağa tətbiq olunan implant üsuluna da müraciət etmək olar.Bu zaman damağa yerləşdirilən 3 ədəd kiçik implant nəfəs yolunun tıxanmasının qarşısını alır.

Xorulduyursunuzsa bunlara diqqət edin:

1) Nizamlı idman edin.

2) Spirtli içkilərdən uzaq durun.

3) Yatmazdan əvvəl ağır yemək yeməyin.

4) Yuxudan əvvəl sakitləşdirici qəbul etməyin

5) Həddindən artıq yorğunluqdan çəkinin

6) Arxası üstə yatmaq yerinə yanı üstə yatmağı seçin

7) Mütləq həkimə müraciət edin.

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.