Salavat

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Salavat

Yeni mövzu tarafından Le Taon Bir B. 31 Yan. 2010 - 10:46

Peyğəmbərimizə (s.ə.v.) salavat gətirmək

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!) (33. əl-Əhzab "Müttəfiqlər" surəsi, 56-cı ayə)

Peyğəmbərimiz(s.a.s) buyurur: "Kimin yanında adım xatırlanar da çaşıb mənə salavatı şərifə gətirməzsə cənnətin yolunu çaşmış olar." (M. Zevaid)
"Gerçək xəsis, yanında adım xatırlandığı halda mənə salavatı şərifə gətirməyəndir." (Tirmizi)

Peyğəmbərimiz(s.a.s) bir başqa hədisində isə belə buyurmaqdadır: "Vəfatımdan sonra sizdən kim mənə salam göndərsə Cəbrayıl mənə gəlir belə deyər: Ya Məhəmməd! Ümmətindən filan kimsənin sənə salamı var. Buna qarşılıq mən belə salam alıram: Məndən də ona salam olsun, ayrıca onun üçün Allahdan rəhmət və bərəkət diləyirəm."

Bir başqa hədisdə isə əfəndimiz belə buyurar: "Bir kimsə mənə salavat oxusa Allah ona salavat oxuyar. On səhvini də silər." Hər müsəlman üzərinə peyğəmbərimizə(s.a.s) salavat gətirmək bir vəzifədir, bu peyğəmbərimizin(s.a.s) biz ümməti üzərindəki haqqıdır və Allahın əmridir.

Peyğəmbərimiz (s.ə.v.) deyir ki: "Məncə qiyamət günü ən qiymətli insan mənə ən çox salavat gətirən adamdır."

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Salavat

Yeni mövzu tarafından Le Taon Bir B. 31 Yan. 2010 - 10:47

Dünyadan əl-ətək çəkərək özünü ibadətə həsr etmiş abidlərden biri, bir gecə yuxusunda Sevimli Peyğəmbərimizi (a. s. m.) görər. Hz Peyğəmbər (s.ə.v.) abid ilə qarşılaşar lakin ona üz verməz və tanımamazlıqdan gəlir...
Bu vəziyyətə kədərlənən abid, səbəbini maraqlanar. "Ey Allahın Elçisi!.. Məni görməzlikdən gəldiniz, tanımadınız, mən filan abidim. Yoxsa mənə hirslənmisiniz? Öyrənmək istəyirəm. Mən alimlərimizdən ana-atanın övladını tanıdığı kimi Peyğəmbərin ümmətini tək-tək tanıdığını eşitmişdim." deyər.
Hz Peyğəmbər (s.ə.v.) isə abidə bu qarşılığı verdi. "Ey abid!.. Alimlər doğru söyləmişlər. Bəli mən ümmətimin fərdlərini ana-atanın övladını tanışından daha yaxşı tanıyaram. Lakin səni tanımıram. Çünki mən, mənə salat-ü-salam gətirərək məni tanıdığını isbat edənləri tanıyar və sayaram. Sən isə hərdənbir mənə salavat gətirməyi unudurdun. Üzünə baxmayışımın və səni tanımayışımın səbəbi budur."
(Zehret-ür Riyaz)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Salavat

Yeni mövzu tarafından Le Taon Bir B. 31 Yan. 2010 - 10:47

Allah dostlarından biri bir gün namaz qılarkən son oturuşda "Ettehiyyatü"nü oxuduqdan sonra salavatları oxumağı unudar. O gecə bir yuxu görər. Yuxusunda Peyğəmbərimiz (s.ə.v.) onu yaxşıca bir danlayar və belə deyər: "Namazını düz etdin, hər şeyi yerli yerində etdin də mənə salavat gətirməyi unutdun. Ona görə sənə hirslənmişəm."
Bunun üzərinə Allah dostu boynu bükük, xəcalətli bir vəziyyətdə, yalvaran baxışlarla , "Ey Allahın Elçisi!.." deyər. "Elə ibadətə budaqmış, Allahı həmd ü səna etməklə o dərəcə məşğuldum ki, sizə salavat gətirməyi unutmuşum..."
Ardından sevimli Peyğəmbərimiz (s.ə.v.) belə buyurar: "Ey çatan!.. Sən mənim bu sözlərimi eşitmədinmi? Mən dedim ki: "Mənə salavat gətirmədikcə işlənən əməllər, edilən dualar həbs olunmuşdur(kabul edilməmişlər. ) Eğer adam qiyamət günü Allahın hüzuruna dünya dolusu yaxşılıqla çıxsa, lakin mənə hərdənbir salavat gətirməyi unutsa, şübhəsiz ki bütün yaxşılıqları geri çevrilər və üzünə vurular."
(Zübdetül Vaizin)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Salavat

Yeni mövzu tarafından Le Taon Bir B. 31 Yan. 2010 - 10:47

Rəsulullaha (s.a.v.) salavat duası və salam göndərmək çox xeyirli və mübarək bir işdir. Bunu çox edənin Allah (c.c) axirətdə dərəcəsini yüksəldər.
Peyğəmbərimizin hədislərinə görə Rəsulullahın (s.a.v.) adı gələndə ona salat və salam göndərməyənlər axirətdə böyük bir xeyirdən məhrum olacaqlar.
"Qiyamət günü mənə yaxın olanlar və şəfaətimə haqq qazananlar, mənə ən çox salavat gətirənlərdir." (Tirmizi)
"Hər kim mənə salavat gətirərsə, Allah buna görə ona on misli qədər məğfirət edər." (Əbu Davud)
"Günlərin ən fəzilətlisi cümə günləridir. O gün mənə çox salavat gətirin. Sizin salavat və salamlarınız mənə mələklər vasitəsiylə çatdırılır." (Əbu Davud)
"Yanımda mən anılanda mənə salavat gətirməyən adamın üzü yerə sürtülsün." (Tirmizi)
"Adım gələndə salavat gətirin və dua edin. Harda olursunuzsa olun, salat və salamlarınız mənə çatır." (Əbu Davud)

Rəsulallaha salat və salam göndərməyin tövsiyə olunduğu vaxtlar:
1) Azan oxunanda:
Peyğəmbərimiz belə buyurmuşdur: "Azanı eşitdiyiniz zaman müəzzinin söylədiklərini təkrar edin və sonra mənə salavat duası oxyun. Bir salam və salavaat üçün Allah sizə on qat savab verər."(Əhməd)
2) Məscidə girərkən və çıxarkən:
Rəsulullah Əfəndimiz (s.a.v.) məscidə girərkən və çıxarkən salat və salam oxunardı. Hz. Əli (r.a.) "məscidə girdiyiniz zaman Rəsulallaha salavat niyaz edin. "(Əhməd) buyurur.
3)Cüma namazında:
Peyğəmbərimiz belə buyurur: "Cümə günləri çox salavat oxuyun. Çünki o gün mələklər yanınızdadır. Kim mənə salat və salam göndərərsə sözü bitməmiş mənə çatar."(Nəsəi)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Salavat

Yeni mövzu tarafından Le Taon Bir B. 31 Yan. 2010 - 10:48


==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Salavat

Yeni mövzu tarafından Sponsored content Bugün 16:04


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.