Ramiz Rövşən

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:34

Ramiz Rövşən 1946-cı il, dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:35

Agalar Məmmədov
Metafiziki “bəlkə”nin şairidi Ramiz Rövşən.
“Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik xəbərimiz yox”. “Bəlkə də üzümüzə çırpılan qapılardan, Üzümüzə açılan qapılar qorxuludu”.
E. Blox yazır ki, insan daim “hələ-tamamlanmamış-olan”a sarı yaşadığı üçün ümid eləməyə məhkumdur! Ümid ölə bilməz, çünki faktik olaraq heç vaxt heç nə qurtarmır. Gələcək gəlməyə davam edir. Gələcəyin bir dəfə də bizim ümidimizi gətirməyəcəyini kim iddia edə bilər?! Buna görə də, insanın ümidə haqqı var və o, bunu hiss edir. Gələcək elə ümid deməkdi. Ümid bizim Gələcəyə pıçıldadığımız arzu(muz)du: “Noolar, gələndə onu (da) gətir” deyə. Əsl ümidsiz adam gələcəyin ona umduğunu gətirəcəyinə son inamını itirib, özünü öldürən adamdı. Hələ ki, intihar etməyənlər üçün qəti heç nə yoxdu, “bəlkə”dən başqa.
Ümidin başqa bir adı “bəlkə”di. Amma Ramiz Rövşən öz şeirlərində gələcəyə aid “bəlkə”lərdən danışmır, keçmişə, bitmişə aid “bəlkə”lərdən danışır. Ümid deyil onun “bəlkə”si, daha çox “heyf”di. Ona görə onun “bəlkə”si kədərlidi.
Ramiz Rövşənin yalnız bir ümidi var: “…öləndən sonra qəbri üstə ağlayası, bir qara paltarlı gözəl qadına”. Amma bu ümiddən, elə onun öz fikrincə, hər kişinin varıdı.
Füzulidə inam var allahın kəramətinə, lütfünə, real, yaşayan sevgilisinə xitab var, canlı yalvarış var, intizar var, bütün bunlara görə də ümid var. Ramiz Rövşəndə bunların heç biri yoxdu. Onda yaşanmış sevginin, yaşanmış ömrün və illərin ardından deyilən ağı var eləcə.
Sevgisini izhar eləməyə hazırlaşan adam gərək Ramiz Rövşən oxumasın. Çünki debütant aşiq onun şeirlərində nə sevgilisinə deməyə şeir tapar, nə də öz sevgisini alovlandırmağa nəsə. Ramiz Rövşəni sonda oxumaq gərək, sevgi buza dönəndə. O, başlanğıcın yox, “sonlanğıc”ın şairidi. Ramiz Rövşən başlamır, qurtarır. Onun şeirləri sonun laylasıdı.

“Mən öz taleyimdən necə gizlənim?!”

Allah alın yazısının müəllifindən başqa bir şey deyil Ramiz Rövşən poeziyasında. Allah tale ilahəsidir onun üçün, Tüxedir, Fortunadır, başqa heç nə deyil. Hərəyə bir “ölüm əmri” yazıb, çıxıb gedib bu allah, mirzələr kimi. “Bircə allah bilir…”.Onun “allah” dediyi Məhəmmədin, islamın allahı deyil. Allah onun üçün tamaşaçısız tənhalığın ortasında, yalvarmaq üçün naməlum ünvanın ifadəsidi. Dini deyil, mifo-poetik obrazdı onda allah. Əksini desə, buna ancaq təəssüflənərəm.
Onun şeirdəki “allah”ı bayquşdan çox da fərqlənmir. Əgər o, “Bacım bayquş, qurban olum, ulayanda bərk ula, Səsə gedim, qaranlıqdı, görmürəm” deyərkən, nə hiss edirsə və hiss etdirirsə, “ay allah” deyəndə də oxucuya elə onu hiss elətdirir.
Şeirlərindən hiss olunur ki, Ramiz Rövşənin “öz içində hamıdan uzaq” yaşadığı bir ömrü var. “İlan balası” gizli bir ömrün daxili iztirabından törəyib. “İlan balası”nı yaradan hal və heç kimin xəbər tutmadığı daxili iztirab Ramiz Rövşənə nəsib olub. O, buna sevinməlidi. Mən hələ “İlan balası” şeirini özümdən özgə düz-əməlli hiss edən ikinci bir adama rast gəlməmişəm.
İlan balası ilan deyil, baladı. Amma məsələ ilan balasında ilanlığı yox, balalığı görməkdə də deyil. Söhbət daha dərindi: Hələ bala sayıldığın yaşlarda, bala-bala hiss edirsən ki, sən deyəsən “döşünün altında sevən bir ürək, dişinin altında zəhər tuluğu” gəzdirən ilansan axı. Və üstəlik bu, sənin taleyindi, günahın deyil! Hamı günahkardı, amma heç kimin günahı yoxdu. Bunu başa düşdüyünə görə, hamı sənin başını əzməyə hazır olanda, Ramiz Rövşən sənin taleyinə ağı deyib ağlayar. Çünki o, “yerdən baxmır”, taledən baxır. “Dünyaya çoxdan baxıram”, “Göydən, allahdan baxıram”. “Bu köhnə dünyadı elə-beləcə; Gördüyün kimidi, özgə cür deyil”. “Dünya mənə tanış gəlir”. Burda heç nə dəyişmir, hərlənib-firlanıb, “Özünə qayıdır hər şey özünə”. Ramiz Rövşənin tale şairliyi budur.
Və talenin qarşısıalınmaz fatal hökmünü öz qismətində müşahidə edən şairdi o. O, öz şairlik missiyasını talenin tərcümanı kimi müəyyən edib. Və talenin qara xəbərlərini gətirməyə məhkum olduğuna inanan günahsız şairin vicdanıdı onu ağı dedizdirib ağladan.
Bu da onun irrasionalizmidi. Mən dəfələrlə müxtəlif yazılarımda deyəndə ki, islami aromatda azəri irrasionallığı, məsələn, Uzaq Şərq irrasionallığından fərqli olaraq, fertil (məhsuldar, bərəkətli, doğucu, sağlam) deyil, elə bunu demək istəyirəm. Bunun nəticəsidir ki, biz elmi düşüncədən bir az aralanıb, poetik, fəlsəfi işlə məşğul olmağa başlayan kimi dərhal dini-mövhumi quyuya düşürük. Buna görə də bizə rasional təfəkkürlə yanaşı, sağlam fəlsəfi irrasionallıq da lazımdı! Bu isə artıq Ramiz Rövşənlik deyil. Əksinə, Ramiz Rövşəni hələ alqışlamaq lazımdır ki, o, cin-şeytan irrasionallığına aldanmayıb.
Füzuli əgər yalnız özünə ağlayırdısa, Ramiz Rövşən əzab çəkən hər şeyə göz yaşı axıda bilir: ilan balasına, yalquzağa, süd dişi düşməmiş uşağın bivaxt sevgisinə, quşlara, kəpənəyə, başı kəsik kötüyə, əzizlərin itkisinə, təklənmişlərə və s. Əlbəttə, psixoloji baxımdan son nəticədə o da özünə ağlayır, öz qismətinə, amma müxtəlif epizodlarda, başqalarının həyatında. Ağlanmayası, göz yaşına gəlməyəsi tale yoxdu Ramiz Rövşən üçün. Şəfqətli ana ruhu var onda. Elçibəylə onun xarakterini birləşdirən gizli bağlardan biri bu idi. Yeri gəlmişkən, Elçibəyə yazdığı şeiri də yenə də özünə yazıb: “Səni sevdiklərin daş-qalaq eylər”.

“Bağışla”

Onun “bağışla” yalvarışları yenidən başlamaq üçün icazə istəyi deyil, “əlvida”dan qabaq istənmiş halallıq sözüdü.
Onun “bağışla” xahişi təzə səhərlər arzusu deyil, əksinə, düşən əbədi axşamın son sözüdü “bağışla” onun dilində.
Ancaq elə bu “bağışla”nın özü göstərir ki, Ramiz Rövşən talenin kor qulu saymır özünü, fatalist deyil o. Fatalist üzr istəməz. Fatalist yalvarmaz.
Taleçiliyi talepərəstliyi deyil onun. Əksinə, o ki, talenin ədalətsizliyinə etiraz edir. Etiraz etməyən ağı deməz. Ağı – qorxmuş lənətdi!
Ramiz Rövşən Sürünün Təki təkləməsinə çox ağı deyib. Kəpənəyi “qara-qara qarışqalar” təkləyir, yalquzağı “qorxaq itlərin igid sürüsü”, ilan balasını “zalım dünya”. Sevgi özü də təkbaşına dara düşüb təklənməkdi.
“İlan balası”, “bayquş”, “canavar” – bunlar daha gül-bülbül ədəbiyyatı deyil, dünyanın “astar üzü”dü. Dünyanı astar üzündən yaşamaqdı.
Amma Ramiz Rövşənin yalvarışları zəlilliyə keçmir. Məsələn, “Nəfəssizəm, tez ol, mənə nəfəs ver!”. Boğulan adamın əmr üslubunda olduqca yaraşıqlı, profetik-teatral yalvarışıdı bu! Boğulma eksistensialist temadı.
Mən həmişə inanmışam ki, yalvarış da insanın ehtiyacıdı. Dağlar göylərə yalvaran kimi. Eləcə yalvarmaq istəyirik birdən. Heç kimi tapammayanda isə boğuluruq tənhalıqdan. Amma çox heyf ki, Ramiz Rövşən hələ tam tənha deyil, o, Allaha inanır deyəsən! Buna görə də çox təəssüf ki, o, hələ tam yaxşı boğula bilmir, yalvarışları getdikcə diniləşir. Bu, təhlükəlidi onun üçün. Bəlkə də onu ancaq “qara paltarlı”, gözəl və mistik bir qadın ala bilər Allahın əlindən. Hardadı o, çıxsın xilas eləsin Şairimizi…

“…ölmək istəyirəm”

Ölüm talenin ən ağır, ən “bəlkə”siz sözüdü. Ramiz Rövşən öz vaxtsız ölümünü, intiharını, özünü asmağını, necə ölməyini və ölümündən sonrakı səhnələri çox xəyal eləmiş adamdı. (Şeirlərinə əsasən deyirəm, şəxsi tanışlığımız yoxdu). Erkən ölüm arzulayıb o, özü də tragik, qəhramani ölüm. “Mən o cür yaşayıb ölə bilmərəm – azardan, bezardan, ya qocalıqdan…”. Məsələn, onun “Addım” şeiri tamamilə intihara həsr olunub: “Bir gün olar” ata bilmədiyin o son “bir addımın qabağında diz çöküb, hönkür-hönkür ağlayarsan…”
Bir dəfə də belə deyib: “Mən elə bilirdim, sənsiz ölərəm…”. Məncə çox istəyir o, son addımı ata bilsin, nəhayət bir gün təxminən belə yaza bilsin, ipi boğazına keçirməzdən qabaq: “Sən elə bilirdin, sənsiz ölmərəm?..” Bəlkə də bunu eliyə bilmədiyi üçündür ki, uzun yaşadığından utanır o.
Onun poetik müşahidəsinə görə, insan böyüdükcə, yaşa dolduqca, qocaldıqca əvvəlki “mən”lərini bir-bir ölür, öldürür. Bir ömürdə neçə-neçə insan ölür. O, “ölmüş uşaq Ramiz”, “ölmüş gənc Ramiz”dən danışmaqla, bəlkə də “Eybi yox, gördüyünüz bu Ramiz ölməyibsə də, ölə bilməyibsə də, indiyədək onda çoxlu Ramizlər ölüb” demək istəyir. Bununla, istədiyi ölümü ölmədiyinə görə, bəlkə də öz utancına təsəlli verir.

“Bir də gördün, qanadlanıb üstünə cumdu ölüm”

Onun şeirlərində, qəfəs, qapı, nəfəs kimi obrazlar tez-tez təkrarlanır. Amma “quş” obrazı daha çoxdu onda. Nədir bu “quş” Ramiz Rövşəndə, hardan uçub gəlib onun şeirlərinə? Qadın deyil quş onda. Qadını xatırladan daha çox göyərçindi, xüsusilə göyərçinin yerişi. O isə sərçədən, bayquşdan yazır. Əgər “öl” fel kökünün bir etimoloji mənası doğrudan da yüksəlmək, uçmaq deməkdirsə (qədimdə ölənə “uçmağa vardı”, “uçub getdi” deyiblər), onda “quş” simvolu ölümü ifadə etmiş olur. Ölən – quşa çevrilir. Bu da onun poeziyasının ruhuna uyğundur. “Güc ver bu ağrıdan can qurtarmağa, quş olub yanına uçmağa güc ver”. Xatırladım ki, mələklər də qanadlı insan biçimində, yəni “quş-insanlar” kimi təsvir edilirlər. Başqa sözlə, “quş” yerlə göyü, insaniliklə, ilahiliyi, bu dünya ilə o dünyanı özündə birləşdirən ölüm simvoludur.

“Özün öz yolunsan…”

Ramiz Rövşən şeir quraşdırmır, ona görə də əksər şeirlərini o, əzbər bilir, ona görə nisbətən az yazıb, ona görə də zəif şeirləri azdı. Pis yazır, yaxşı yazır, amma o şairlik roluna girmir, özü demişkən “şair işləmir”, “özünü yazır”, həyatını poetizasiya edir. Əgər səhv yazırsa, deməli, səhv yaşayır. Zəif yazırsa, deməli, zəif yaşayır. O təkcə başında şair deyil, ömründə, öz gerçək varlığında şairdi. Yanıla bilər o, amma aldatmır; yanlış deyirsə, deməli, özü yanılır, amma bizə yalan demir. Budur şəxsən mənim üçün yazı adamının ən böyük dəyəri. Çünki doğruçu adamın yanılması da məktəbdi.
Məsələn, əgər o, “Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla” yazıbsa, axı indi haqqımız çatmır ona deyək ki, sənə niyə elə gəlib ki, onsuz öləcəksən və niyə onsuz ölmədin və nəhayət, ölmədiyin üçün indi ondan nə üçün üzr istəyirsən? Belə söhbət olmaz axı. Bu, onun ömrüdü, sevgisini də belə yaşayıb, belə yanılıb, indi neyləyək.
“İndi belə yazırlar, mən də belə yazım” – uşaq aldanışıdı. Sən öz ömründə ölümcül eksperimentlər, gizli risklər, təhlükəli döngələr eləmirsənsə, yaşadıqların və düşüncələrin sənin özünü vahimələndirmirsə, azmaq üçün yox, çatmaq üçün yola çıxmısansa, sən hələ heç nəsən! “Doğruçu (həqiqi) adam ol, onda nə desən doğru (həqiqət) olacaq” (Lao Tse). Ömür yolun təzə olmalıdı, onda yazdıqların da təzə olacaq. Biz fəlsəfədə buna autentiklik deyirik: “Primum vivere, deinde philosophari” (Əvvəlcə yaşa, sonra filosofluq elə). Ramiz Rövşən buna “şairlik halı” deyir. Haqlıdı.

“Burax gedim, ay işığı!..”

Bu yazımda mən Ramiz Rövşənin nə Azərbaycan poeziya tarixindəki, nə müasir poeziyadakı yerinə, nə də onun gənc şairlərə və sosial təsirlərinə toxundum. Mən onun şeirləri vasitəsilə qaranlıq və tənha ömrünə işıq salmaq istədim sadəcə. Ömrə hörmət eləmək lazımdı.
Amma ürəyimdən nəsə tikan çıxmadı. Deyə bilmədiyim xeyli mətləb də qaldı.
Mən sevirəm Ramiz Rövşəni oxumağı. Bu, nə şeir zövqünün oxşarlığı, nə də fəlsəfi dünyagörüşlərinin üst-üstə düşməsidi; bu, hal eyniliyidi. Onun halı mənə çox oxşayır.
“Burax gedim, ay işığı!..”. Bu misra mənə çox doğmadı, elə bil mənim üçün yazıb…

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:35

Sevgi mektubu

Göyde yeddi setir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi mektubu kimi.

Bir bax bu ağ kepeneye,
sanki qoşa varaqdı.
Uçur çiçekden-çiçeye,
sevgi məktubu kimi.

…Haçan aşar bu sümükden,
etden olan hasarı?!
Ruhum uçar göye sarı,
sevgi mektubu kimi…

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:37

YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:38

Qara paltarlı qadın
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:39

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz yox...

Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, səni bağışla!
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" – deyirəm, nə bilim axı,
Bəlkə də mən sənsiz ölmüşəm hələ,
Qəbirsiz, kəfənsiz ölmüşəm elə,
Bəlkə də biz onda ayrılmasaydıq...
Nə mən indikiyəm, nə sən indiki...
Ayrıldıq şeytanı güldürdük onda,
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki,
Məni də səni də öldürdük onda.

....Sağımız, solumuz adamla dolu,
Qol-qola kişilər qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol,
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar
Bir də ki, qan hanı?
Qan axı yoxdu...
Hamı günahkardı dünyada amma,
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu bəxt,
Sapandan atılan bir cüt daş idik.
Bəlkə də dünyada on-on beş il yox,
Min il bundan qabaq ayılmışıq biz.
Halal yolumuz dəyişib nəsə,
Çaşmışıq bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik...
Dəyişib yerini bəlkə qış, bahar,
Qarışıb dünyanın şəhəri, kəndi,
Bəlkə öz bətnində ögey analar,
Ögey balalar gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə,
O yoldan ötən qız anamdı bəlkə,
Bəlkə də oğlumdu, bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?,
Bəlkə heç sevgilim deyilsən mənim,
Anamsan, bacımsan, nənəmsən, nəsən,
Bircə Allah bilir nəyimsən mənim.
Bizi kim aldadar bu ayrılıqdan,
Çatmaz dadımıza nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm
Deyirsən, "Ölüyəm, ölünü öpmə!..",
Əlimin içində soyuyur əlin.
Deyirsən, "Sən Allah əlimi öpmə",
Əlimdən deyəsən qan iyi gəlir....

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Ramiz Rövşən

Yeni mövzu tarafından Sponsored content Bugün 16:05


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.