Qara Qarayev

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Qara Qarayev

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:13



Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim. SSRİ xalq artisti (1959). Sosialist Əməyi Qəhrəmanı(1978). SSRİ Dövlət Mükafatı Laureatı (1946-48) M.F.Axundov adına respublika mükafatı laureatı (1965). Lenin Mükafatı laureatı (1967).
Vətən operası (1945, C.Hacıyevlə birgə) Yeddi gözəl (1952) İldırımlı yollarda (1958) Zamanın bayraqdarı (1959) kantantasını yazmışdır. Qarayev Azərbaycan kinofilmlərinə (Xəzər neftçiləri haqqında dastan (1953), Tarixin ibrət dərsi (1957), Uzaq sahillərdə (1958), Mateo Falkone (1961), Qoyya (1971, F.Qarayevle)) musiqi bəstələmişdir.
Qarayevin musiqi dili sahəsində yeniliklər Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır.
2 Lenin, Oktyabr İnqilabi, Qırmızı Əmək Bayragı ordenləri ilə təltif olunub. SSRİ Ali Sovetinin (5-9 cu çagırış) deputatı olmuşdur.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Qara Qarayev

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:16

1918 – Qara Qarayev fevralın 5-də Bakı şəhərində anadan olub.
1926 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi məktəbinin şagirdi.
1930 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi texnikumunda (“rabfak” - yeni işçi fakultəsi adlanırdı) professor G.Şaroyevin fortepiano sinfinin tələbəsi.
1935 – Azərbaycan Dövlət konservatoriyasında bəstəkarlıq (professor L. Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (professor Ü.Hacıbəyov) siniflərinin tələbəsi.
1937 – Azərbaycan bəstəkarlar ittifaqının üzvü. 1938 – P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasında 1940-cı ilədək bəstəkarlıq sinfinin (prof. A. N. Aleksandrov) tələbəsi.
1941 – Bakıya qayıdışı. M. Maqomayev ad. Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri.
1944 – Azərbaycan Bəstəkarlar Ittifaqının idarə heyəti sədrinin müavini, yenidən 1946-cı ilədək P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasında bəstəkarlıq sinfinin (prof. D. D. Şostakoviç) tələbəsi.
1946 – P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasının məzunu, Azərbaycan Dövlət konservatoriyasında bəstəkarlıq sinfinin müəllimi, “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü, “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlanıb.
1948 – SSRİ bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Dövlət konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu musiqi bölməsinə başçılığı.
1949 - 1953-cü ilədək Azərbaycan Dövlət konservatoriyasının direktoru.
1950 – SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü.
1952 – Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, sovet mədəniyyət və incəsənət ustalarının bir qrupu ilə Albaniya Demokratik Respublikasına səfər.
1953 – Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası.
1954 – 1982-ci ilədək SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü.
1955 – Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1959-cu ilədək IV çağırış SSRİ Ali Sovetinin deputatı.
1956 – 1973-cü ilədək Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi.
1957 – SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar ittifaqı idarə hey’ətinin üzvü.
1958 – Azərbaycan SSR-in xalq artisti, V çağırış SSRİ Ali Sovetinin deputatı, yanvarın 4-də Leninqrad Dövlət opera və balet teatrında "İldırımlı yollarla" baletinin ilk tamaşası. "Uzaq sahillərdə" filminin musiqisinə görə II Ümumittifaq kino festivalının laureatı.
1959 – SSRİ xalq artisti, Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət konservatoriyası bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, Çexoslovakiyada “Yeddi gözəl” baletinin ilk tamaşaları ilə bağlı yaradıcılıq səfəri (Praqa, Bratislava, Brno şəhərləri).
1960 – Azərbaycan KP MK üzvü.
1961 - “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Anjelesdə (ABŞ) I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı, “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlanıb.
1962 – VI çağırış SSRİ Ali Sovetinin deputatı, P. İ. Çaykovski ad. İkinci beynəlxalq müsabiqənin iştirakçısı, sovet mədəniyyət və incəsənət ustaları arasında ABŞ-a səfər.
1963 – Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin göstərilməsilə bağlı Misir Ərəb Respublikasına səfər.
1964 – SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baleti tamaşasının göstərilməsi ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalına səfər.
1965 – “Antoni və Kleopatra” (V.Şekspir) tamaşına yazdığı musiqiyə görə M. F. Axundov ad. Mükafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i – Bakıda Üçüncü simfoniyanın ilk ifası.
1966 – VII çağırış SSRİ Ali Sovetinin deputatı, dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər, Bakıda “Klassik süitanın” ilk ifası.
1967 - “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə mükafatlanıb. 1968 – aprelin 21 – Qorkidə (indiki Nijni Novqorod), aprelin 28-i – Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları.
1969 – “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına səfər, sovet mədəniyyət və incəsənət ustaları arasında Yaponiyaya səfər.
1970 – VIII çağırış SSRİ Ali Sovetinin deputatı.
1971 – “Qoyya” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə ADR-ə (Almaniya Demokratik Respublikasına) səfər, "Oktyabr inqilabı" ordeni ilə mükafatlanıb.
1972 – “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında iştirakı, keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü.
1973 – IX çağırış SSRİ Ali Sovetinin deputatı, P.İ.Çaykovski ad. V beynəlxalq musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri bağlı Türkiyədə keçirilən beynəlxalq konqres iştirakçısı.
1976 - “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumun işində, sovet və italıyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyaya, - Pezaro şəhərinə səfəri.
1978 – Sosialist Əməyi Qəhrəmanı, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisət səfəri, “Çılğın qaskonlu” müziklinin ilk tamaşası (Moskva operetta teatrı).
1982 – Mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Qara Qarayev

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:18

Ailəsi

Qara Qarayevin ata babası Fərəc Hacı Qara oğlu Abşeron yarımadasında, Bakı yaxınlığında yerləşən Fatmayı kəndindəndir.
Qara Qarayevin ana babası, - İsgəndər bəy Axundov keçmişdə tanınmış şamaxılı soyundandır. Onun həyat yoldaşı Züleyxa xanım isə adlı-sanlı, lakin var-yoxdan çıxmış Bayraməlibəylilərdəndir.
Çox da imkanlı olmayan və qohumluq yaradan hər iki ailə XX yüzilliyin başlanğıcında Bakı ziyalılarının demokratik çevrəsinə aid edilməlidir.
Həmin ailələrin üzvləri özləri haqqında yaddaşlarda düşüncəli, gülərüzlü, adamayovuşan, xırda yaşantılardan uzaq, intellektual və bədii dəyərlərlə qidalanan, nəfəs alan insanlar kimi silinməz izlər qoyub getmişlər.

Qara Qarayevin atası - Əbülfəz Fərəc oğlu Qarayev (1916)
Qara Qarayevin atası - əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi (o, Odessada tibb institutunu bitirmişdi) Əbülfəz Fərəc oğlu Qarayev hələ 1917-1918-ci illərədək (yəni oktyabr çevrilişi və Azərbaycan Demokratik Respublikası qurulanadək) diaqnost, daha sonralar isə, nəzəriyyəçi kimi də böyük ad-san qazanmışdı.
Uzun illər boyu o, Azərbaycan Dövlət Tibb institutunda və başçılıq etdiyi elmi-tədqiqat ana və uşaqların qorunması institutunda neçə-neçə həkim-pediatr nəsilləri yetirmişdi.

Qara Qarayevin anası Sona xanım İsgəndər qızı ( 1898 -1971)
O zamanlar üçün hərtərəfli təhsil almış ilk azərbaycanlı qadınlardan idi.
Onun ata-anası, şəriətin qadağalarından keçərək, qızlarını hələ 14 yaşından Bakı şəhər idarəsi yanında orta məktəbdə oxutmuş, daha sonra isə Sona xanım “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Qara Qarayev

Yeni mövzu tarafından Sponsored content Bugün 22:01


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.