Niyazi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Niyazi

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:10


Azərbaycan dirijoru, bəstəkar və ictimai xadim. SSRİ xalq artisti (1959). Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946). SSRİ Dövlət Mükafatı laureatı (1951-52). Ü.Hacıbəyov adına Azərb.SSR Dövlət Mükafatı laureatı (1967). Azərbaycan Lenin Komsomolu Mukafatı laureatı (1972). Beynəlxalq "Nehru" mükafatı laureatı (1972). Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmmiyətli rol oynamışdır. O, "Rast" (1949) simfonik muğamı, Zaqatala suitası (1934), Ləzgihəngi (1934), Konsert valsı (1954) və s. simfonik əsərlərinin, kinofilmlərdə Almas, Kəndlilər, Fətəli Xan, Mahnı belə yaranır və s. musiqinin müəllifidir. Niyazi "Aşıq Qərib" (Z. Hacıbəyov), "Arşın mal alan" (Ü. Hacıbəyov) və s. əsərlərin yeni redaksiyasını hazırlamışdır. Azərbaycan xalq mahnılarının (Kəklik, Qaragilə, Xumar oldun, Ay bəri bax, Küçələrə su səpmişəm və s.) simfonik orkestr üçün işləmişdir. 1935-də "Rast" və "Şur" muğamlarını nota salmışdır. Xarici ölkələrdə Çexoslovakiya, Bolqariya, Almaniya, Macarıstan, Fransa, Türkiyə, İran və s. qastrolda olmuşdur. 2 Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın "Kiril və Mefodi" ordeni, Macarıstanın "B. Bartok" medalı ilə təltif edilmişdir.
Niyazi hamımızı ovsunlayırdı, - öz azman musiqi duyumu və hamını duyğulandıra biləcək yaradıcılıq iradəsi ilə. Və bəlkə də, bu qarşısıalınmaz ovsunun içimizdə şüuraltı doğurduğu qısqanclıqdanmı, yaxud sehirli nağılları dinlədikdən sonra istər-istəməz keçirdiyimiz, lakin heç cür boynumuza ala bilmədiyimiz xofdanmı, - hər halda nədənsə öz yaşantılarımız bizləri ona yaxınlaşmaqdan çəkindirərdi. Niyazi gül-çiçəkli təbrikləri sevmirdi, gurultulu alqışlardan üzündə bircə əzələ titrəməzdi. Əsərin məşqlərində də, ifa zamanı və ifanı bitirdikdə də sanki hər şeyə yad, özgə bir aləmdə idi. Əslinə qalsa, onun məşqləri heç də gərgin keçmirdi, çünki lap qısa zaman kəsimində belə can atdığı məqsədə yetişəcəyinə arxayınlığı var idi. Bu arxayınlığı ilə də orkestri ovsunlayırdı.
Niyazi 1930-cu illərin sonundan başlayaraq, 40-cı - 50-ci illərdə və, hətta, 60-cı illərin I yarısında, - Azərbaycanda gənc dirijor nəsli yarananadək bəstəkarlarımızın yaratdığı simfonik və səhnə (opera və balet) əsərlərinin baş təfsirçisi olub. Hətta bir sıra əsərlərə dönə-dönə qayıdaraq onları bir neçə təfsirdə lentə yazdırmışdı: Bakıda və Moskvada, ayrı-ayrı kollektivlərlə.
Arif Məlikovun inadcıllığı sayəsində «Məhəbbət əfsanəsi»nin ilk tamaşalarının aparıcısı kimi parlaq çıxışları sonucunda Niyazi SSRİ-nin 2-ci opera və balet teatrının baş dirijorluğuna layiq görülmüş və, haradasa, ilyarımlıq zaman kəsimində təkcə adı çəkilən əsərə yox, çox-çox ən sayımlı tamaşalara, o cümlədən S.Prokofyevin səhnə əsərlərinə dirijorluq etmiş, hətta Leninqrad Kirov adına Akademik Opera və Balet Teatrının (uzaq keçmişdə və hazırda Mariinski teatrı) xarici ölkələrdə qastrollarına başçılıq etmişdi.
«Arşın mar alan» filminin 1945-ci ildə çəkilən ilk variantında Böyük Üzeyirin musiqisini Niyazi orkestrləşdirmişdi. Filmin sonrakı, «çağdaşlaşdırılan» variantında orkestrləşmə işi F.Əmirova tapşırılmışdı və bəstəkar bir sıra özündən artırmalara yol vermişdi. Əlbəttə, belə gediş Niyazini razı sala bilməzdi və daha sonrakı illərdə o partituraya dönə-dönə qayıdaraq, nəhayət 1973-cü ildə «Arşın mal alan»ı öz yeni redaksiyasında misilsiz Rəşid Behbudovla qrammafon valına yazdırdı. Ən nəhayət isə, o zaman gənc bəstəkar İsmayıl Hacıbəyovla dərdləşərkən boynuna almışdı ki, bir çox parçaları yenidən nəzərdən keçirərkən özünün ilk variantına deyil, Böyük Üzeyirinkinə üstünlük verib. Bax belə azman şəxsiyyət idi Niyazi!
Niyazi 1970-ci illərin sonu və 80-cı illərin başlanğıcında Qarabağda, - Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda keçirilən simfonik konsert silsilələrinin və festivalların baş ilhamverəni və təşkilatçısı olub. Onun Bakıda, filarmoniyada, hər ayın sonu vəzifəliləri maarifləndirən konsertləri də indiyədək yaddaşlardan silinməyib. Hətta bir sıra gənc muğam ustalarımız məhz onun xeyir-duası ilə böyük estradaya yol tapmışdı. Bütün bunlarla yanaşı demək lazımdır ki, 1970-ci illərin ortalarına yaxın Niyazi Azərbaycan bəstəkar musiqisinin nəbzini tuta bilmirdi, yaxud da istəmirdi. Sınıxmışdı. Yorulmuşdu. İncimişdi. Hətta özünün arzusu ilə İsmayıl Hacıbəyovun yaratdığı fortepiano ilə orkestr üçün «Cəngi» əsərinin ilk ifasını gözlənilmədən R.Abdullayevə, qrammafon yazısını R.Məlikaslanova, Moskvadakı ilk ifanı isə V.Feroseyevə «güzəştə» getmişdi.
Çox-çox bəstəkar və solo ifaçıların, - pianoçu, skripkaçı, violonçelçalan və vokalçıların söylədiyinə görə, onunla məşq etmək və konsert vermək əsil yaradıcılıq yarışını xatırladırdı. Yaşadığı dövrdə bütün mümkün dərəcələrə çatmasına baxmayaraq, Niyazi kimi qeyri-adi dahi Böyük Üzeyir və Qara Qarayev kimi çox-çox böyük, işıqlı arzularını həyata keçirə bilməyib, dünyadan nakam getdi. Niyazi kimi dahiyə hətta Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında öz sənətini kiməsə, az da olsa, öyrətmək imkanı verilmədi.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.