Üzeyir Hacıbəyov

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Üzeyir Hacıbəyov

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 8:59


Üzeyir Əbdül Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığındakı Ağcabədi kəndində anadan olmuşdur.
1899-1904-cü illər
– Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır.
1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü. Bakı şəhərinə köçmüş. Ədəbi-publisistik fəaliyyətə başlamışdır.
1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır.
25 yanvar, 1908-ci il– Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası.
1909-cu il – «Şeyx Sən’an» operasının ilk tamaşası.
1909 – 1910-cu illər – «Ər və arvad» musiqili komediyasının ilk tamaşası.
1910-cu il – «Rüstəm və Söhrab» operasının tamaşası.
1910 – 1911-ci illər –«O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası.
1912-ci il – «Şah Abbas və Xurşid Banu» operasının ilk tamaşası.
1912-ci il – «Əsli və Kərəm» operasının ilk tamaşası.
1912-1913-cü illər – Moskvada xüsusi musiqi kurslarında təhsil almışdır.
1913-1914-cü illər – Peterburqa getməsi və orada oxuması.
1913-cü il – «Arşın mal alan» musiqili komediysının ilk tamaşası.
1915-ci il – «Harun və Leyla» operasının librettosu nəşr edilmişdir.
1918-ci il – Azərbaycan opera artistlərinin Ənzəli və Rəşt şəhərlərinə (İran) qastrol səfərinə rəhbərlik etmişdir.
1921-ci il – Respublika Xalq Maarif Komissarlığında mə’rüzə etmiş, mə’rüzə Azərbaycan Dövlət Konservatoriyasının yaradılması üçün proqram kimi təsdiq olunmuşdur.
Azərbaycan Dövlət Konservatoriyasında musiqi-nəzəriyyə fənləri üzrə pedaqoq. Şərq musiqisi şö’bəsinin rəhbəri.
1922-ci il – Birinci Azərbaycan məktəbini (Azərbaycan türk musiqi məktəbi – ATMM) tə’sis etmişdir.
1925-ci il – Bakı Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.
1926-cı il – Azərbaycan Dövlət Konservatoriyasının prorektoru.
1928-ci il – Azərbaycan aşıqlarının Birinci qurultayında «Aşıq sənəti» mövzusunda mə’ruzə etmişdir.
1931-ci il – Birinci «notlu» Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkilatçısı.
1932-1936-cı illər «Koroğlu» operası üzərində işləmişdir.
30 aprel 1937-ci il – «Koroğlu» operasının ilk tamaşası.
1938-ci il – Moskvada Azərbaycan incəsənəti ongünlüyünün təşkilatçılarından və iştirakçılarından biri.
1938-ci il –SSRİ-nin xalq artisti fəxri adına layiq görülmüşdür.
1939–1948 – Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqıqının sədri.
1941 – 1945-ci illər – N. Gəncəvinin «Sənsiz», «Sevgili canan» romansları, «Vətən və cəbhə» kantatası, «Uğurlu yol», «Şəfqət bacısı», Ananın oğluna öyüdü» və s. qəhrəmanlıq mahnıları, Azərbaycan xalq çalğı alətləri orkestri üçün «Cəngi» pyesi, «Babək, Firuzə» operalarının planı və s. yaranması.
1944-cü il, dekabr – Tbilisidə keçirilən Zaqafqaziya Respublikaları iştirakçıları Dekadasının rəhbərlərindən biri.
1945-ci il –Ü. Hacıbəyov tərəfindən Azərbaycanın himninin yaranması
1945-ci il – «Azərbaycan xalq musiqisinin əsasları» kitabının nəşri.
1948, 23 noyabr – Ü. Hacıbəyov vəfat etmişdir.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Üzeyir Hacıbəyov

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:01

Dahi bəstəkarın "Leyli və Məcnun" operasının Üverturası - yüklə ( 6:42 dəq, 9.24 Mb, 192.00 kbps, 44.10 kHz, Stereo)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Üzeyir Hacıbəyov

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:04

"Koroğlu" operasının Üverturası - yüklə (3:48 min, 6.99 Mb, 256.00 kbps, 44.10 kHz, Stereo)

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Üzeyir Hacıbəyov

Yeni mövzu tarafından Le Taon Bir C.a. 31 Dek. 2009 - 9:05

Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ xalq artisti (1938). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-48). SSRİ Dövlət Mükafatı Laureatı (1941,46). Üzeyir Hacıbəyov XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. O, öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən biridir.
Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığındakı Ağcabədi kəndində anadan olmuşdur. 1899-1904-cü illər – Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır. 1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü olmuş daha sonra Bakı şəhərinə köçmüş və ədəbi-publisistik fəaliyyətə başlamışdır. 1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüqüq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır. Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası 25 yanvar, 1908-ci ildə olmuşdur.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoylmuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.
Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulmuşdur. Üzeyir Hacıbəyov 1909-15-ci illərdə bir-birinin ardınca "Şeyx Sən'an" (1909), "Rüstəm və Söhrab" (1910), Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla (1915)" əsərlərini yazmışdır. Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın bu olsun" (1910), "Arşın mal alan" musiqili komediyaları və s. 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası "Aşıqsayağı" triosu (1931) il və s. Hacıbəyovun Böyük Vətən Müharibəsi illərində "Çağırış","Yaxşı yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və s. vətənpərvər ruhlu mahnılar, eləcədə xalq çalğı alətləri orkestri üçün "Cəngi"(1941) pyesini, "Vətən və Cəbhə" (1942) kantatasını bəstələmişdir. "Sənsiz"(1941) və "Sevgili canan" (1943) romans-qəzəlləri xüsusi yer tutur. Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır. Hacıbəyovun "Arşın mal alan " musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcumə edilmiş, xarici dövlətələrdə tamaşaya qoyulmuşdur. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası 1917 ildə (rejissor B.Svetlov), 1945 ildə (rejissorlar R.Təhmasib, N.Lesçenko) və 1965 ildə (rejissor T.Tağızadə), "O olmasın bu olsun" (rejissor H.Seyidzadə) 1956 ildə ekranlaşdırılıb. "Arşın mal alan" (1945) filminə görə rejissorlar R.Təhmasib və N.Lesçenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, E.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev SSRİ Dövlət Mükafatına (1946) layiq görulmüşlər.
O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda iən böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Üzeyir Hacıbəyov

Yeni mövzu tarafından Sponsored content Bugün 22:00


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.