Sevgi nədir?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Sevgi nədir?

Yeni mövzu tarafından TÜRKAN Bir C. 27 Noy. 2009 - 22:52

Sizcə ümumiyyətlə sevgi nədir?Bu sözün sizinçün nə dərəcədə əhəmiyyəti var?Forumçularımızın daxili aləmi mənimçün çox maraqlıdı.inşallah özüm də yazacam.Amma öncə böyüklər Buyurun.Sevgi nədir???

TÜRKAN
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Bakı

Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından REBEL Bir C. 27 Noy. 2009 - 23:02

Sevgi muxtelif ola biler.Allaha sevgi,valideyne sevgi,vetene sevgi...Konkret olaraq hansini nezerde tutursan??? kisi ve qadin arasinda olan sevgini yoxsa umumilikde hamisini???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından When ? Bir Ş. 28 Noy. 2009 - 10:18

Sevgi hərənin bir cür anladığı, başa düşdüyü bir şeydir. Məsələn, mən sevginin qarşılıqlı hörmətdə, sayğıda və sevincini sevdiyin şəxslərlə bölüşdüyün zaman hiss etdiyin həyəcanda olduğunu düşünürəm...Və bu düşündüklərim hər növ segiyə aid ola bilər -istər iki insanın sevgisinə istərsə də yaxınlarına ailə üzvlərinə duyduğun sevgiyə...

==========================
Dəyərlərimizin Fərqinə varaq...

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından TÜRKAN Bir Ş. 28 Noy. 2009 - 10:33

REBEL yazıb:Sevgi muxtelif ola biler.Allaha sevgi,valideyne sevgi,vetene sevgi...Konkret olaraq hansini nezerde tutursan??? kisi ve qadin arasinda olan sevgini yoxsa umumilikde hamisini???
Əslində mən ümumiyyətlə sevgi haqqında danışmağınızı istəyirdim. Amma əgər konkret olaraq yazmaq istəyi varsa, sonuncunu seçə bilərsiniz.

TÜRKAN
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Bakı

Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından Qonaq Bir Ş. 28 Noy. 2009 - 17:11

Gəl, belə danışaq da, Türkan, mən də bu sevgi söhbətini qruplaşdırım.
Bizim "sevgi" deyə adlandırdığımız hissləri 2 yerə bölə bilərəm:
1. Həqiqətən də ülvi hiss olan sevgi
2. Asılılıq, xəstəlik...
Allaha, Vətənə, valideynlərə, millətinə, dostlarına olan sevgi həqiqətən də ülvi hisslər siyahısına aid oluna bilər. Çünki burada kimi, nəyi nə səbəbə, nəyə görə sevdiyini dərk edirsən. Məsələn, Allahı səni bu dünyaya şüurlu bir məxluq kimi göndərdiyi, sənin üçün bu dünyanı qurduğu üçün, valideynlərini səni böyütdükləri, qayğına qaldıqları üçün, dostlarını səni tək qoymadıqları, kömək etdikləri üçün və s. Məhz bu hisslərə Sevgi demək olar. Dediyimdən belə çıxmasın ki, mən sevgini yalnız qarşılığı ödənilən bir borc kimi qəbul edirəm. Amma bu da həqiqətdir ki, sonda çıxan nəticə məhz belədir. Yəni bu hisslərin demək olar ki, hər biri cavabsız qalmır, əvəzi hər hansı bir yolla ödənilir. Bu da təbiidir.
İkincisi isə xəstəlik adlandırdığım "sevgi"dir (bu halda sevgi sözünü dırnaqarası yazacağam, çünki bu hiss deyil). Qadın və kişi arasında olan o "sevgi" adlandırdığınız hissi belə adlandırmaq olar. Gəlin, bunun hansı xəstəlik olduğunu da aydınlaşdırım. Təxminən, narkomaniya, alkoqolizm və s. bu kimi asılılıqla bağlı olan bir xəstəlikdir. Narkoman, alkoqolik, siqaret aludəçisi və bu kimi şəxslərin etiraflarını və ya onlar haqqında psixoloqların rəyini oxusanız, nə demək istədiyimi özünüz də görəcəksiniz.
Gəlin, nümunə olaraq bir halı təsəvvür edək. Haradansa bir nəfər peyda olur ( indiyə qədər nə qohumun olub, nə dostun, nə də tanışın), gəlişi ilə bütün həyatını məhv edir, dağıdır. Bunda günah kimdədir? Həmin gələn kəsdə, yoxsa onu qəbul edəndə? Axı o gələn insan sənə "Məni sev, müqəddəsləşdir, həyatının əsas anlamı bil!" deyə bir iddia etmirdi. Onu sən belə qəbul etmisən. Necə ki bir narkoman hər hansı narkotik maddəni həyatının əsası, mənası kimi başa düşür və bu halda da günah cansız maddə olan narkotikdə deyil, məhz onu qəbul edəndədir.
Bir düşünün, müəyyən yaşa çatmış ağlı başında olan şəxs bu haradansa peyda olmuş şəxs gələnə qədər özü üçün müəyyən həyat qaydaları, yaşayış normaları formalaşdırır. Ona elə gəlir ki, bu qaydalar toxunulmazdır, heç kəs onları dəyişdirə bilməz. Amma günlərin birində kimə görə isə bütün bu qaydaların üstündən düşünüb-daşınmadan xətt çəkməyə hazırlaşır. Yenə də deyirəm, maraqlısı budur ki, qarşısında duran o "haradansa peyda olmuş" ondan qətiyyən belə bir qurban gözləmir. Heç bəlkə onun vecinə də deyil ki, sən necə yaşayırsan, ya ona görə nəyə hazır imişsən. Narkotik maddə də məhz bu insan qədər "günahsız"dır. Axı o nə bilir ki, bir insan həyatını korlayıb, onu narkomana çevirir.
Amma unutmayın, çıxış yolu var: MÜALİCƏ OLUNMAQ OLAR! Bəli, narkomanın müalicəsi çətin bir şeydir. Bunun üçün o qəbul etdiyi maddədən uzaq durmalıdır. Amma bunu birdən-birə etmək də olmaz. Birdəfəlik imtina ölümə gətirib çıxara bilər.O cümlədən də "sevgi" xəstəliyinə tutulan da özünü belə müalicə edə bilər. Əsas ağıllı və iradəli olmaq lazımdır. İnsan səhv edə bilər, amma bir gün öz səhvini başa düşürsə, deməli, heç nə itirilməyib. Hər şey düzələ bilər. Bunu nə qədər tez başa düşürsə, o qədər yaxşıdır. Əsas həmin insandan mümkün qədər uzaq durmaqdır. Əvvəlcə çətin olacaq. Amma öyrəşmək lazımdır. Birdən-birə "O ölüb, yoxdur, qurtardı!" kimi fikirləri özünə təlqin eləmək ağır fəsadlara səbəb ola bilər. Hətta, intihar etmək dərəcəsinə çatmaq da olar. Yaxşısı budur, "olmaz, lazım deyil" kimi fikirlərlə özünüzü inandırın. Amma özün də gərək bu fikirlərə əməl edəsən. Hər şey düzələnə yaxın yenidən o insanın qarşına çıxması hər şeyi korlaya bilər. Bəzən özün də bilmədən onun qarşına çıxmasının o qədər arzulayırsan ki, bir də görürsən ki, düşünülmüş şəkildə olmasa da, şüuraltı özün bunun baş verməsi üçün nələrəsə əl atırsan.
Nə isə... Bu uzun bir psixoloji araşdırmanın çox qısa nəticəsi idi. Kimə isə köməyi dəyəcəksə, məmnun olaram.
Allah hər kəsə şəfa versin! Həyatınız üçün təhlükəli olan bütün mənfi ünsürlərdən uzaq olun!
Və ən əsası, hisslərlə xəstəlikləri qarışdırmayın. Bir də unutmayın ki, əsas hiss deyil, ağıldır. Və elə ağıla da qulaq asın.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından Le Taon Bir B. 29 Noy. 2009 - 9:37

Sevgi... Bu gün insanlar, daha dəqiq desəm, bizim millət sevgi sözünün nədənsə həmişə oğlan-qız, nə bilim, kişi-qadın sevgisi kimi anlayırlar. Əslində isə sevgi çox dərin mənalı sözdür. Nə isə.. Özünüz məndən daha yaxşı və daha çox bilirsiniz.
Sevginin varlığına bir az şübhəm var. Özü də saf sevginin (ya da məhəbbətin)... özüm də bilmirəm niyə. Ola bilər ki, bu cəmiyyətimizin bu cür olmasına görədir.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Sevgi nədir?

Yeni mövzu tarafından Sponsored content Bugün 22:02


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.