Bunu yaşamışam???

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Bunu yaşamışam???

Yeni mövzu tarafından Qonaq Bir B. 1 Noy. 2009 - 22:06

Həyatımızda bəzən elə məqamlar olur ki, nədənsə, fikirləşirsən ki, nə vaxtsa, bu hadisəni artıq yaşamısan. Diqqətlə xatırlamağa çalışırsan, amma yadına sala bilmirsən. Bircə, onu bilirsən ki, bu bir və ya bir neçə dəfə sənin həyatında məhz belə şəkildə olub.
Bu hansısa tanımadığımız adamla da bağlı ola bilir. Baxırsan, xatırlamağa çalışırsan, yadına düşmür. Amma bununla belə, o sənə elə doğma, yaxın görünür ki...
Məkanlarla da bağlı belə şeylərə rast gəlinir. Sənə qətiyyən aidiyyatı olmayan bir ərazi elə əziz görünür ki... Sanki nə vaxtlarsa burada yaşamısan.
Sizcə, bu nə ilə bağlıdır? Bəzi qeyri-səmavi dinlərdə bunu insanın ruhunun bir neçə bədəndə yaşaması və bu doğmalığın əvvəlki bədənlərə aid olması ilə əsaslandırırlar. Amma biz ki müsəlmanıq və ruhun bir bədəndən digərinə keçmədiyini bilirik. Belə olan halda bu hadisələri nə ilə əsaslandırırsınız?
Və, ümumiyyətlə, sizdə də belə şeylər olur? Yoxsa, ancaq məndə belə qeyri-məntiqi hallar baş verir?
Konkret misallar da göstərsəniz, pis olmaz.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Bunu yaşamışam???

Yeni mövzu tarafından When ? Bir B.e. 2 Noy. 2009 - 20:02

hmm mende o qeder oluur.Amma cox vaxt tapiram ki bu hadise ne vaxt olub.yeni ele olur dogurdan da bir sey iki uc defe olur tekrarlanir..Herden de olur yuxuda gorduklerim heyatda bire bir deqiqliyi ile bas verir. o zaman deyirem ki hee bunu yuxuda gormusdum.Umumiyyetle bu son 2-3 ilde yuxuda gorduklerimin her biri real heyatda bas verir.Ozu de tez tez olur.herden ozum ozumden qorxuram ee ele bil meni men yox basqa bir sehirli quvve idare edir ve her seyi mene onceden hiss etdirir. ne bilim vallah altinci hiss deyirler nedi axi o mende cox inkisaf edib ee hetta 7-ci 8ci extradan hisslerim var. vay beee...men neymisem...

==========================
Dəyərlərimizin Fərqinə varaq...

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Bunu yaşamışam???

Yeni mövzu tarafından Qonaq Bir Ç.a. 1 Dek. 2009 - 23:42

Səhv eləmirəmsə, bu tip hallara elmi ad olaraq de-javü deyilir. Maraqlandığım çox insanlar bu hallara rast gəldiklərini deyiblər.
Səbəblərdən biri kimi yuxuda yaşamış hadisələri reallıqda qarşımıza çıxarkən xatırlamış olduğumuz göstərilir.
Amma daha bir səbəb də var: genetik yaddaş. Yəni, bu hadisə əslində bizim deyil, bizdən əvvəl yaşamış ata-babalarımızın başına gəlir və haradasa genetik yaddaşımızın hansısa hissəsində iz salır. İnandırıcı olmasa da məntiqə uyğundur.
Məsələn, mən özümlə bağlı bir hadisəni danışım.
Azərbaycanın bir bölgəsi (soruşmayın hansı, cavab verməyəcəyəm) mənim üçün nədənsə həmişə çox doğma, əziz görünür. Səbəbini bilmirəm. Çünki o bölgə ilə bağlı heç bir qan qohumluğum və ya sonradan yaranmış qohumluq əlaqəm yoxdur. Amma həmişə o rayondan keçəndə özümü çox qəribə, sanki uzun illər görmədiyim, həsrətində olduğum bir məkana çatmış kimi hiss edirəm. Özü də nədənsə özümü həmin rayonun indiki dövründə deyil, təxminən xanlıqlar və daha əvvəlki dövründə yaşayırammış kimi hiss edirəm.
O rayon və ya oranın sakinləri haqqında pis bir söz eşidəndə sanki məni söyüblər kimi qəzəblənir, hər cəhdlə oranı müdafiə edirəm.
Haradasa 2 il əvvəl o rayonun ərazisindən keçib başqa bir yerə gedirdik. Bu qəribəlik haqqında anama danışdım. Dedim ki, ola bilərmi ki, mənim başqa bir həyatım da olub və mən həmin o həyatda bu bölgədən olmuşam, özü də nə isə böyük bir adam... ?
Anam dedi ki, bizim kənddə (oranın da adını çəkməyəcəyəm) yaşayan insanların əksəriyyəti 4-5 əsr əvvəl Azərbaycanın 4 müxtəlif ərazisindən bizim kəndə gəliblər. Əsl yerli əhali çox azlıq təşkil edibmiş. Və əksəriyyət gələnlər də məhz mənim bu çox doğma bildiyim ərazinin adamları olub.
Sonradan mən bu haqda çox maraqlandım. Və bu yaxınlarda, təxminən 1 ay əvvəl kəndimizin tarixini bilən bir ağsaqqaldan öyrəndim ki, əsasən bizim məhəllədə yaşayan əhali həmin bölgədən gələnlər olub.
İndi əsl-kökümün həmin o ərazidən olmasına çox inanıram. Bu doğmalığı da məhz bununla bağlayıram. Məntiqə uyğun gələn bir şeydir???

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Bunu yaşamışam???

Yeni mövzu tarafından Le Taon Bir C.a. 3 Dek. 2009 - 8:57

Əvvəllər məndə bu hal çox tez-tez baş verirdi. Baş verdikdə isə hər dəfəsində çalışırdım ki, hadisənin gedişatın dəyişim, amma burada baş verən hər şey obyektivdir, məndən asılı bir şey yoxdur. Amma son zamanlar bütün bunlar yavaş-yavaş məndən uzaqlaşıb.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Bunu yaşamışam???

Yeni mövzu tarafından Le Taon Bir C.a. 10 Dek. 2009 - 15:01

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Bermud Şeytan Üçbucağı


Bermud Şeytan Üçbucağı: Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Bu bölgə Amerikan sahil qoruma təşkilatının 7 nömrəli bölgə müdirliyinin 5720 saylı yazısında belə təsvir edilməkdədir:
"Bermud üçbucağı ya da şeytan üçbucağı deyə xatırlanan xəyal məhsulu yer, Atlantikdə, ABŞ-ın cənub-şərq sahillərində, açıqlana bilməyən gəmi, gəmi və təyyarə itkinlərinin çox yüksək nisbətdə aşkar edildiyi bir sahədir. Bu üçbucağın künclərində Bermud, Floridadakı Miami, və Puerto Ricodakı San Juan olduğu qəbul edilməkdədir.

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Kimsənin izah edə bilmədiyi bu əsrarəngiz fenomen, içində elm adamlarının da olduğu bir çox insan tərəfindən "fövqəltəbii bir sıra güclərin sanksiyası" hesab edildi və eləcə önə sürüldü. Bu izahlar arasında qəribə olanlardan biri də, "itkin qitə Atlantis orada olub" (bu düşüncəylə paralel olaraq Atlas Okeanı adını almışdır) fikridir. İtkin Qitənin heç bir zaman aydın ola bilməyən texnoloji və maqnetik itkin cihazlarından birinin təsirindən və ya o bölgənin dəfələrlə Dünyadan xaric varlıqların ziyarətlərində, orada yaratdıqları maqnetik sahənin bir təsiri olduğu, hətta Xristofor Kolumbun belə tutduğu gündəliklərdə, o bölgədə səmada uçan, təyin oluna bilməz cisimlərdən bəhs edildiyi iddia edilmişdir.
Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı . Bu son iddiaya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz "təsiri" idi:
Yeraltından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxırlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş alçaq quru parçalarıdır. Ancaq, okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı çox aşağı təzyiqin də təsiriylə bərk hala çevrilərlər və "hidrat" deyilən ağ bir maddə halına gəlirlər. Çox dərinlərə düşə bilən robot kameralarının bu bölgədəki "qar bəyazı" kimi okean döşəməsini və bəzi gəmi dağıntılarını görüntüləməsindən sonra mövzuya bu elmi izah gətirilmişdir.

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Bu bölgə, Gulf Stream deyilən isti su axıntısının (cərəyanının) da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu "qazlar" sudan yüngül olduqları üçün səthə doğru yüksələrlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalar . O sırada oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibinə düşərlər. Çünki, sıxlığı düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini əmələ gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönər və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərlə dərinə "basdırılmış" olarlar.
Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr. Oradan təsadüfən keçən bir təyyarənin dərhal mühərrikləri dayanar. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də , sürətlə okean döşəməsinə doğru enişə keçər.
Bu da "Bermud şeytan üçbucağı" üçün edilən son izah. Nə qədər elmi səbəbi tapılsa belə bu məkan möcüzə olaraq qəbul edilib öz adını qoruyacaq:

"Bermud şeytan üçbucağı"

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Bunu yaşamışam???

Yeni mövzu tarafından Sponsored content Bugün 22:01


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.