Xoşbəxtlik haradadır?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Qonaq Bir B. 25 Okt. 2009 - 23:02

Elə indi başqa bir forumda belə adda bir mövzu gördüm. Müzakirələri maraqla oxudum. Deyim ki, çox məntiqli fikirlərlə rastlaşdım.
İndi isə Millətçi forumun arada bir, vaxtı olanda bura baş çəkən userlərinə bu sualı ünvanlayıram:
XOŞBƏXTLİK NƏDİR VƏ O HARADADIR?
Xahiş edirəm, yerini dəqiq deyin, axtaranda tapa bilim.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından When ? Bir B.e. 26 Okt. 2009 - 10:37

Hmm.maraqlıdır.Amma cətin sualdır.Xosbəxtlik deyirler insasnın özündən asılıdır.Amma mən tam olaraq belə olduğunu deməzdim.Ətraf təsirlər insana imkan vermir ki bir çox şeylər insanın özündən asılı olsun. Düşünürəm ki Allah bütün insanlara eyni dərəcədə şanslar fürsətlər verir və hamıya ağıl deyilən bir məfhum verib. Ağlından istifadə edə bilən insanlar verilən fürsətləri vaxtında görə bilə və layiqincə dəyərləndirə bilsələr xoşbəxtliyə aparan yolda irəliləyişlər əldə edə- edə əsl xoşbəxtliyin bir qisminə çata bilərlər . Amma bu da qisməndir ee tam xoşbəxtlik, əsl xoşbəxtlik məncə yoxdur. İnsanlar hansısa sahələrdə xoşbəxt saya bilərlər özlərini. Odur ki hörmətli müəllif yerini dəqiq deyə bilməyəcəm ama sən axtarmaqda davam et bəlkə tapdın. Axtaran tapırmış axı belə bir deyimə görə...

==========================
Dəyərlərimizin Fərqinə varaq...

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Le Taon Bir B.e. 26 Okt. 2009 - 16:53

XOŞBƏXTLİK İNSANIN ÖZ ÜRƏYİNDƏDİR! O, həmişə bizim xoşbəxtlik qapısını döyür. Biz isə buna ürək döyüntüsü adını vermişik. Biz ürəyimizin qapısını açıb onu içəri buraxsaq xoşbəxtliyə nail ola bilərik...

Bilmirəm fikir verirsiniz ya yox, ama mən fikir vermişəm ki, xoşbəxtliyin nə sinonimi, nə də qafiyəsi var (bədbəxtlik xaric). Əgər olsaydı, şair Moşu Göyəzənli 1 saatlıq filmdə dəfələrlə "Xoşvaxlıx" deməzdi. Buna görə də xoşbəxtlik adlnadırdığımız bu məfhuma tay tapa bilmirik...

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Qonaq Bir B.e. 26 Okt. 2009 - 22:35

When ? yazıb:Hmm.maraqlıdır.Amma cətin sualdır.Xosbəxtlik deyirler insasnın özündən asılıdır.Amma mən tam olaraq belə olduğunu deməzdim.Ətraf təsirlər insana imkan vermir ki bir çox şeylər insanın özündən asılı olsun. Düşünürəm ki Allah bütün insanlara eyni dərəcədə şanslar fürsətlər verir və hamıya ağıl deyilən bir məfhum verib. Ağlından istifadə edə bilən insanlar verilən fürsətləri vaxtında görə bilə və layiqincə dəyərləndirə bilsələr xoşbəxtliyə aparan yolda irəliləyişlər əldə edə- edə əsl xoşbəxtliyin bir qisminə çata bilərlər . Amma bu da qisməndir ee tam xoşbəxtlik, əsl xoşbəxtlik məncə yoxdur. İnsanlar hansısa sahələrdə xoşbəxt saya bilərlər özlərini. Odur ki hörmətli müəllif yerini dəqiq deyə bilməyəcəm ama sən axtarmaqda davam et bəlkə tapdın. Axtaran tapırmış axı belə bir deyimə görə...
Yox, axtarmıram. Ona görə də, deməli tapmaq şansım da yoxdur.
Amma o ki qaldı harada olmasına, səninlə razıyam, hər şey insanın özündən asılıdır.
Məncə, xoşbəxt o insandır ki, üəriyinin dediyini ağılı, ağlının dediyini isə ürəyi şəksiz-şübhəsiz qəbul edə bilir. Belə insan varsa, o xoşbəxtdir.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Le Taon Bir Çər. 28 Okt. 2009 - 11:43

AQLAYA yazıb:Məncə, xoşbəxt o insandır ki, üəriyinin dediyini ağılı, ağlının dediyini isə ürəyi şəksiz-şübhəsiz qəbul edə bilir. Belə insan varsa, o xoşbəxtdir.
Bax bu fikirlə də razılaşmaq olar.

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından REBEL Bir Çər. 4 Noy. 2009 - 17:47

Xosbextlik deyilen bir zad yoxdur bu heyatda.Heyatda yalniz xosbext anlar olur vessalam.Hec kim hemiselik xosbext ola bilmez.

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Qonaq Bir C.a. 12 Noy. 2009 - 22:08

REBEL yazıb:Xosbextlik deyilen bir zad yoxdur bu heyatda.Heyatda yalniz xosbext anlar olur vessalam.Hec kim hemiselik xosbext ola bilmez.
Bəlkə də elə məhz "Heç kim həmişəlik xoşbəxt ola bilməz" fikridir ki, insanları xoşbəxt olmağa qoymur. Amma maraqlıdır, qaynağı nədir bu fikrin?

Amma düzünü bilmək istəyirsiniz, elə mən də REBELin bu fikri ilə razıyam. Hətta, bir az da irəli gedib deyə bilərəm ki, "Heç xoşbəxt anlar da yoxdur!!!" Bu gün bizi hədsiz dərəcədə xoşbəxt edən bir şey bir neçə gündən sonra o qədər dəyərsiz ola bilər ki... Hətta özümüzə gülərik ki, mən buna görə belə sevinirdim??? Axı nə var imiş bunda?
Və ya əksinə, bu gün dəyərini anlamadığımız bir şeyin üzərindən illər keçəndən sonra anlaya bilərik ki, biz o zaman necə də xoşbəxt imişik, heyf ki, qədrini bilmədik...
Bir sözlə, nisbidir bu anlayış.
Yaxşısı budur, özünüzü incitməyin, yormayın.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından REBEL Bir Ç.a. 8 Dek. 2009 - 17:50

Xosbext anlar varrrr. Buna bax ha menim sozume soz deyir

Ele an olmayib k ozunu xosbext saymisan???

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Qonaq Bir Ç.a. 8 Dek. 2009 - 20:55

REBEL yazıb:Xosbext anlar varrrr. Buna bax ha menim sozume soz deyir

Ele an olmayib k ozunu xosbext saymisan???
Nədir, sənin sözünün üstündən söz demək qadağandır ki? Plüralizm, demokratiya nədir bəs?

O ki qaldı sualına, deyim ki, olub. Amma bu gün həmin anları yadıma salanda özüm-özümə gülürəm ki, axı nə var imiş burada? Hətta nə vaxtlarsa özümü xoşbəxtin xoşbəxti saydığım anları yadıma salanda indi elə qəzəblənirəm ki.
Dediyim odur ki, nisbidir hər şey.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Jurnalist_89 Bir B.e. 8 Fev. 2010 - 9:37

Məncə xoşbəxtlik yəni xoşbəxt olmaq insanın özündən asılıdır. Yəni stəkan məsələsi,baxır hadisəyə sən necəmünasibət göstərirsən,sən ona necə baxırsan?
İnsan var hər şeyə yaxşı tərəfdən baxır, özünü xoşbəxt sayacaq nüanslar tapır.insan da var hər şeyə mənfi münasibət göstərir,hər şeydə pis bir şey axtarır. Ona görə azda olsa çalışaq ömür boyu olmasa da,ömrümüzün yarısını özümüzü xoşbəxt sayaq,xoşbəxt olmaq üçün nələrsə edək.

Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Geri: Xoşbəxtlik haradadır?

Yeni mövzu tarafından Sponsored content Bugün 22:01


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.