MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından Qonaq Bir B. 18 Okt. 2009 - 8:48

Bu gün Azərbaycanın Milli Müstəqillik Günüdür..1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edib.
Yenə də təkrar edirəm: 1993-cü ilin deyil, 1991-ci ilin. Nə qədər də bunu unutdumağa çalışsalar da, bilin ki, həmin tarixdə hakimiyyətdə tamamilə başqa insanlar idi.
Özünüzü nə dərəcədə müstəqil hesab edirsiniz, bu başqa məsələdir.
Hər halda, bayramınız mübarək!
Azadlığı canı bahasına əldə etmiş bir xalqın indi canının qorxusundan bu azadlıq gününü qeyd etmək azadlığı yoxdur...

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından Qonaq Bir B. 18 Okt. 2009 - 9:08

Müstəqil ol, Azərbaycan gənci! Adi sözdə deyil, fikirdə, düşüncədə, əməldə də müstəqil ol! Heç kəsə boyun əymə: nə cəmiyyətinə, nə sənə qarşı yönəlmiş hakimiyyət təpkilərinə, nə də hətta dostuna, sevgilinə.
Sən yalnız Allaha qul olaraq yaradılmısan. Elə ona da itaət et, ona sığın. Yerdə qalan heç kəs sənin itaətkarlığına layiq deyil. HEÇ KƏS!
Əgər haradansa sənə gözəl olduğu təlqin olunmuş o sevgi hissi də səni sıxmaqda, incitməkdədirsə, rədd et o hissi! Axı kim sənə bu hissin gözəl olduğu yalanını öyrədib? Biçarə Leyli yoxsa Məcnun Qeys?
Ən gözəl hiss AZADLIQ, MÜSTƏQİLLİKdir. Bir də çoxdandır ləzzətini unutduğumuz QƏLƏBƏ hissi. Bu misilsiz duyğuların arxasınca qaç! Qır zəncirləri, buxovları. Üsyan et! Hər şeyə, hər kəsə! ALLAHdan başqa!!!
Bir də, mərhəmət hissi çox pis, acizlik oyadan hissdir. Xüsusilə də, bu hiss sizə doğru yönəlmişsə. Bəzən həqiqətləri bu hiss altında gizlədirlər. Bunu edənlər yalnız QORXAQLARDIR!!!
Qəbir qazmaq fikrindəsənsə, onu nə ilə edəcəyinin nə fərqi? - traktorla, bellə, yaxud da astaca, barmaqlarının ucu ilə. Əgər qəbir qazmağa başlamısansa, bunu əvvəldən de. Yalandan ağac əkməyə hazırlaşdığını deməyin yaxud da özünü belə göstərməyin nə mənası? Əvvəl-axır qazdığının qəbir olduğunu görəcəklər və onda sənin bu mərhmət hissini yaxşı bir əməl deyil, bəlkə də xəyanət kimi qəbul edəcəklər. Cəsarətli ol! Sözü üzə deməyi bacar! "Ürək qıraram" deyə qorxma!
Sən güclü yaradılmısan, İnsan! Tək qalacağından, qüvvənin tükənəcəyindən qorxma! Yetər ki, Allaha sığınasan. Başqa heç nədən qorxma! Bəlkə də cəmiyyətin səni o qədər sıxıb ki, indi cəmiyyəti, hakimiyyəti, xalqı dəyişmək qüdrətində deyilsən. Bu təbiidir. Amma cəhd eləməyə dəyər! Öz ətrafından başla! Bu gün hətta sənə ürəyin qədər yaxın olan insanın həyatını korladığını düşünürsənsə, uzaqlaş ondan. Eybi yox, qoy, ürəyin qalmasın. Özünü qurban vermə! Xüsusilə də, bunu heç vaxt dərk etməyəcək insanlara.
Azərbaycan gənci, müstəqil ol! Müstəqil düşün! Əgər bu sözləri özünə bir təzyiq kimi qəbul elədinsə, bunların da üstündən xətt çək. Qoy, öz fikrin olsun! Amma həqiqətdən də çox uzaqlaşma...
Bu sözlər sənə də aiddir, ey Veydemanis...

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından Mixaylo Bir B. 18 Okt. 2009 - 9:09

men de musteqillik gunu munasibeti ile xalqimizi tebrik edirem..
o gunleri xatirlayiram..bu gun ucun , bu gunun musteqillik gunu elan edilmesi ucun mucadile edenleri de..

Mixaylo
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Odlar yurdu AZERBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından When ? Bir B. 18 Okt. 2009 - 12:11

Müstəqillik bayramımız mübarək. Təbii müstəqilik demək ola bilərsə.

==========================
Dəyərlərimizin Fərqinə varaq...

When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından REBEL Bir Çər. 21 Okt. 2009 - 11:00

Halal olsun sene.Yaxsi yazidir bilirem muellifi ozunsen.Duzdu ee musteqillikden eser-elamet yoxdur amma dusundurucu yazidir.
Bu yazida basqa meqamlara da rast geldim,bunlari qatmasaydin lap ela olardi.Ozun qebul etmesen de mence sen son dovrlerin en yaxsi yazarlarindan birisen.Sadece ozun yazdigin kimi musteqil ol.Komplekslerine esir olma.Yaz-yarat.Yaradiciliq senin qanindadir

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından Qonaq Bir Çər. 21 Okt. 2009 - 15:14

REBEL yazıb:Halal olsun sene.Yaxsi yazidir bilirem muellifi ozunsen.Duzdu ee musteqillikden eser-elamet yoxdur amma dusundurucu yazidir.
Bu yazida basqa meqamlara da rast geldim,bunlari qatmasaydin lap ela olardi.Ozun qebul etmesen de mence sen son dovrlerin en yaxsi yazarlarindan birisen.Sadece ozun yazdigin kimi musteqil ol.Komplekslerine esir olma.Yaz-yarat.Yaradiciliq senin qanindadir
Təşəkkür edirəm! Amma burada hansısa şedevr yoxdur axı. Adicə bir təbrikdir. Sən də ki, yaradıcılıq qanındadır, nə bilim, nə...
Nə edim, ölkə başçısı xalqı təbrik etmədi, onun əvəzinə mən təbrik etdim.
O ki qaldı hansısa məqamlara, üzr istəyirəm, amma, nədən danışdığını başa düşmədim. Gör, necə dərin yazmışam ki, hətta başqa məqamlar da tapılır e təbrikimdə.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: MÜSTƏQİL OLAQ, MÜSTƏQİL QALAQ!!!!!!!!!!!

Yeni mövzu tarafından Sponsored content Bugün 16:05


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.