Əlibala Hacızadə vəfat etdi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Qonaq Bir C. 9 Okt. 2009 - 16:50

Azərbaycanın sevimli yazıçısı, neçə-neçə sevimli romanın müəllifi Əlibala Hacızadə dünyasını dəyişib. "İtgin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalım mənim" Təyyarə kölgəsi" kimi məşhur, oxucular arasında əl-əl gəzən əsərlər yaratmış yazıçımız bu gün Xocahəsən qəbristanlığında dəfn olunub. ÖZünü daim "Ədəbiyyatımızın ögey balası" adlandıran Əlibala Hacızadə ölümündən sonra da bu ögey münasibəti daddı. "Xalq yazıçısı" fəxri adı almadığ üçün Fəxri Xiyabanda dəfn olunmadı (heç bunun önəmi də yoxdur).
Özü fəxri ad almamısını elə də fəlakət saymırdı: "Məgər M.Ə.Sabir "Xalq şairi" idi ki? Amma ondan çox sevilən şairimiz yoxdur" deyirdi.
Ruhu şad olsun!

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Le Taon Bir Ç.a. 13 Okt. 2009 - 15:37

Allah ona və digər vəfat etmiş ədiblərimizə rəhmət eləsin! Qəbri nurla dolsun!

==========================
Bastığın yerleri toprak diyerek geçme, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme dünyaları alsan da bu cennet Vatanı!

Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

http://milletci.foruml.biz

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından REBEL Bir Ç.a. 13 Okt. 2009 - 20:22

Allah rehmet elesin.Onun eserlerini cox beyenirem ozu de lap cooooooooxxxxxxxxxxxxxxx

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Qonaq Bir Ş. 17 Okt. 2009 - 22:03

ƏLİBALA HACIZADƏ

Ən böyük sevgi haqqında ən kiçik roman

- O səni çoxmu sevir?
- Çox. Lap çox.
- Necə?
- O qədər sevir, elə sevir ki, yerə-göyə də qısqanır məni. İpək paltarıma qısqanır ki, gül bədənimə toxunur; darağa qısqanır ki, ipək tellərimi öpür.Qardaşına, qardaşıma da qısqanır.
- Ay dədə! Bəs sən onu nə qədər sevirsən?
- ...
- Aydındır, sevsəydin, mənim yanımda olmazdın.
- ...
- Ağlama. Bu həyatdır.
- ...
- Düşünürəm: o ki, səni belə yerə-göyə sığmaz bir məhəbbətlə sevir, deyirəm, Allah eləməmiş indi birdən qəfildən qapı açılsa, o, içəri girib səni mənim ağuşumda görsə, o dəqiqə səni də, məni də öldürər, tikə-tikə doğrar!
- Yox, öldürə bilməz.
- Amma mən olsam öldürərəm.
- Məni də?
- ...
- Sən məni - öz sevdiyini də öldürərsən?
- Hə, səni də, özü də, birinci səni öldürərəm. Xəyanətinə görə...
- ...
- Yaxşı, de görüm, o niyə öldürə bilməz?
- Ona görə... ona görə ki, o gəlib məni sənin ağuşunda görsə, elə o andaca, lap elə o andaca bağrı çatlar, ölər.
- Aman Allah! Ağlama, göz yaşlarına dözə bilmirəm.

17-22. X. 07. Bakı

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Qonaq Bir Çər. 2 Dek. 2009 - 14:52

Əsl yazıçı Əlibala Hacızadənin xatirəsinə

Ömür gəlib dirəndi axır ki, kor dalana.
Yerdə yer qəhət oldu yerdə yeri olana.

Nədən haqqı olanın üzünə gülmür həyat?
Niyə geciksin axı, sənə veriləsi ad?

Səndən sonra "təəssüf" dedilər ehtiyatla.
Cabirin məşhur şeiri yenə də çıxdı yaddan.

Uyu, düşdüyün yerdə, hər yer sənə vətəndir.
Sənin hekayələrin nə ölən, nə itəndir.

Hamı elə bilirdi, xoşbəxtdi Əlibala,
"Batıb bir əli yağa, batıb bir əli bala"...

Burda ruhun qırıqdı, orda ruhun şad olsun,
İnsan gərək əzəldən bəxti üstə doğulsun.

Sənin bəxtin - qələmin! Yazdıqların qalacaq!
Haqqa haqq verilmirsə, xalqa dərd olur ancaq.

Bir-bir gedir dostlarım, dünyada qalıram tək.
Mən öləndə görəsən kim mərsiyə deyəcək?!


FİKRƏT SADIQ

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Freedom Bir Ş. 12 Dek. 2009 - 14:15

Allah rehmet elesin.Amma men onun eserlerini ele de sevmirem."Efsanesiz illeri" oxuyub sona catdira bilmedim,mene cox maraqsiz,darixdirici geldi.

Freedom
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından REBEL Bir B. 13 Dek. 2009 - 21:10

Freedom yazıb:Allah rehmet elesin.Amma men onun eserlerini ele de sevmirem."Efsanesiz illeri" oxuyub sona catdira bilmedim,mene cox maraqsiz,darixdirici geldi.
Freedom bilmek olar hansi eserini oxumusan?? Bes `Efsanesiz Illerdeki` mubarize sehneleri,ezmkarliq,edaletsizlikler...bunlari yeni hec beyenmedin??

==========================
F.Nitşe-Allah ölüb.
Rebel-İNSANLİQ ölüb

REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Geri: Əlibala Hacızadə vəfat etdi

Yeni mövzu tarafından Sponsored content Bugün 16:05


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.